Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   2   3   4   5   6   7   8   9   ...   98

6
 
 
verilən  cavabların, görülən  tədbirinin  mahiyyətinə  baxırsan. 
Jurnalistin  fəaliyyət  dairəsi  necə  də  genişdir!  
    Jurnalist - yollar  boyu  ağaclar  əkir.  
    Jurnalist  - yarımçıq  obyektlərin  inşasını   sürətləndirir.   
    Jurnalist - İstehsalatdakı  cinayətin  üstünü  açır.  
    Jurnalist - Teatrın  repertuarını  təmizləyir,  
    Jurnalist - Mənzil  bölgüsündə  hərc -mərcliyi  ifşa  edir. 
    Jurnalist - Qədim  abidələr  aşkarlayır. 
     Jurnalist  -  Qəhrəman  Mübariz  İbrahimova  mənzil    muzeyi  
düzəldir.  
     Jurnalist -  Partizan Tahir  İsayevə  abidə  qoyur.             
     Bütün    bunlar    və    onlarca  digər    yazılar    barədə    nüfuz  
sahibləri      tərəfindən      verilən    cavabları    oxuduqca    iftixarla  
deyirsən.  Jurnalistika    öz    dövründə  dördüncü    hakimiyyət  
rolunu   necə  cəsarətlə, ləyaqətlə   yerinə  yetirirdi!  
      Görünür    kütləvi      mətbuat    haqqında    qanunlara    yenidən  
baxılmalıdır.  Demokratik    cəmiyyətdə        jurnalistikanın  
rolunun      yüksəldilməsi,  ona    rəsmi    qaydada      dördüncü  
hakimiyyət   funksiyasının   verilməsi   çox   yaxşı  olardı.  
      Oxuculara    təqdim    olunan    “Ağrılı  düşüncələrim”  
kitabındakı    materiallar    və  ötən    əsrin    sonlarında      fəaliyyət  
göstərmiş  onlarca   jurnalistin,  mətbuat  orqanının   nümunəsi  
buna    əsas    verir.  Yaxşı  ənənələri    isə    yaşatmaq,    inkişaf  
etdirmək  lazımdır. 
     Camal  Zeynaloğlunu  xeyli  vaxtdı  tanıyıram.  90-cı  illərin 
ortalarından.  Qəzetdə  işləyirdi,  özü  də  müxbir  kimi.  Mən  onu 
ciddi,  təvazökar,  işinə  inamla  yanaşan,  yeri  gələndə  mübarizə 
aparan bir jurnalist  kimi,  qələm  adamı kimi  tanımışam.  Və  bu 
gün də belədir.  


7
 
 
      Tale  elə  gətirdi  ki,  Camal  müəllimlə  mən  haradasa  5-6  il 
bir-birimizi  görmədik.  Yəni  hər  birimiz  öz  işimizlə  məşğul 
idik.  Mən  İçəri  Şəhərdə  Azərbaycan  Ensiklopediyasında 
işləyirdim.  Ara-sıra  kitablar  çap  eləyirdik.  Günlərin  bir  günü 
ensiklopediyanın  qabağında  Camal  Zeynaloğlu  ilə  görüşdüm. 
Hal-əhval  tutduq.  Məlum  oldu  ki,  sən  demə,  o,  elə 
ensiklopediyaya 
bitişik 
binada 
işləyirmiş. 
Beləcə 
münasibətimiz  yenidən  bağlandı.  O,  biləndə  ki,  mən  yenə 
kitablar  çap  eləyirəm,  çox  sevindi.  Dedi  ki,  mənim  çapa 
hazırlanmış  çoxlu  kitablarım  var.  İnşallah,  biz  görüşəcəyik.           
Sonralar iş birliyimiz başladı. Və mən Camal müəllimin Aqata 
Kristinin  Baş  nazirin  oğurlanması”  adlı  tərcümələr  toplusu, 
“Tanrı  cəzası”,  Ölüm  doğmalığı”,  Nakam  məhəbbət”, 
“Həqiqət  işığında”,  “Talelər  dünyası”,  “Gecikmiş  sevgi”, 
“Qarabağ  dərdi  -  erməni  vandalizmi”,  “Xeyirxah  əməllər 
yolçusu” kitablarını çap elədim. Onu da qeyd edim ki, Camal 
müəllim  çox  zəhmətkeş,  öz  üzərində  işləyən  bir  qələm 
adamıdır,  jurnalistdir.  Mən  onun  kitablarını  işləyəndə  şahid 
oldum  ki,  o,  bir  jurnalist  kimi  hər  şeyi  ölçüb-biçən,  reallığa 
dəqiq qiymət verən adamdır. C.Zeynaloğlunun yaradıcılığı çox 
rəngarəngdir,  çox  sahəlidir.  O,  hər  şeydən  yazır:  Qarabağdan, 
erməni  vandalizmindən,  ağrılı  yerlərimizdən,  kasıbçılıqdan, 
məhəbbətdən,  ailə  münasibətlərindən,  milli  dəyərlərimizdən, 
insan  münasibətlərindən,  cəmiyyətin  sosioloji  və  psixoloji 
həyatından,  günümüzün  reallıqlarını  əks  etdirən  ağrılı-acılı 
problemlərindən və s. 
     Tanışlığımız zamanı məlum oldu ki, Camal müəllim həm də 
gözəl pedaqoq və psixoloq olub. O, gənc nəslin təlim-tərbiyəsi 
yolunda gecə-gündüz işləyib, şagirdlərinin gələcəkdə cəmiyyət 
üçün  layiqli  bir  vətəndaşkimi  formalaşmasında  bütün  bacarıq 


8
 
 
və  səylərini  əsirgəməyib.  Biz  bunu  onun  vaxtilə  yazdığı 
pedaqoji  və  psixoloji  elmi  məqalələrindən  də  aydın  görürük. 
Belə ki, Camal müəllimin hələ orta məktəbdə işlədiyi dövrlərdə 
yazdığı,  “Sinifdənxaric oxu və onun aparılması”, “Xarici dil 
tədrisinin  məqsədi”,  “Şagirdlərin  yaş  xüsusiyyətləri  və 
qabiliyyətlərin  formalaşması”,  Şagirdlərə  fərdi  yanaşma 
prinsipi”
Şagirdlərin 
şüurlu 
intizam 
tərbiyəsi”, 
“Şagirdlərin  əmək  tərbiyəsi”,  “Mənfi  emosiyalar  və  onların 
aradan  qaldırılmasında  özünüələalmanın  rolu”,  “Təlim 
fəaliyyətinin  psixoloji  cərəyanı”  və  s.  kimi  məqalələri  buna 
sübutdur. 
      Mən  demək  olar  ki,  Camal  müəllimin  bütün  yaradıcılığına 
bələdəm.  Özünü  isə  daha  yaxşı  tanıyıram.  O,  alicənab, 
humanist,  yaxşı  və  etibarlı  dost,  yaxşı  ailə  sahibi  və  nəhayət 
gözəl  insandır.  Mən  20  ilə  yaxındır  ki,  qələm  adamları  ilə 
işləyirəm.  Hələ  Camal  müəllim  kimi  öz  üzərində  gərgin 
çalışan,  yazı-pozudan  qorxmayan,  işini  dəqiq  bilən  insan 
görməmişəm.  Mən  onun  haqqında  humanist  sözünü  elə-belə 
işlətmirəm.  Çünki  C.Zeynaloğlu  həmişə  bütün  qələm 
adamlarına əlindən gələn köməyi təmannasız eləyir. O, olduqca 
çox  sadə  bir  adamdır.  Onun  iş  yerində  də  böyük  hörməti  var. 
Bir  insan  kimi  hamı  onun  haqqında  yaxşı  fikirdədir.Amma, 
Camal  Zeynaloğlu  jurnalistdir,  dördüncü  hakimiyyətin 
nümayəndəsidir.  Eşq  olsun  belə  ziyalılarımıza,  qələm 
dostlarımıza. 
    Allah  hər  adama  qələm  tutmağa  istedad  verməz,  şükür 
qüdrətinə. O elə kəramət sahibidir ki, hər kəsə elə qəlbinə görə 
verir. 
     Nə  isə,  əziz  qardaş,  elə  olduğun  kimi  də  ol,  belə  daha 
yaxşıdı, ömrün uzun, canın sağ, qələmin iti, sözün kəsərli, işin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə