Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə8/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

24 

 

     Qonşu stoldakı “şorgöz jurnalistlər” bayaqdan bəri gözlərini 



Raziyədən çəkmirdilər. 

-    Yaxşı,  Raziyə,  gəl  indi  bir-birimizlə  yaxından  tanış  olaq. 

Əvvəlcə  mən  özüm  haqqında  yalansız-filansız  danışacağam. 

Evli  idim.  Bir  qız  uşağım  olandan  sonra  ərimdən  boşandıq. 

Daha  doğrusu,  mən  ondan  boşandım.  O,  ən  yaxın  rəfiqəmlə 

mənə  xəyanət  edirdi.  Nəhayət,  bir  gün  hər  ikisini  yataqda 

tutdum.  Heç  bir  söz  demədən,  hər  ikisinin  üzünə  bir  lomba 

tüpürdüm  və  onu  evdən  qovdum.  Evi  mənə  atam  almışdı.O, 

mənim hesabıma yaşayırdı. O vaxtdan bəri kişilərdən müxtəlif 

yollarla  intiqam  alıram.  Onları  barmağıma  dolayıb  fırladıram, 

sonra  kişilik  qürurlarını,  hisslərini  ayaqlarım  altına  atıb 

tapdalamaqdan həzz alıram. Onları istədiyim formada alçald

bilirəm.  Bütün  bunların  hamısını  dəlil-sübut  kimi  mobilimin 



kamerasına  çəkib  saxlayıram.  Bundan  sonra  onlar  məndən 

asılı  vəziyyətdə  qalır.  Və  mənim  göstərişlərimə  həmişə 

müntəzir  olurlar.  Mənə  qarşı  gələn  olursa,  görüntüləri 

qarşısına qoyandan sonra quzuya dönür və ayaqlarıma düşüb 

yalvarmağa başlayır. 

-   Amma bu çox təhlükəli oyundur. - Raziyə tez dilləndi. - Sizi 

buna görə öldürə bilərlər. 

-   Mən orasını da düşünmüşəm. Prokurorluqda çox etibarlı bir 

dostum  var.  O  məni  qoruyur,  ona  görə  də  kimdənsə  qorxub-

çəkinmirəm. Bu yolla yaxşı pul da qazanıram. Bunu danmıram. 

Hə,  indi  sən  özün  barədə  danış  görək,  hardan  gəlib,  hara 

gedirsən? - İradə gülərək soruşdu. 

     Raziyə  də  özü  haqqında  hər  şeyi  doğru-dürüst  İraya 

anlatdı.  İra  bir  müddət  susub  danışmadı.  Sifəti  ciddi  görkəm 

almışdı,  sanki  gəmiləri  dənizdə  batan  adamı  xatırladırdı. 

Handan-hana İra dilləndi: 

-   Raziyə, qəlbimə yatan insana heç vaxt yalan söyləmərəm. 

Onunla həmişə açıq və səmimi olmağa çalışıram. Mən səninlə 

açıq danışacağam. Düzünü deyim ki, burası, yəni bu nəşriyyat, 

işlədiyin  bu  qəzet  redaksiyası  da  sənlik  deyil.  Sən  bu 




25 

 

bataqlıqda  batarsan,  buraya  gəldiyinə  peşman  olarsan.  Mən 



sənə  bir  bacı  kimi  məsləhət  görürəm  ki,  nə  qədər  gec  deyil, 

buradan  uzaqlaş.  Heç  bilirsən  Aslan  məni  ikinci  dəfə  nəyə 

görə  çağırmışdı?  Sənə  görə.  Sənin  şəxsi  həyatın  barədə  hər 

şeyi öyrənmək üçün məndən ona yardım etməyimi xahiş etdi.

 

-   Sən də razılıq verdin, eləmi? - Raziyə tez soruşdu. 



-   Əlbəttə, razı oldum. Ancaq bu dəfə mən həm Aslana, həm 

də  onun  özü  kimi  işərəfsiz  dostlarına  yaxşı  bir  plan 

hazırlayacağam. Bu işdə əsas qəhrəman sən olacaqsan. 

-  Məni belə iyrənc işlərə qarışdırma, İra. - Raziyə etiraz etmək 

istədi. 

-  Bir az keçdikdən sonra, onsuz da özündən asılı olmayaraq, 

bütün iyrənc işlərin içində olacaqsan. Amma təklifimi dinləyib, 

birgə  hərəkət  etsək,  həm  mənəvi  cəhətdən,  həm  də  maddi 

cəhətdən  böyük  uğur  qazana  bilərik.  Biqeyrət,  şərəfsiz, 

binamus  kişiləri  ifşa  edib,  onları  yerlərində  oturtmaq  lazımdır 

ki,  bir  də  namuslu,  şərəfli,  ləyaqətli,  ismətli  qadınları 

ləkələməsinlər,  çirkaba  bulaşdırmasınlar,  öz  oyuncaqlarına 

çevirməsinlər, onları alçatmasınlar. 

-  Yaxşı, planın nədən ibarətdir? - Raziyə maraqla soruşdu. 

-   Məni yaxşıca dinlə. Danışacaqlarım ancaq ikimizin arasında 

qalmalıdır.  Kimsə  bundan  xəbər  tutsa,  hər  ikimiz  yanarıq. 

Aslanın  redaksiyada  bir  neçə  “zayçik”ləri  vardır.  Onlar  hər  nə 

eşidirlərsə,  dərhal  ona  çatdırırlar.  Aslan  sabah  günortadan 

sonra  səni  şam  yeməyinə  dəvət  edəcək.  O,  da  şorgözün, 

əxlaqsızın birisidir. Gözəgəlimli qızları əvvəlcə o, dişinə vurur, 

ipə-sapa yatmayanları isə dost-tanışlarına “hədiyyə” edir. Əgər 

sən onunla  şam  yeməyinə  getsən,  onun  caynağından  qurtula 

bilməyəcəksən.  Yox,  əgər  getməsən,  onda  səndən  hökmən 

intiqam almağa çalışacaq. 

-   Necə? - Raziyə yenidən soruşdu. 

-    Sən  ona  yaxınlıq  etmədiyinə  görə,  səni  başqalarına  yem 

edəcək.  Onun  çoxlu  imkanlı  müdir  dostları  var.  Səni  yazı 

hazırlamaq  bəhanəsilə  onların  yanına  göndərəcək.  Elə  qadın 




26 

 

olmasın ki, puldan, zinət şeylərindən xoşu gəlməsin. Qadınlar 



parıltıya  tez  aldanırlar.  Əvvəlcə  bahalı  üzük-sırğa,  daş-qaşlar 

sonra da... 

-   Sonra da nə?! - Raziyə təəccüblə soruşdu. 

-  Sonra da bu akulaların iti dişlərindən çətin ki, canını qurtara 

biləsən.  Çünki  onlar  belə  işlərdə  çox  mahirdirlər.  Səni  ələ 

keçirmək  üçün  bütün  iyrənc  üsullardan  istifadə  edəcəklər, 

doğulduğuna peşman edəcəklər. Onların əli uzundur, hər yerə 

çatır.  Hər  zaman  da  onlar  haqlı  çıxırlar,  bütün  kirli  işlərini, 

ayıblarını  haram  yolla  qazandıqları  pullar  vasitəsilə 

təmizləməyi artıq vərdiş ediblər. 

-  Bəs bunların Allahdan heç qorxu-hürküləri yoxdur, bəyəm? 

- Nə qorxu-filan, ay qız?! Onların kimsədən qorxub-çəkindikləri 

yoxdur. Bunlar mafiyadır, zəncirvarı bir

-

birinə sarınıblar.



 

Yetər 


ki,  birinin  ayağını  tapdalayasan,  min  yerdən  hücuma  məruz 

qalacaqsan.

  Səncə,  mafiyaya  kimin  gücü  çatar?!  Bunları 

ancaq  öz  silahları  ilə  vurmaq  lazımdır.  Raziyə,  yaxşı  olar  ki, 

sən bu axşam mənim dediklərim barədə düşünəsən. 

-  Yaxşı,  sən  deyən  olsun.  Bu  axşam  dediklərin  barədə 

düşünəcəyəm. - Raziyə dedi. 

-    Elə  isə,  qalxaq.  Mən  Aslan  müəllimə  uydurmaq  üçün  bir 

şeylər fikirləşərəm. - İradə də ayağa qalxdı. 

    Raziyə  İradədən  ayrılandan  sonra,  yeni  “rəfiqə”sinin 

danışdıqlarında  nə  qədər  səmimi  və  doğru-dürüst  olduğunu 

yoxlamaq istədi. 

    Ertəsi  gün  Raziyə  bilgisayar  otağında  oturub,  qəzetin  yeni 

sayı  üçün  növbəti  yazısını  hazırlayırdı.  Bu  zaman  baş 

redaktorun  katibəsi  daxili  telefonla  Raziyəyə  Aslan  müəllimin 

onu  çağırdığını  bildirdi.  Raziyə  əlindəki  yazını  buraxıb,  baş 

redaktorun otağına getdi. 

     Bu  dəfə  Aslan  müəllim  təzə  işçisini  gülərüzlə  qarşıladı  və 

lütfkarlıq  göstərərək,  onunçün  hələ  bir  çay  da  sifariş  etdi. 

Düzü, Raziyə utandı. Baş redaktor bunu görüncə dedi: 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə