Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə15/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

45 

 

    İra  isə  Vaqifdən  aldığı  pulla  özünə  kiçik  biznes  qurdu. 



Amma  altı  ay  keçməmiş  bu  biznes  iflasa  uğradı.  İradə  bir 

qəpiyə möhtac vəziyyətinə düşdü. O, Hacı Raziyə xanımla tez-

tez  əlaqə  saxlayırdı.  İra  düşündü  ki,  vaxtında  Hacı  Raziyə 

xanımın  məsləhətini  dinləsəydi,  indi  bu  vəziyyətə  düşməzdi. 

Hacı  Raziyə  xanım  dəfələrlə  rəfiqəsini  çirkli  işlərdən 

çəkindirmək  istəmişdi,  ona  namaz  qılıb,  oruc  tutmağı  tövsiyə 

etmişdi. Amma hər dəfə İradə bir bəhanə ilə bu  söhbətlərdən 

yayınmağa  çalışmışdı.  İndi  o,  yenidən  rəfiqəsinə  möhtac 

olmuşdu.  İra  başqa  bir  rəfiqəsilə  alver  etmək  üçün  Türkiyəyə 

getməli  idi.  Təcili  ona  min  dollar  pul  lazım  idi.  Buna  görə  o, 

Hacı  Raziyə  xanımın  yanına  gələrək,  ondan  bir  aylığına  min 

dollar  borc  pul  istəmişdi.  Hacı  Raziyə  xanım  da  heç  nə 

düşünmədən  1000  dolları  rəfiqəsinə  verərək;  “Allah  xeyrini 

versin! Yolun açıq olsun! Qazancın birə min artsın!” demişdi... 

    Bu  düşüncələrdəykən  kimsə  arxadan  Hacı  Raziyə  xanımı 

qucaqladı. 

-   Hacı Raziyə xanım, xoş gördük səni! A-a-a-z, vallah gözlə 

demirəm,  günü-gündən  həm  cavanlaşırsan,  həm  də 

gözəlləşirsən.  Heç  dəyişməmisən  ki.  İlk  gündə  necə 

görmüşdümsə,  eləcə  də  qalmısan.  Tfu,  tfu!  Maşallah!  Nəzər 

dəyməsin!  Bacım,  düzü,  sənin  qarşında  çox  xəcalətliyəm. 

Verdiyim  sözü  tuta  bilmədim.  Bu  həm  də  məndən  asılı 

olmayan  səbəblər  üzündən  oldu.  Vaxtımın  çox  hissəsini 

Türkiyədə  oluram.  Əsas  işimi  orada  qurmuşam.  Burada 

alınmadı da, özün bildin. Amma şükür olsun Allaha, işlərim indi 

yağ kimi gedir. Bütün bunların səbəbkarı sənsən, Hacı. Sənin 

mənə verdiyin o min dollar və xeyir-duaların olmasaydı, bu gün 

mən  bu  mərtəbədə  olmazdım.  Sənə  həmişə  dualar  edirdim, 

bircə  balan  Sevinci  də  heç  vaxt  unutmamışam.  Buyur,  bu  da 

mənim sənə olan borcum. Bu gün mən sənin qulluğundayam. 

Haraya desən, gedə bilərik. Şükür Allaha ki, maşınım da var. - 

İra yenidən Hacı Raziyə xanımı qucaqladı.  




46 

 

-    İra,  səni  bu  halda  görəndə,  çox  sevindim.  Sənin  də  mənə 



yaxşılığın  az  olmayıb.  -  Hacı  Raziyə  rəfiqəsini  yenidən 

görməyinə şad olduğunu bildirdi. 

-    Hardan  belə?  Xeyir  ola?  Bildiyim  qədər  sən  bu  tərəflərdə 

yaşamırdın. Yoxsa, kiminləsə görüşə... 

-    İra,  sən  nə  danışırsan?!  Mən  Gəncədən  gəlirəm,  yenə  də 

İmamzadəni ziyarət etməyə getmişdim. 

-    Bağışla,  bacım.  Dilim  dinc  durmadı.  Allah  ziyarətini  qəbul 

eləsin!  Allah  nə  arzu-muradın  varsa,  versin!  Sevinc  balanın 

xeyir  işini  görəsən!  Bax,  budur  sənə  indidən  söyləyirəm. 

Sevinc  balanın  xeyir  işində  məni  yaddan  çıxarma  ha! 

Dünyanın  o  başında  da  olsam,  özümü  yetirəcəyəm!  Hacı 

xanım, bildiyimə və eşitdiyimə görə dünyanın bütün yerlərində 

olan  müqəddəs  ziyarətgahların  hamısına  gedib  ziyarət 

etmisən. Halal olsun sənə, vallah! 

-    Müqəddəs  yerləri  və  müqəddəsləri  ziyarət  etmək  hər  bir 

müsəlmanın  haqqıdır,  İra.  Allah  sənə  də  bu  yerləri  ziyarət 

etməyi nəsib etsin, inşallah! Amin! 

-   Amin! Yaxşı, de görüm, hansı tərəfə gedəcəksən? Mən səni 

maşınla  aparacağam.  -  İra  rəfiqəsinin  ağzını  açmağa  imkan 

verməyərək, qolundan tutub, maşına tərəf çəkdi. 

-   İra, sən zəhmət çəkmə. Mən metro ilə gedəcəyəm, Razində 

oluram.  

-  Bax,  bacım,  xətrimə  dəyirsən.  Səni  düz  evinə  kimi 

aparacağam, - deyə İra Hacı Raziyə xanımdan əl çəkmədi. 

    İradə Hacı Raziyəni düz evinə gətirdi. Hacı xanım nə qədər 

təkid  etsə  də,  İra  evə  girmədi.  O,  vizit  kartını  çıxarıb  Hacı 

xanıma verdi və yenidən görüşmək arzusu ilə ondan ayrıldı. 

    Hacı Raziyə xanım məktubu açıb pulu sayanda, gördü ki, iki 

min  dollardır.  O,  İranın  vizit  kartındakı  nömrəni  tez  yığıb, 

onunla sabah təcili görüşmək istədiyini bildirdi. 

     Ertəsi gün köhnə rəfiqələr yenidən görüşdülər. Hacı Raziyə 

xanım  pulun  min  dollarını  İradəyə  geri  qaytardı.  İradə  qəti 

etiraz etdi: 



47 

 

-    Bacı,  götürmərəm  bunu.  Qəlbinə  başqa  şey  gəlməsin.  Bu 



pullar halal pullardır. Öz zəhmətimin qazancıdır. Ona görə də, 

bu min dolları da sənə halal edirəm. 

      Amma Hacı Raziyə xanım inadından dönmədi və güc-bəla 

ilə artıq verilmiş min dolları İranın əl çantasına qoydu... 

      Allahın köməkliyi ilə Hacı Raziyə xanımın işləri qaydası

nda


 

gedirdi.  O,  qızı  Sevinci  artıq  böyüdüb  ərsəyə  çatdırmışdı. 

Sevinc  həm  öz,  həm  də  anasının  arzusunu  həyata  keçirərək, 

ali  məktəbə  qəbul  olmuşdu.  İndi  onun  yeganə  ciyərparəsi 

xaricdə  təhsil  alırdı.  Sevinc  çox  bacarıqlı,  çalışqan  qız  idi. 

Yoldaşları  vaxtlarını  əyləncəyə,  şənliklərə,  gəzintilərə  sərf 

etdiyi  zaman  Sevinc  həmin  vaxtlarını  kitablara  sərf  edir, 

yorulmadan,  gecə-gündüz  çalışırdı.  O,  qarşısına  qoyduğu 

məqsədə  çatmaq  üçün  bütün  potensial  imkanından 

yararlanmağa  çalışırdı.  Sevinc  eyni  zamanda  mələk  simalı 

anasına  verdiyi  sözü  tutmaq  istəyirdi.  Bu  vaxta  qədər

 

Hacı 



Raziyə  xanıma  ən  mötəbər  yerlərdən  belə  evlənmək  təklifləri 

olmuşdu. Hətta, onun ata-anası da qızına yenidən ailə həyatı 

qurmağı  dəfələrlə  ona  məsləhət  görmüşdü.  Amma  Hacı 

Raziyə  xanım  bütün  bunları  rədd  edərək,  yeganə  qızını 

böyüdüb,  ali  təhsilli,  xoşbəxt  görmək  arzusu  ilə  yaşayırdı.  O, 

həyatda  Sevincə  həm  ata,  həm  ana,  həm  həyat  müəlliməsi, 

həm  ən  yaxın  rəfiqə,  həm  də  ən  yaxın  məsləhətçi  olmuşdu. 

Hacı  Raziyə  xanım  gənc,  təravətli  həyatını  qızının  xoş 

gələcəyinə qurban vermişdi. Və buna görə o, heç də peşman 

deyildi. Həyatda bu cür fədakar analar çox nadir hallarda olur. 

Qəlbi daim onu Yaradanın eşqi və məhəbbətilə çırpınan, Onun 

kəramət  və  mərhəmətinə  sığınan,  Onun  bəndəsinə  göstərdiyi 

doğru  yoldan  sapmamağa,  Allahın  dininə,  Peyğəmbərinə  (s), 

imamlarına  və  Onun  yaratdıqları  bütün  məxluqlarına  qarşı 

təvazökar  olan,  cahillərə  qarşı  alicənablıq  göstərən,  onlarla 

xoş rəftar və mehriban münasibətdə olan, qəlbi geniş, xeyirxah 

insanlara  Allah-təala  həmişə  kömək  edər  və  onları  hər  cür 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə