Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   4   5   6   7   8   9   10   11   ...   98

26
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
          İrad tutmazdan əvvəl... 
 
     Filosofların  fikrincə,  azadlıq  zərurətin  dərk  edilməsidir.  O, 
ilk  növbədə  mənəvi  varlığın  əsaslandığı  qanunlara  aiddir  ki, 
müəyyən bir məsələ haqqında onun  əsasında azad  mühakimə 
yürüdülür. Azadlıq tarixi inkişafın zəruri məhsuludur. 
     Bu  gün  biz  nə  qədər  ki,  ictimai  qüvvələri  lazımınca  dərk 
etmirik  və  bunlarla  hesablaşmaq  istəmirik,  onlar  da  təbiət 
qüvvələri kimi kor-koranə fəaliyyət göstərəcək ki, onun da acı 
nəticələrini gec-tez hiss edəcəyik. 
    Rus  yazıçısı  M.M.  Prişvin  öz  gündəliyində  qeyd  edirdi: 
“Təbiət haqqında yalnız o zaman danışmaq olar ki, özünü nə 
isə naməlum bir şey kimi tapasan, kəşf edəsən və anlayasan”. 
Əgər  insan  özünü  tapmamışsa,  özünü  dərk  etməmişsə,  onun 
cəmiyyətdə  baş  verən prosesləri dərindən anlamasına inanmaq 
çətindir. 


27
 
 
     Fransız yazıçısı A. De Sent-Ekzüperi haqlı olaraq yazmışdı: 
“İnsan  olmaq,  birinci  növbədə  başqa  insanlar  qarşısında 
məsuliyyət hiss etməkdir”. 
     İnsanın  azadlığı  ilə  onun  amalı  arasında  sıx  əlaqə 
mövcuddur. Bəzən isə azadlığı necə istəyirsənsə, elə də hərəkət 
etmək  “imkanı”  kimi  başa  düşürük.  Onun  bu  cür  başa 
düşülməsi,  əlbəttə  ki,  özbaşınalığa,  anarxiyaya  geniş  meydan 
açılması  deməkdir.  İnsanın  arzu  və  istəklərinə  əməl  olunması 
azadlığın  mühüm  əlaməti  olsa  da,  bu  arzu  və  istəklər 
məsuliyyətlə idarə edilməsə, əks nəticələr verə bilər. 
     Bu  gün  biz  yenə  də  nəyinsə  bizə  hazır  şəkildə  veriləcəyini 
gözləyirik.  Məsuliyyət  hissini  duymaq  istəmirik.  Başa 
düşməliyik ki, məsuliyyətin duyulması və təşəkkül tapmasında 
həmişə  iki  amilin  qarşılıqlı  təsiri  həlledici  rol  oynayır:  Bir 
tərəfdən,  tələbat  vasitəsi  ilə  şəxsiyyətə  obyektiv  təsir  göstərən 
və  onu  müəyyən  fəaliyyətə  sövq  edən  amillərin  təsiri;  Digər 
tərəfdən  isə  şüurlu  surətdə  dərketmə  əsasında  şəxsiyyətə 
daxildən  impuls  verən  subyektiv  amillərin  təsiri.  Əxlaqi 
məsuliyyət ilk növbədə yüksək əxlaqi şüuru nəzərdə tutur. İndi 
bizim  hər  birimiz  özümüzün  cəmiyyət  qarşısında  borcumuzu, 
əxlaqi vəzifələrimizi dərindən dərk etməliyik. Çünki məqsədlər 
aydın olduqca mübarizənin yolu və  vasitələri də aydınlaşır. 
     Öz  iç  dünyamıza  tam  sahib  olmadığımıza,  hələ  köhnə 
stereotiplərdən  xilas  ola  bilmədiyimizə  görə  nə  kamil 
şəxsiyyətlərimizi  görə  bilirik,  nə  də  onları  lazımınca 
qiymətləndirə bilirik. Çünki qabağa çıxanlarımıza da rişxəndlə 
yanaşırıq,  onların  rəftar  və  davranışlarında  həmişə  mənfi 
xüsusiyyətlər  axtarmağa  çalışır,  nəyin  bahasına  olursa-olsun 
onlarda  çatışmazlıqlar  görmək  istəyirik.  Bu  bizdə  olan  
“qüsuraxtarma  psixologiyası”  ilə  əlaqədardır.  Eyni  zamanda, 
özünüdərketmə aşağı səviyyədə olduğu üçün azadlığımızı kütlə 
ancaq həbsxanadan qaçan adamın azadlığı kimi başa düşür. 
     Bugünkü  siyasi  vəziyyətdə  də  biz  özümüzə  tam  əmin 
olmadığımızdan  öz  “  mən”imizdən  uzaq  düşməyə  məcbur 


28
 
 
oluruq.  Bunun  nəticəsində  də  mənəvi  böhran  girdabında 
çabalamağa  başlayırıq.  Biz  hökmən  idarəetmə  məktəbini 
keçməli  və  bunu  öz  şəraitimizə  adaptasiya  etməliyik.  Bunun 
üçün  köhnə  sosioloji  institutlara  qayıtmamalı,  ailə  və  ictimai 
məsələlərə  yeni  milli  psixoloji  aspektdən  yanaşmalı  və  onun 
düzgün istiqamətləndirilməsinə nail olmalıyıq. 
     Məhşur  filosof  Sokrat  göstərirdi  ki,  “öz  zəif  cəhətlərinə 
bələd  olmayan  insan,  özünə  də  bələd  deyildir”.  Bu  cəhətdən 
istər-istəməz  bizdə  mənəvi  təbəqələşmə  gedir;  Ə.Tusi  “Əxlaqi 
möhtəşəm”  əsərində  yazırdı:  “Əgər  sən  hansı  təbəqədən 
olduğunu bilmək istəyirsənsə, onda xalqla yaxından ünsiyyət 
saxla.  Hansı  təbəqə  nümayəndələrini  səbəbsiz,  illətsiz  çox 
istəsən, onda bil ki, həmin təbəqənin nümayəndəsisən”. 
     Həmişə  nəyəsə  irad  tutmazdan  əvvəl,  kimisə  tənqid 
etməzdən əvvəl öz-özümüzə qapılmalı, öz içimizə çəkilməli və 
dərindən düşünməyi bacarmalıyıq. Bunun üçün isə hər kəs öz-
özünün Xristofor Kolumbu olmalıdır 
 
                                  “Müxalifət” qəzeti, 13 aprel 1993-cü il. 
 
Sadəlik böyüklükdür,Əlibala müəllim! 
 
     1958-ci 
ildə 
ADU-nun 
Şərqşünaslıq 
fakültəsini 
bitirib.Əsərləri  ilk  dəfə  “Gəncliyin  səsi”  adlı  almanaxda  çap 
olunmuşdur.  “Heykəl  gülür”  adlı  kitabı  1961-ci  ildə  çap 
olunub.  1962-ci  ildə  SSRİ  Yazıçılar  İttifaqının  üzvü  olub. 
1964-cü  ildə  “Fərruli  Fəzdinin  həyat  və  yaradıcılığı” 
mövzusunda dissertasiya müdafiə edib. Daha sonra “Məhəbbət 
olmayan  evdə”  (1963)  və  “Unutmaq  olmur”  (1964)  adlı 
romanları  çap  edilib.  1966-70-ci  illərdə  Əfqanıstanda 
tərcüməçi  işləyib.  Həmin dövrdə  “İtgin  gəlin” romanını  yazıb, 
əsər  1979-cu  ildə  çap  olunub.  “Əfsanəsiz  illər”  (1980), 
“Ayrılığın  sonu  yoxmuş”  (1981)  adlı  romanları  ona  böyük 
şöhrət  gətirib.  Bundan  əlavə,  o  “Təyyarə  kölgəsi”,  “Vəfalım 
mənim”, “Dünyanı tanı” adlı romanların müəllifidir. 


29
 
 
     “Unutmaq  olmur”,  “Əgər  sevirsənsə”  əsərlərinə  televiziya 
tamaşası hazırlanıb. “İtgin gəlin” trilogiyası əsasında 12 serialı 
teleserial çəkilib və televiziya vasitəsilə nümayiş etdirilib. 
     Ə.  Hacızadə  eyni  zamanda  İranın  keçmiş  xarici  işlər  naziri 
Əli  Əkbər  Vilayətinin  “Səfəvilər  dövründə  İranın  xarici 
siyasəti  tarixindən”,  Əbdülrəhman  Yusufnurun  “Qurani-
Kərimin  30-cu  cüzvünün  təsviri”,  Rəcəb  Nejadın  “Zamanın 
aynası” adlı kitablarını fars dilindən azərbaycancaya çevirib. 
     Həyatda  elə  insalar  var  ki,  sadəliyi,  səmimiyyəti, 
təvazökarlığı,  alicənablığı  ilə  tez  bir  zamanda  başqalarının 
dərin  hörmət  və  rəğbətini  qazanır.  Açığı  desək,  mənəvi 
dəyərlərin  aşınmaya  məruz  qaldığı  bir  zamanda,  kapitalın 
əxlaqi və mənəvi kamilliyin üzərində hakimi mütləq bayrağını 
qaldırdığı  bir  dövrdə  öz  milli  mənliyi,  yüksək  insani 
keyfiyyətlərini,  milli  qürurunu  hər  şeydən  uca  tutan  insandan 
cəmiyyəti  öz  ağuşuna  almağa  çalışan  əxlaqsızlıq,  riyakarlıq, 
məddahlıq, paxıllıq, xudbinlik,  rəzillik, tamahkarlıq və  s. kimi 
insani qəbahətlərə qarşı mübarizə  aparması  ondan böyük səbr, 
dözüm  və  böyük  iradi  qüvvə  tələb  edir.  Bu  gün  insanların 
qəlblərini  hər  cür  şeytani  hisslərdən  xilas  etmək  üçün  onlara 
səmimiyyət, xoşrəftar, inam və iman hissləri aşınmalıdır. 
     Ruhi  və  qəlbi  əxlaqsızlıq,  mənəviyyatsızlıq  girdabına 
sürüklənən, məcbur edilən gənclərin dünyasına qarşı öz kəsərli 
qələmi  ilə  inqilabi  mübarizəyə  səsləyən,  insanlarda  mərhəmət, 
məhəbbət, milli qürur hisslərinin yaranmasında əvəzsiz xidməti 
olan el  yazarlarından biri də, öz yaratdığı əsərləri ilə xalqının, 
oxucularının  qəlbində  özü  üçün  əbədi-ədəbi  heykəl  ucaltmış, 
hamımızın  sevimlisi,  sadə,  səmimi  və  böyük  ürək  sahibi 
Əlibala Hacızadədir. 
     Mən həyatda ən çox sadə və təvazökar adamlara hörmət və 
rəğbət  bəsləyirəm.  Əlibala  müəllim  də  belə  insanlardandır. 
Hələ  tələbə  ikən  Əlibala  müəllimin  bütün  ailələrin  stolüstü 
kitabına  çevrilmiş  “İtgin  gəlin”,  “Əfsanəsiz  illər”,  “  Ayrılığın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə