Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə17/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

52 

 

Avanesyanın  və  onların  Atakişiyev  kimi  nökərlərinin  və 



qeyrilərinin  əlilə  təxminən  70-80  min  Azərbaycan  ziyalı 

nümayəndəsi  –  alim,  yazıçı,  artist,  müəllim,  gənc,  din  xadimi, 

Sovet  və  partiya  idarəsi  əməkdaşı,  hərbçi  –  bir  sözlə  bütün 

düşünən  beyinlər,  qeyri-adi  təfəkkür  sahibləri  bir  ucdan  məhv 

edildilər.  Tək  bircə  xarici  dili  bilən  şəxsləri  də  qırırdılar.  Ölüm 

və  cəza  maşını  dayanacaqsız  və  fasiləsiz  işləyirdi.  Hər  bir 

“xalq düşməni”nə “məhkəmə” zamanı ancaq 15-20 dəqiqə vaxt 

ayrılırdı. Bir gündə elə olurdu ki, 90-100 nəfər  həmvətənlimiz 

“məhkəmə”nin  hökmü  ilə  güllələnirdi.  Bakıda  bütün  bu  quldur 

tribunal  iclaslarını  Vışinskinin  müavini,  bəşər  övladının  qatili 

Matuleviç, öz əlaltıları Zaryanov və Jiqurla birgə aparırdı. 

- Müəllim, bəs

 

niyə görə onlar ucdantutma bütün ziyalılarımızı, 



düşünən beyinləri aradan götürmək istəyirdilər? 

-  Oğlum, bunun bir neçə səbəbi var idi. Mən indi onları sənə 

anladacağam.  1937-ci  il  avqustun  5-də  SSRİ  NKVD-si  bir 

qərarı  çıxarır.  Həmin  qərara  3  nəfər  -  SSRİ  daxili  işlər  naziri 

Yejov,  Mikoyan  və  Stalin  qol  çəkib.  Qərarda  yazılıb  ki, 

müsavatçılar,  ittihadçılar,  sosial-demokratlar,  hümmətçilər, 

eyni zamanda menşeviklər və daşnaklar güllələnməlidir. Çünki 

1936-cı  il  5  dekabrda  SSRİ  Konstitusiyası  təsdiqlənir, 

sosializm  qələbə  çalır.  Molotov  da  1937-ci  il  represiyalarına 

haqq  qazandırıb.  Deyib  ki,  1937-ci  il  olmasaydı,  SSRİ  İkinci 

Dünya  Müharibəsində  qalib  gələ  bilməzdi,  fəhlə-kəndli 

hökuməti  yaradılırdı,  ziyalılar  buna  mane  ola  bilərdilər.  Ona 

görə  də  1937-ci  ildə  qərar  çıxır  ki,  onlar  bir  sinif  kimi 

güllələnsin.  İki  kateqoriyaya  ayırırlar.  Radikallar  güllələnir, 

digərləri sürgün olunur. Ailələri də Qazaxıstana sürgün olunur. 

Qərarda  bu  prosesin  həyata  keçirilməsi  üçün  2  il  vaxt  ayrılır. 

Mircəfər Bağırov bu işə qarışa bilməyib. 

     Bəli,  həmin vaxt  növbəti  qurbanlardan  biri də  mən idim. O 

zaman mən “ÇK”da şöbə müdiri vəzifəsində işləyirdim. Həmin 

vaxt


 Mircəfər Bağırov Bakıda yox idi, deyəsən Tiflisə getmişdi. 

Ermənilər  hər  dəfə  Bağırovun  Bakıda  olmamasından  istifadə 




53 

 

ed



ib

  günahsız  adamlar  haqqında  qondarma  ittihamnamələr 

hazırlatdıraraq  onları  güllələtdirirdilər.  Bizi  Djerzinski  klubuna 

gətirmişdilər.  Növbəti  on  günahsız  qurban!  Məndən 

qabaqkılara  ölüm  hökmü  oxuyandan  sonra,  onları  dərhal 

klubun  zirzəmisinə  apararaq  hökmü  orada  icra  edirdilər.  Sən 

ölmünə  dəqiqələr  qalmış  insanın  necə  hallar  keçirdiyini  heç 

təsəvvür  edirsənmi?  O,  həyəcanı,  qorxunu,  təlaşı,  daxili  

çırpıntını  yalnız  ölmünü  gözləyən  adamın  özü  hiss  edə  bilər. 

Başqa  kimsə  insanın  daxilindəki  ölümün  yaratdığı  bu  dəhşəti 

nə görə, nə də ki hiss edə bilər.  

     Müəllimin  qaz  üstünə  qoyduğu  çaydan  qaynadı.  Professor 

söhbətinə ara verib çay dəmlədi. Sonra o, iki armudu stəkanda 

çay  süzüb,  birini  mənim  qarşıma,  digərini  isə  öz  qabağına 

qoydu. Tariyel müəllim söhbətinə yenidən davam etdi: 

-    Növbə  mənə  çatanda,  qapı  açıldı.  M.Bağırovun  katibəsi 

təntimiş  halda  içəri  girdi  və  dedi:  “Yoldaş  Bağırov  telefonda 

tapşırdı  ki,  o  gələnə  kimi  bu  işlər  dayandırılsın!”  Bu  sözdən 

sonra  mən  ölümdən  qurtuldum.  Məni  ordan  dərhal  evə 

buraxdılar.  Küçəyə  çıxdım.  Əvvəlcə  dərindən  ağızdolusu 

havanı  ciyərlərimə  çəkdim.  Yüngülləşdim.  Sanki  dünyaya 

yenidən  gəlmişdim.  Gördüm  ki,  küçədə  qarpız  satırlar. 

Susuzluqdan, ölüm qorxusundan dilim-ağzım qurumuşdu. İçim 

od tutub yanırdı. Bu atəşi söndürmək üçün mənə sərin bir şey 

lazım  idi.  Qarpızsatana  yaxınlaşdım.  Bir  qarpız  aldım  və  onu 

səkiyə  qoyub  yumruğumla  parçaladım.  Əlimlə  qarpızın  içini 

çıxardıb  yedim.  Bu  qarpız  içimdəki  atəşi  söndürdü.  Bax,  o 

vaxtdan qarpızı yumruqla parçalamaq məndə adət halını aldı. 

O  ki  qaldı  bu  qızıl  külqabıya,  onun  da  dediyim  kimi  maraqlı  

tarixçəsi var. Yaşadığım bu evin əvvəlki sahibi erməni olub. O, 

inqilab  dövründə  Bakını  tərk  edərək  İrana  keçib  və  daha  geri 

qayıda  bilməyib.  Mən  MK-da  işlədiyim  zaman  həmin  erməni 

hökumətin  adına  bir  məktub  göndərir.  Həmin  məktubda  o, 

göstərir  ki,  vaxtilə  yaşadığı  evinin  divarında  7  kiloqram  qızıl 

gizlədib.  O,  həmin  qızılların  oradan  götürüb  yetimxanalara  və 



54 

 

uşaq  evlərinə  verilməsini  xahiş  edib.  Hökumət  nümayəndələri 



 

mənə  xəbər  vermədən  gizlicə  yaşadığım  evə  gəlirlər  və 



həmin qızılı divardan götürürlər. Bunun müqabilində də həmin 

“xəzinə”dən mənə yalnız bu qızıl külqabını verdilər. Hə, çayını 

soyutma.  Adil,  oğlum,  hansı  fənnlərdən  nə  çətinliyin  olarsa, 

mənə hökmən deyərsən. 

-  Tariyel müəllim, çox sağ olun. İnşallah bir çətinliyim olmaz. 

Amma  atam  nədənsə  siz  danışdığınız  cəbhə  xatirələrindən 

bizə  heç  danışmamışdı.  Daha  doğrusu,  o,  bu  barədə 

danışmağı  nədənsə  sevməzdi.  Bircə  onu  həmişə  deyirdi  ki, 

”mənim  Bakıda  yaxşı  dostlarım  var.”  Hətta,  sizdən  də  bir  söz 

söyləməmişdi bizə. 

-    Adil,  atan  eyni  zamanda  çox  təvazökar  bir  insandı.  Tərifi 

xoşlamazdı.  Sözübütöv,  qorxmaz  adamdı.Yaxşı  deyiblər: 

“Oğullar  ataların  davamçılarıdır.”  Hiss  edirəm  ki,  bəzi 

xarakterik 

xüsusiyyətlərinə 

görə 


atana 

oxşayırsan. 

Gözütoxluqda  və  məğrurluqda  atana  bənzəyirsən.  Qaldı  ki, 

digər xüsusiyyətlərinə, onu isə zaman göstərəcək...

    

 

                                            



                                                                04.01.2013 

 

                                                                                           



        

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə