İndiki zaman və gələcək zaman şəkilçiləri də qəti və qeyri-qəti
olduğuna görə iki növdür:
Qeyri-qəti üçün /-ir, -ar, -ər/ şəkilçiləri işlədilir: “kəlirma”
(gəlirəm), “kəlirbiz” (gəlirik).
Qəti növü üçün /-lik/ işlənir: “kəllikmə” (gələcəyəm).
Morfologiya baxımından da oğuzca ilə eynidir.
/-nin/ yiyəlik şəkilçisinin sonundakı /n/ düşür. Yəni “Bakının
metrosu” yerinə “Bakını metrosu” deyilir.
Cümlələrdəki kəlmələrin sırası digər türk dillərindəki kimidir
və bəzən də tərsi görünür. Yəni xəbər mübtədadan öncə gəlir.
Bu dilin bir-birinə yaxın iki dialekti vardır:
Qaraçay-Baksan-Çəqəm və ya /s/ yerinə /ç/ (saç yerinə çaç) və
/y/ yerinə /dj/ (yer yerinə djer).
Balkar və ya /ts/, /z/ dialekti. Bu dialektdə /ç/ səsi /ts/ ilə və
/dj/ səsi /z/ ilə əvəzlənir, /k/ səsi IxJ; /Ы səsi /f7 ilə əvəzlənir. Ayrıca
cəm şəkilçisində /r/ qorunmuşdur [363] (lar).
Aynca Qulam Bəznəqi dialekti də yuxarıdakı hər iki dialektin
xüsusiyyətlərinə malikdir. Digər şivələrdən fərqli olan Çerek şivə
sində /ts/ səsi /ç/ ilə; /z/ səsi /j/ ilə; til səsi /p/ və ya /b/ ilə əvəz
lənmişdir.
119
Bu dil, təxminən 228 min nəfər nüfusu olan Dağıstan Muxtar
Respublikasında yaşayan qumuqlara aiddir. Qumuqlar oğuz və qıp
çaq tayfalarının qarışmasından meydana gəlmişdir (X I-X III əsr
lərdə). Bu dilin formalaşmasında bulğar, xəzər, oqur-fın və slav
tayfalarının da təsiri olmuşdur.
Qumuq ədəbi dili Sovet hakimiyyəti dövründə form alaşm ış
və bu barədə Bəkir Çobanzadə ilə N .K .D m itriyev tədqiqat apar
mışdır.
XIX əsrin ortalarından etibarən qumuq xalq şeiri və ədəbiyya
tı, milli şair Irçı Qazaq, Manay Əli Bəyli və Məhəmməd Osmanza-
dənin ortaya çıxması ilə böyük ölçüdə inkişaf etdi.
Qumuqlann folkloru zəngindir. Milli qəhrəmanları Ay Qazi
nin epik mahnısı məşhurdur.
Qumuq türkcəsində sözlərin çoxu türkcədir. Məsələn, “baş”,
“başqa”, “sən”, “biz”, “at”, “aç”, “için” (üçün), “tur” (dur), “kal”
(qal) və s. Qıpçaq və oğuz kəlmələri sinonim olaraq işlənir: “yurt-
kənt (yurd), “sığır-inək”, “pilav-aş”, “yel-kültik (yel-külək), “dağı-
genə”, “beriv-canavar-qurd”. Bundan əlavə rus, ərəb, fars və Qaf
qaz dillərindən də bir çox kəlmə bu dilə daxil olmuşdur.
Bu dildə 8 səsli və 23 səssiz vardır.
/ə/ danışıq dilində işlənir, ancaq ədəbi dildə yoxdur.
Qalın səslər arasında ahəng vardır: “başlamak”, “içindəqi”.
Ancaq dodaqlananlar arasında üçüncü və daha sonrakı hecalarda və
bir də şəkilçilərdə pozulur.
Bu dildə assimilasiya çoxdur: “qetti” (getdi), “bitti” (bitdi).
Müxtəlif isim hal şəkilçiləri, digər türk dillərindəki kimidir.
Ancaq /-qa/ və /-gə/ şəkilçiləri əski türkcədəki kimi qorunm uş
dur. Yiyəlik və təsirlik hallarının şəkilçisi /-ni/dir. Qalanı oğuz
qrupundakı kimidir. Cəm şəkilçisi /-lar/ və /-lər/dir. Ancaq yi
yəlik və təsirlik hallarında /-r/ düşür: “aşlar” (çörəklər), “aşlanı”
(çörəkləri), “aşlaqa” (çörəklərə). Saylar və əvəzliklər də oğuzca-
dakı kimidir.
QUMUQ TÜRKCƏSİ
120
Fel hallanmaları
İndiki zaman qıpçaqcada olduğu kimidir: “ayıtaman” (deyi
rəm), “qələmən” (gəlirəm), “qələsən” (gəlirsən). Keçmiş zaman
da bəzən qıpçaqcaya bənzəyir: “ayıtqanmən” (dedim), “qəlqən-
m ən”, “ayıta idim”, “qələr idim”, /-imiş/ şəkilçisi işlənmir. Gələ
cək zaman oğuz qrupunda olduğu kimidir. Yəni həm /-ar, -ər/
şəkilçiləri, həm də /-ajak, -əjək/ şəkilçiləri ilə düzəlir: “aytar-
m an” və ya “aytajakman”.
Feli bağlama şəkilçisi neçə şəkildədir: /-ip/, /-up/, /-yup/, /-p/,
/-a/, /-e/, /-i/, /-maylı/, /-meyli/, /-qınça/, /-qinçə/ və s.
Söz düzümü (nahiv) və sözün düzəni baxımından Oğuz
qrupuna bənzəyir: ’’Kitabıni sen kiyadan algan bu samk men də
şundan alajakman” (Senin kitabı aldığın yerden ben də alacağım).
Qumuq dilində üç və ya beş şivə mövcuddur: Buynak, Xay-
tak, Xasavyurt, Kaydak və Dağ Eteği. Ədəbi dil Boynak və Xasav-
yurt şivələri üzərində qurulmuşdur.
121
KARAİM DİLİ
Karaim dili qıpçaq qrupuna bağlı olmuş və hun, xəzər, bulğar,
oğuz dilləri ilə slav, ərəb və fars dillərindən təsir almışdır.
Karaimlər Yəhudiliyin Karay təriqətinə mənsub olduqları
üçün bu adı seçmişlər. Keçmiş Sovetlərdə və Polşada yaşayırlar.
Sovetlərdə Litvaniya və Ukrayna respublikalarında, Moskva, Le
ninqrad, Rastov və Qırımda məskundurlar. Dilləri rəsmi olmadığı
üçün yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadırlar. Sovetlərdəki nüfu-
su 6 mindir. Böyük bir qismi də Varşava və Polşanın digər şəhərlə
rində yaşayırlar.
Karaimlər X-XI əsrlərdə Qınma gedərək qınm tatarları ilə qa
rışdılar və daha sonra XIV-XV əsrlərdə Ukraynaya köçdülər.
Dilin lüğət tərkibinin təməli türkcə sözlərdən meydana gəlir
və bu dildə əski türkcə kəlmələr də çoxdur, “yav” (yağ), “turya”
(doğmaq), “tarlav” (tarla), “otru” (əleyhinə), “butar” (qənimət),
“öksiyüz” (yetim).
Günlərin və ayların adı digər türk dillərindən fərqlidir.
Karaim dilində iki ləhcə vardır: Terakay və Kaliç.
Terakay ləhcəsində 8 səsli vardır. Ancaq Kaliç ləhcəsində /ö/
və /ü/ səsliləri yoxdur, /o/ saiti yalnız kəlmələrin başında işlənir.
Bu dildə bir neçə diftonq vardır. Ayrıca /dj/, /dz/, /ts/, /j/ və /h/
samitləri də mövcuddur.
Damaq səsləri arasında ahəng vardır. Ancaq dodaq məxrəc
lərində bəzən ahəng pozulur. Slav dilinin təsiri ilə bu dilə ön şəkilçi
daxil olmuşdur: “namunilurax” (ən böyük), “nikayda” (heç bir yer
də), “nikisidə” (hiç kimsə), “nə bu yandı bu” (bu nə deməkdir?).
Eyni şəkildə slav dilinin təsiri ilə cins kateqorisi (ka, qa, ça,
çiya) bu dildə mövcuddur.
İsmin hal şəkilçiləri, xüsusilə Kaliç ləhcəsində oğuz türkcə
sinə bənzəyir.
“ilə” yerinə “ba” işlənir: “atımba” (atımla). Aynca yönlük hal
şəkilçiləri /-qa,-qə,-ka,-kə/ qorunmuşdur: Məsələn, “ovul” (oğul),
“ovulnun” (oğlun), “ovulnu” (oğlu), “ovulba” (oğulla), “ovulqa”
(oğula), “ovulda” (oğulda), “ovuldan” (oğuldan).
122
Dostları ilə paylaş: |