Çap üçün deyil



Yüklə 60,47 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix26.08.2018
ölçüsü60,47 Mb.
#64701
1   2   3   4   5   6   7   8   9   ...   42

Araådıraq – öyränäk

Araådıraq – öyränäk

Kompüterinizdə neçə USB portu olduğunu müəyyən edin. 

Bu portlara hansı qurğuları qoşmaq olar? 

USB qısaltmasının açılışını öyrənin. Bu haqda referat hazırlayın.  

Öyrändiklärinizi yoxlayın

Öyrändiklärinizi yoxlayın

1. Prosessorun vəzifəsi nədən ibarətdir?

2. Prosessorun sürətinin ölçü vahidi nədir?

3. Sistem lövhəsində hansı əsas komponentlər yerləşir? 

4. Nə üçün mərkəzi prosessor kompüterin “beyni” hesab olunur?

11

10



2. 

GİRİŞ QURĞULARI



1

İşlədiyiniz kompüterin prosessorunun adını və sürətini öyrənin. Bunun 

üçün:

1. Siçanın göstəricisini iş masasında Computer simgəsinin üzərinə aparıb 

sağ düyməni çıqqıldadın. 



2. Açılan kontekst menyusunda Properties bəndini seçin.

3. Açılan pəncərənin Processor sətrində prosessorun tipi və sürəti 

haqqında informasiya göstərilib.



4. Həmin sətirdə gördüyünüz CPU qısaltmasının açılışını öyrənin.

Fäaliyy t – 2

ä

Fäaliyy t – 2



ä

İlk elektron hesablayıcı maşınlarda verilənləri daxil etmək üçün perfokart və 

perfolentlərdən istifadə olunurdu. Bu daşıyıcılarda hər bir simvol bir sütun-

da olmaqla deşiklər vasitəsilə kodlaşdırılırdı. Kodlaşdırma, yəni deşiklərin 

açılması xüsusi qurğularda – perforatorlarda yerinə yetirilirdi.

· 

Sizcə, verilənlərin belə daxil edilməsi üsulunun hansı çatışmazlıqları var idi?



İnsan informasiyanı öz duyğu orqanları vasitəsilə aldığı kimi, kompüterə də 

kənardan informasiyanın daxil olması üçün “gözlər” və “qulaqlar” gərəkdir. 

Hazırda  bu  funksiyaları  yerinə  yetirən  cürbəcür  qurğular  vardır.  Onlara 

daxiletmə, yaxud giriş qurğuları deyilir. Bu qurğular daxil edilən informa-

siyanı rəqəmli formaya çevirir ki, sonradan onu kompüterdə emal etmək və 

saxlamaq mümkün olsun. 

Verilmiş qurğulara informasiya necə daxil edilir? 

Mobil telefon  

Televizor 

Mikrodalğalı 

soba 


Tozsoran 

maşın   


Paltaryuyan 

maşın


Fäaliyy t

ä

Fäaliyy t



ä

İlk kompüter ENIAC (1946)

qurğu qoşulur. Bəzi bağlayıcılar yalnız müəyyən qurğular üçün nəzərdə tu-

tulub,  bəzilərinə  isə  müxtəlif  qurğular  qoşmaq  olar.  Genişləndirmə  slotları 

kimi, bu portlar da kompüterin imkanlarını genişləndirir. 

Çap üçün deyil



13

12

Araådıraq – öyränäk



Araådıraq – öyränäk

Siçanın parametrlərini (hərəkət sürətini, göstəricinin görünüşünü və s.) dəyiş-

mək üçün aşağıdakı addımları yerinə yetirin:

1

1. Baş menyuya daxil olub Control Panel 

pəncərəsini açın. 



2. Mouse simgəsini tapıb çıqqıldadın. 

3. Göstəricinin sürətini dəyişmək üçün 

Pointer Options səhifəsinə keçin və 

Motion bölümündə uyğun sürgünün  

yerini dəyişin.  



4. Göstəricinin formasını dəyişmək üçün 

Pointers səhifəsinə keçin və müvafiq 

formalardan birini seçin. 

Görüntü skaneri   Ştrix-kod skaneri      Coystik      Qrafik planşet    Mikrofon     Veb-kamera  

Müxtəlif növ verilənləri kompüterə daxil etmək üçün  xüsusi giriş qurğuları 

vardır:  mikrofon,  skaner,  kamera,  coystik,  qrafik  planşet  (dicitayzer), 



sensor ekran və s. Sensor ekran həm də çıxış qurğusu sayılır.

Skaner görüntüləri kompüterə daxil etmək üçün onları koda çevirən qurğu-

dur. Skanerlər  növ və ölçülərinə görə  fərqlənir:

· Görüntü  skanerləri  görüntüləri  kompüterin  yaddaşında  saxlamaq  üçün 

elektron formaya çevirir;

· Ştrix-kod skanerləri malların üzərinə vurulmuş (məsələn, mağazalarda) ştrix 

cizgiləri oxuyur;

·  Maqnetik  skanerlər  kredit  kartlarının  arxasında  olan  kodlaşdırılmış 

informasiyanı oxuyur. 

Görüntü skaneri və üzçıxaran qurğunun (kseroksun) iş prinsipləri bir-birinə 

çox oxşayır. Ancaq kseroksdan fərqli olaraq, skaner görüntünün üzünü çıxar-

mır, onu qrafik fayla çevirir. Fayl kompüterdə olduqdan sonra isə onu başqa 

yerə köçürmək, dəyişdirmək, yazıb saxlamaq, elektron poçtla göndərmək olar.

Düzgün olmayan fikirləri doğruya çevirin:



–  Siçanın təkərciyini fırlatdıqda ekranda göstərici yerini dəyişir.

– Kursorun idarəolunması klavişləri qrupuna dörd klaviş daxildir. 

–  Kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxumaq 

üçün maqnetik skanerlərdən istifadə olunur.

–  Noutbuk kompüterlərində siçan əvəzinə taçpad qurğusundan istifadə 

olunur. 

  Sensor ekran çıxış qurğusudur.

  

Öyrändiklärinizi yoxlayın

Öyrändiklärinizi yoxlayın

işarələnib. Bu klavişlər, adətən, hansısa funksiyanı yerinə yetirir və funksiya-

lar proqramdan, yaxud iş rejimindən asılı olaraq dəyişə bilir. 

· Hərf-rəqəm  klavişləri.  Bu  klavişlər  klaviaturanın  orta  hissəsində 

yerləşir. Onlar hərfləri, rəqəmləri və digər simvolları daxil etmək üçün nəzərdə 

tutulub.


· Kursorun idarəolunması klavişləri. Bu klavişlərin dördünə çox zaman 

ox klavişləri də deyilir. Onlar klavişin üzərində göstərilmiş ox istiqamətində 

mətn kursorunun hərəkət etdirilməsi üçün nəzərdə tutulub. Bu qrupa daha dörd 

klaviş daxildir: Home, End, PgUp  və  PgDn.  

· Yardımçı rəqəm klaviaturası. Kalkulyatorun klavişlərini xatırladan bu 

klavişlər  dəsti  klaviaturanın  sağında  yerləşir  və  əsasən,  hesablama  zamanı 

istifadə olunur. 

· Xidməti klavişlər.   Enter, Esc, Tab, Shift, Ctrl, Alt, Caps Lock, Insert, 

Delete, Backspace.

Qrafik informasiya ilə işləmək üçün, əsasən, siçan qurğusundan istifadə 

olunur. Adi kompüter siçanının ən azı iki düyməsi olur – sol və sağ. Siçanın 

növündən  və  markasından  asılı  olaraq  onun  üzərində  başqa  düymələr  (mə-

sələn, təkərcik) də ola bilər. 

Siçanla işləyərkən ekranda görünən kiçik ox siçanın göstəricisi adlanır. 

Optik-mexaniki siçanı masanın üstündə gəzdirdikdə onun daxilindəki kürə-

ciyin fırlanması monitorun ekranında göstəricinin yerinin dəyişməsinə səbəb 

olur. Müasir optik siçanlarda isə bu proses işıq şüası vasitəsilə gerçəkləşdirilir. 

Noutbuk    kompüterlərində  siçan  qurğusu  əvəzinə  taçpad  qurğusundan 

istifadə olunur. 

Sözlük

Sözlük


Giriş qurğuları

Klaviatura

Siçan

Taçpad

Skaner

Coystik

Planşet

Kompüterin başlıca daxiletmə qurğusu klaviaturadır

Onun köməyi ilə mətn və ədədi informasiyalar, eləcə də 

cürbəcür komandalar və verilənlər kompüterə daxil edilir. 

Kompüterin standart klaviaturasına 104 klavişli genişlən-

dirilmiş klaviatura deyilir. Müxtəlif klaviaturalar olsa da, 

onların hamısında aşağıdakı klaviş qrupları vardır: 

· Funksional  klavişlər.  Bu  klavişlər  klaviaturanın 

yuxarı sırasında yerləşdirilib və  F1,  F2,   F3, …, F12 kimi 



Çap üçün deyil


Yüklə 60,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə