Skot Han: Əziz Anam
"Xeyr, anladığınızı zənn etmirəm. Bura Protestant din
adamlarının yetişdirildiyi bir məktəbdir" -dedim.
Qaşını qaldırdı: "Xeyr, gənc adam sizin anladığınızı
zənn etmirəm. Bura qədimdən bir Karmel Monastırı idi və
mən orada uzun illər müəllimlik etdim. Siz nə vaxt məzun
olmuşdunuz?"
"Səksən ikidə"- deyə cavab verdim - "Kalvinist
olaraq sinfimin ən yaxşısı idim. Sonra Katolik imanını
seçdim. Bu günlərdə oraya ziyarətə gəldim, amma özümü
açaldılmış hiss etdim."
"Hə – dedi - biz onlara binamızı veririk onlar da
deməli bizə məzunlarını verirlər. Ədalətli bir ticarətə
bənzəyir."
Sonra danışığımızın necə başladığını xatırlayaraq -
"Sualınız nə idi?" - deyə soruşdu.
Ona bir gün əvvəlki gecə yarısı özümü necə təhqir
olunmuş hiss etdiyim də daxil olmaqla hər şeyi izah etdim.
"Vəzinizi çox yaxşı verdiniz. Bu səbəblə sizin mənə təklif
edə biləcəyiniz bir kitabınız varmı deyə soruşacaqdım" -
dedim.
"Ağlına bu mövzu ilə bağlı bir kitab adının gəlməmiş
olmasının yaxşı bir səbəbi var"- dedi - "Belə bir kitab
yoxdur. Bir dənə var idi, amma artıq keçən həftə
sonuncusu satıldı."
Çaşmışdım: “Ata, Məryəmlə bağlı bütün kitabları
həqiqətən tanıyırsınız?"
"Bu vəziyyətdə bilməliyəm. Kitabı özüm yazmışam."
Ağzım açıq qaldı. Sanki özümü dan vaxtı hər şeyin
işıqlanacağı bir nöqtədə tapmışdım.
"Bəli. Mən yazdım, adı "Məryəmin Göyə
Qaldırılması"dır. Mənə keçən həftə kitabın satıldığını
dedilər. Amma əlimdə iki surət var. Bir şkafa yönəldi. - "O
professorun adı nə idi?" - deyə soruşdu.
117