Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə31/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

97 

 

Nurəddin  al-qan  içində  idi.  Amma  o,  sağ  idi.  Kəşfiyyatçılar 



tez  Nurəddini  götürüb,  aşağı  enməyə  başladılar.  Az 

keçməmiş  onlar  da  düşmən  pusqusuna  düşdülər.  Atışma 

başladı.  Kəşfiyyatçılar  yaralı  Nurəddini  böyük  bir  daşın 

arxasında  gizlədib,  özləri  ermənilərlə  qeyri-bərabər  döyüşə 

atıldılar. Amma bu döyüşdə cəsur kəşfiyyatçılarımızın üçü də 

şəhid  oldu,  ağır  yaralı  Nurəddini  isə  ermənilər  əsir 

götürdülər... 

     Həmin vaxt Nail Kazımov batalyonu ilə uşaqlara köməyə 

getməli  idi.  Amma  o,  gecəykən  120  nəfərlik  batalyonunu 

uşaqlara kömək etməyə aparmaq əvəzinə, geriyə çəkdi. Bu, 

açıq-aşkar

 

xəyanət  idi.  O  yerdən  ki,  bizimkiləri  o,  müdafiə 



edəcəkdi,  həmin  istiqamətdən  gözlənilmədən  ermənilər 

hücum etdilər. Düzdür, sonradan xəyanətkar layiqli cəzasını 

aldı.  Amma  onun  xəyanəti  nəticəsində  say-seçmə 

oğullarımız  şəhid  oldular.  Elə  alınmaz  qala  olan  Şuşa  da 

həmin vaxt düşmən tərəfindən işğal olundu...  

 

                                    *** 

 

    Nurəddin  gözlərini  açanda,  başının  üstündə  tanımadığı, 

yad dildə danışan adamları gördü. O, anladı ki, deyəsən onu 

əsir  götürüblər.  Bədənində  şiddətli  ağrılar  vardı.  Bu  zaman 

bir nəfər başını ona tərəf yaxınlaşdırıb dedi: 

-   Nurik, mənəm, Edik Poqosyan! Tanıdınmı?! 

    Ağrıdan  Nurəddinin  başı  hərlənirdi,  gözləri  tor  görürdü. 

Onun kim olduğunu hardan tanıyacaqdı. O, güclə eşidiləcək 

səslə mızıldadı: 

-  Kimsəni  tanımaq  halım  yoxdur.  Deyin  görüm,  mən 

hardayam? 

-  Nurik, narahat olma. Yaxşı ki, mənə rast gəldin, yoxsa səni 

öldürəcəkdilər.  Sən  mənə  indi  hava,  su  kimi  lazımsan. 

Düzdür,  yaraların  çox  ağırdır.  Həkimin  dediyinə  görə  güllə 




98 

 

boyun  nahiyəndən  girib,  ağ  ciyərini  zədələyərək  sağ 



qabırğanda  ilişib  qalıb.  Bundan  əlavə,  bədənində  də  çoxlu 

sayda  qumbara  qəlpələri  var.  Amma  həkimə  yalvar-yaxar 

etmişəm ki, səni hələlik  ölməyə qoymasın. Çünki sən mənə 

indi  çox  lazımsan.  Oğlum  Aşot  sizinkilərin  əlindədir.  Səni 

onunla  dəyişəcəyik.  Müalicəni  isə  öz  xəstəxananızda 

alarsan.  Burada  səni  onsuz  da  yaxşı  əməliyyat 

etməyəcəklər.  Həkim  dedi  ki,  möcüzə  nəticəsində  sağ 

qalmısan.  Səni  xəstəxanadan  alıb,  buraya  gətirdim. 

Xəstəxanada  oğlumla  dəyişmək  üçün  yaralı  azərbaycanlı 

axtarırdım.  Təsadüfən  səni  gördüm  və  komandirdən  səni 

mənə verməyi xahiş etdim. Onlar oğlumun sizinkilərin əlində 

olduğunu  bildikləri  üçün  səni  mənə  verdilər,  yoxsa 

danışıqlarından məlum olurdu ki, danışmadığın təqdirdə səni 

öldürəcəkdilər. Oğlum Aşot da sizinkilərə könüllü əsir düşüb, 

o,  sizlərə  güllə  atmayıb.  O,  əsir  düşəndə  deyib  ki,  “mən 

qardaşlarıma  necə  güllə  ata  bilərəm.  Axı  mən  Bakıda 

doğulmuşam,  orada  böyüyüb  boya-başa  çatmışam,  o 

torpağın  çörəyini  yeyib,  suyunu  içmişəm,  orada  çoxlu 

dostlarım qaldı. Hər yerdə mənə hörmətlə yanaşdılar. Bütün 

bunları  unutmaq  olarmı?!”  Mən  də  oğlumun  fikirlərilə  tam 

razıyam.  Biz  sizinlə  dinc  və  rahat  yaşayıb,  gözəl  günlər 

keçirirdik.  İnanın  ki,  həyatımızın  ən  gözəl  və  unudulmaz 

günlərini  Bakıda  keçirmişik.  Allah  mərdimazarın,  xainlərin 

evlərini  yıxıb  xaraba  qoysun!  Necə  ki,  bizi  isti  yuvamızdan, 

ev-eşiyimizdən  didərgin  saldılar.  Nurikcan,  biz  əvvəlcə 

Rusiyaya  getdik.  Orada  5-6  ay  yaşadıqdan  sonra 

Stepanakertdəki  qohumum  bizi  buraya  dəvət  etdi.  Amma 

Bakıdakı ermənilərə burada yaxşı baxmırlar, bizə yad adam 

kimi,  ögey  münasibət  bəsləyirlər.  Oğlum  Aşotu  da  zorla 

əsgərliyə  apardılar.  Oğlumu  səninlə  dəyişdikdən  sonra, 

buradan  qaçıb  gedəcəyik.  İnan  ki,  burada  qala  bilmirik, 

sıxılırıq,  sanki  havamız  çatmamış  kimi  boğuluruq.  Burası 

bizlik deyil. İndi Bakı üçün burnumuzun ucu göynəyir...  



99 

 

-   Mən səni heç xatırlamıram. - Nurəddin zarıdı. 



-  Mənəm də, bərbər Edik! Evimiz Razində idi. Yadındadırmı, 

sən Rusiyada milis işlədiyin vaxt bir blok siqaretlə məni həbs 

olunmaqdan  qurtardın.  Bir  “karobka”    nar  əhvalatı!  İndi 

xatırladınmı? 

-    Hə..ə..ə.. Demək, o..o.. sən...sən idin?! 

-    O  vaxt  sən  məni  həbsdən  qurtardın,  indi  isə  mən  səni 

ölümdən  qurtaracağam.  Biz  artıq  sizinkilərlə  danışıqlara 

başlamışıq.  Üç  gündən  sonra  səni  oğlumla  dəyişəcəyik.  - 

Edik nəfəsini dərmədən bildirdi. 

     Nurəddinin fikri xəyallar aləminə qanad açdı...  

O,  Krivoy-Roqda  milis  işlədiyi  zaman,  bir  gün  onun 

tabeliyində çalışan serjant Vadim dedi ki, “yoldaş Mame

dov, 

sizin


  “zemliyakı”nızı  tutublar,  rəisin  otağındadır.”  Nurəddini 

maraq götürdü ki, görəsən tutulan şəxs kimdir. Ona görə də 

o,  dərhal  rəisin  otağına  getdi.  Mayor  Sergey  Vasilyev 

Nurəddini görcək gülərək dedi: 

-   Mamedov, bu erməni sənin yerlindir, özü də Bakıdandır. 

-  Seryoja,  bu  nə  edib?  -  Nurəddin  ərkyana  mayordan 

soruşdu. 

-    Nar satarkən yaxalanıb! - Mayor yenidən qımışdı. 

-    Nə etmək istəyirsən?  

-    Daha orasını sən bilərsən. Edik Poqosyan sənin yerlindir. 

Cəzasını da sən verməlisən! - Bu dəfə Sergey ucadan güldü.  

     Bundan sonra Nurəddin Edikə tərəf dönərək soruşdu: 

 -    De  görüm,  nə  etmisən?  Hər  şeyi  mənə  ətraflı  danış, 

ancaq yalan olmasın. 

     Məlum  oldu  ki,  Edik  buraya  əsgərilikdə  olan  oğlunun 

yanına gəlib. Gələrkən də yol xərcini çıxarmaq üçün özü ilə 

bir “karobka” nar da gətirib. O, narı küçədə ədədlə satarkən 

milis işçiləri tərəfindən tutularaq, şöbəyə gətirilib. Nurəddinin 

Edikə yazığı gəldi. Nə də olmasa,  Edik onun  yerlisi hesab 

olunurdu.  Nurəddin  ondan  Bakının  harasından  olduğunu  və 

harada  işlədiyini  soruşdu.  Edik  dedi  ki,  o,  Razində  yaşayır, 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə