112
kəsilməyən atəşlərdən nə baş qaldırmaq, nə də geri tullanmaq
mümkün deyildi. Çətin vəziyyət yaranmışdı. Akifi bu durumdan
yalnız polkovnik çıxara bilərdi. Polkovnik gördü ki, sağ
cinahdan Akifə tərəf iki düşmən yaxınlaşır. Onların məqsədini
komandir dərhal anladı. Belə ki, o, dalbadal mücahidlərə tərəf
iki qumbara atdı və Akifə bərkdən qışqırdı:
- Zeynalov, indi tullan!
Akif silahı və ratsiyanı götürüb yaranmış toz-dumandan
istifadə edərək, yenidən geriyə, əvvəlki yerinə sıçradı. O,
polkovnikin silahını özünə qaytardı. “Çox sağ ol, Zeynalov!”
deyə komandir silahı əlinə alan kimi, əvvəlcə sola, sonra da
sağ tərəfə dönərək atəş açdı. Akifi heyrət bürüdü. Onların
xəbəri olmadan, iki tərəfdən onlara yaxınlaşan iki düşmən
polkovnikin sərrast atəşi ilə yerə sərildi. Tərcüməçi-döyüşçü
yarım saatdan bəri davam edən atəşdə Əfqan generalının heç
bir səsi çıxmadığını və bircə dəfə də olsa atəş açmadığını
görüb onun avtomat silahını əlindən aldı. O, generala qarşı bu
hərəkəti həm də özlərinin təhlükəsizlik baxımından etdi. Akif
ani olaraq düşündü ki, mücahidlərin onlara yaxınlaşdığını
görüb, general arxadan onları vura bilər. Digər tərəfdən də
onsuz da onların güllələri qurtarırdı. Generalın avtomat
silahında isə düşmənlə vuruşmaq üçün hələ xeyli güllə vardı.
Akiflə polkovnik avtomatdan tək-tək atırdılar. Polkovnikin atdığı
boşa çıxmırdı. O, hər atəşlə bir düşmən vururdu. Mücahidlər
mühasirə halqasını get-gedə daraltmağa başladılar. Polkovnik
tam əmin idi ki, düşmənlər onları əsir götürmək istəyirlər. Akif
və polkovnik hər biri əlinə yenə də qumbara götürərək,
onlardan biri sağ tərəfdən gələn, digəri isə sol tərəfdən
yaxınlaşan mücahidlərə tərəf atdı. Bu partlayışda da daha üç
düşmən öldü. Artıq güllələr tükənmək üzrə idi, cəmi iki
qumbara qalırdı. Akiflə komandir bir-birlərinə baxdılar. Bu
səssiz baxışlarda hər şey anlaşılırdı. Yəni, indi bu son demək
idimi?! Polkovnik Akifi tam anladığından dedi:
113
- Xeyr, Zeynalov, bu hələ son demək deyil! Bizim hələ daha
bir şansımız var! - Polkovnik Alekseyeviç nəsə tapmış kimi
ucadan qışqırdı. - Mən indi qırıcı bombardmançı təyyarələrə
kordinatları verib, buranı bombalamalarını əmr edəcəyəm.
- Yoldaş polkovnik, siz nə danışırsınız? Elə isə biz də həlak
olacağıq! - Akif təəccüblə komandirinə baxdı.
- Zeynalov, siz bu barədə narahat olmayın. Mən hər şeyi
dəqiqliklə hesablayacağam. Bu bombardmanda bizə bir şey
olmayacaq. - Polkovnik özünə əminliklə bildirdi.
Polkovnik Alekseyeviç ratsiya vasitəsilə hərbi hissəylə
əlaqə saxlayanda, oradakılar onların hələ də sağ qaldıqlarına
heyrət etdilər. Çünki döyüşü qoyub geri qaçan 3-cü polkun
əsgərləri
hamının
həlak
olduğunu
hərbi
hissədə
söyləyibmişlər. Sovet qırıcı bombardmançı təyyarələri artıq
havaya qalxmışdılar, hansı ərazini bombardman edəcəkləri
polkovnikin verdiyi kordinatlar da onların əlində idi. Beş
dəqiqədən sonra qırıcılar onların başı üzərində fırlanırdı.
Qırıcılar əvvəlcə bir dövrə vurdular, sonra polkovnik ratsiya ilə
onlara, “Bombalayın!” deyə əmri verdi. Sonra polkovnik üzünü
Akifə tutub dedi:
- Zeynalov, bombardman sona çatana qədər başını daşın
arxasından qaldırma!
- Oldu, yoldaş polkovnik! - Akif əmrə tabe olduğunu bildirdi.
Bu zaman qırıcılar aşağı şığıdılar. Bir-birinin ardınca
ölümsaçan, dəhşətli partlayışlar eşidildi. Toz-dumandan ətraf
görünməz oldu. O böyüklükdə sal daşlar, qayalar parçalanaraq
yumuşaq torpağa çevrildi. Hər üç qırıcı bombalarını töküb
qurtardıqdan sonra geri qayıtdılar. Aralığa ölüm sükutu çökdü.
- Zeynalov, sağsanmı?! - deyə ilk olaraq polkovnik Akifi
səslədi.
- Hər şey qaydasındadır, yoldaş polkovnik! - Akif başını
daşın arxasından qaldırıb cavab verdi.
114
Bombardman nəticəsində düşmənlərin əksəriyyəti məhv
edilmişdi. Sağ qalanlar isə dağdakı mağaralardan qaçıb
qurtulmuşdular.
Qanlı döyüşdən sonra Əfqan diviziyasının komandanı,
general Məhəmməd Fəqir, Sovet polkovniki Yevgeni
Alekseyeviç və azərbaycanlı tərcüməçi-döyüşçü, leytenant
Akif Zeynalov piyada hərbi hissəyə qayıdarkən yol boyu
yanmaqda olan tanklar, BMP - lər və çoxsaylı yaralı əsgərlərlə
qarşılaşdılar...
Ertəsi gün hərbi hissənin divar qəzetində “Tərcüməçi-
döyüşçü öz komandirini necə xilas etdi?” adlı yazı dərc
edilmişdi. Bu yazı tərcüməçi, leytenant Akif Zeynalov haqqında
idi. Yazının təşəbbüsçüsü polkovnik Yevgeni Alekseyeviç
olmuşdu. Bundan sonra polkovnik azərbaycanlı döyüşçüyə
dərhal “Qızıl Ulduz” verilməklə “Sovet İttifaqı Qəhrəmanı”
adına layiq görülməsi üçün Moskvaya raport göndərdi. Amma
təəssüflər olsun ki, Moskvada Müdafiə Nazirliyində özünə yuva
salmış nankor erməni zabitləri azərbaycanlı oğlanın belə bir
yüksək ada layiq görülməsini heç cür həzm edə bilməyib,
buna paxıllıqla, qısqanclıqla yanaşaraq, hər vasitə ilə Akif
Zeynalovun bu mükafatı almasına qəsdən maneçilik yaratdılar.
Akif Zeynalovu “Qızıl Ulduz” əvəzinə, yenə də “İgidliyə görə
medalı” ilə təltif etdilər. Polkovnik Yevgeni Alekseyeviç bunu
eşidən kimi, bərk qəzəbləndi və növbəti məzuniyyətində
Moskvaya gələrkən Müdafiə Nazirliyinə baş çəkdi. Polkovnik
onun əsgərinə belə bir ad almasına mane olanların yanında
ucadan dedi:
- Siz həyatımı xilas edən, dəfələrlə ağır və çətin döyüşlərdə
həmişə yanımda olan, mənimlə iki ildən artıq çiyin-çiyinə
döyüşən bir qəhrəman gəncin bu ad almasına niyə razı
olmadınız? Niyə “Qızıl Ulduzu” ona qıymadınız? Niyə bu adın
Zeynalova verilməsinə bu qədər qısqanclıqla yanaşdınız?! Bu
gün mən burada sizinlə söhbət edirəmsə, buna görə həyatımı
ona borcluyam. Onun döyüşlərdə göstərdiyi şücaəti, igidliyi
Dostları ilə paylaş: |