Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə9/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

TEHRAN-ƏRAK-SAVƏ-HƏM ƏDAN TÜ RK LƏ R İ
Bir  neçə  il  öncəki  statistikaya  görə,  Tehran nüfusunun  təxmi­
nən  40%-i  türklərdən  ibarətdir.  Demək  olar ki,  5  milyonluq  nüfus- 
dan  təxminən  2  milyonu  türkdür.  Tehran  türklərinin  çoxu  azərbay­
canlıdır.  Böyük  bir  qismi  də  digər  türkdilli  bölgələrdən  Tehrana 
mühacirət etmişlərdir26 2
7
.
Ərak  (İraqi-əcəm),  Savə  və  Həmədan  məntəqəsində  də  kənd­
lərdə  yaşayan  əhalinin  əksəriyyəti  türkdür.  Ərak,  Savə  və  Xələcis- 
tanda  (Qum  şəhərinin  cənub-qərbi)  yaşayan  türklərin  əksəriyyəti 
xələc və oğuz türklərindəndir.
Ərak  və  Həmədan  arasındakı  Bozcalı  qəsəbəsinin  əhalisi  ta­
mamilə  türkdür.  Bu  qəsəbənin  mərkəzi,  böyük  bir  ehtimala  görə, 
məşhur şair Fəxrəddin İraqinin vətəni olan Komicandır.
Ərakın qərbindəki Kəzzaz qəsəbəsi Burucerdə qədər uzanır və 
əhalisi türkdillidir.
Qara  Kəhriz,  Sərəbənd  və  Çaplıqdan  Burucerdə  qədər  davam 
edən məntəqədə türklər yaşayır.
Sərra  və  ya  Çərra  (Ərak  -   Həmədan  arasında)  qəsəbəsinə 
bağlı olan kəndlərin əhalisinin əksəriyyəti türkdür.
Savə  əhalisi  iki  dillidir  (türkcə-farsca).  Ancaq  bir  neçə  kənd 
xaric,  qalanı  (təxminən  700  kənd)  türk  kəndidir.  Savə  bölgəsinin 
nüfusu  təxminən  150  min  nəfərdir  ki,  onun  120  min  nəfəri  türkcə 
danışır  .
Savə  bölgəsinin köçəri  xalqı,  əsasən,  Şahsevənlərdəndir və  ən 
önəmliləri  bunlardır:  Yarcanlu,  Satlu,  Qavanlu,  Əli  Qurtlu,  Musul- 
lu,  Əhmədlu,  İnanlu,  Küsələr,  Əlilu,  Baharanlu,  Şeyxlu,  Bigdili 
və  s.  Savə  dialekti  Azərbaycan  türkcəsindən  bir  az  fərqlidir,  ancaq 
rahatlıqla anlaşılır.  Ən önəmli şairlərindən Telimxan Türkməni-Mə- 
rəğeyi,  Asim  Məzləqani,  Mahmud  Türkmən  Mərəğeyi,  Fəqiri-Qır- 
mızini, Qudsi Müslihabadinin adını çəkmək olar.
26 Hazırda  12 milyon olan Tehran nüfusunun 6 milyona yaxmı türkdür.
27 Savə türkləri və ədəbiyyatları haqqında Əli Kemali  “Varlıq” dərgisinin müxtə­
lif saylannda məqalələr yazmışdır.
31


Telim xan  Türkm əni-M ərəğeyi:  XVIII  əsrin  sonlannda  və 
XIX  əsrin  əvvəllərində  yaşadı.  Şeirin  bütün janrlarında  öz  isteda­
dını  göstərdi.  Onun 600-dən çox  şeiri  əldədir.  Vaqif,  Nəsimi,  Xəstə 
Qasım və  Seyidinin  şeirlərinə  nəzirələr yazan  Telimxan,  haqq  aşiqi 
və xalq şairi idi.  Deyilənlərə görə,  Məhəmməd Rza Xan Türkmənin 
qızı  Mehri  xanıma  aşiq  olmuş,  ondan  ötrü  Şiraza  getmiş  və  bir 
müddət orda qalmışdır.  Şeirlərinin birində belə deyir:
Xurdəlikdə28 yandum nari-həsrətə29,
Yediyim zəhr, içdiyim su qan oldı.
Qürbət əli dutdı gəribanımı30,
Əzrailə müntəqilim can oldı.
*   *   *
Göylümün aynası dutdı qüban31,
Bulaşdım möhnətə olmadım ari.
Ərğəvan rəngimi eylədim san,
Pəjmürdə32 gül axır zəfəran oldı.
*   *   *
Kəcbaz33  oldı doğn yola getmədi,
Dad eylədim, fəryadıma yetmədi.
Ol gündən dediyimi dutmadı,
Çərxi-fələk biziminən yan oldı.
*  *  *
Çox sızıllar34 yaralanım duzlıdı,
Riyaidir dövran, iki üzlidi.
Dərdi-dilim ürəgimdə gizlidi,
Sir deməyə nə bir müsəlman oldı.
28
29
30
31
32
33
34
Kiçik yaşlarda, gənclikdə.
Həsrət oduna.
Yaxamı.
Tozu.
Saralmış, solmuş.
Əyri gedən.
Sızlayar.
32


*  *  *
Gözüm ağlar mün’im olub nəmlərdə,
Qara bağrım güdaz olub qəmlərdə.
Pərvanəsa35  istər yana şəmlərdə,
Yandı bağrım misli-Telimxan oldı.
M irza  D arab   Asim:  XIX  əsr  şairlərindəndir.  Təxminən  80  il 
öncə  vəfat  edib.  Şeirləri,  ümumiyyətlə,  dini,  əxlaqi  və  ictimai  möv- 
zulardadır. Növhələri də məşhurdur.
Müasir şairlərdən Ə kbər Rəzzaqi daha tanınmışdır və əsasən, 
satirik şeirlər yazar.
Həmədan kəndləri və ətrafındakı bəzi məhəllələrin dili türkcə­
dir.  Dərgəzin  qəsəbəsinin  əhalisi  tamamilə  türkdür.  Dərgəzinlilər 
dini  mövzularda şeir deyib, növhə, ağıt və şəbeh yolu ilə türkcə şeir 
və ədəbiyyatın yayılmasında rol oynamışlar.
Həmədanın  qərb  hissəsi  Əsədabada  qədər,  eyni  şəkildə  Məla- 
yirə  doğru  Sərra  qəsəbəsi  və  ətrafındakı  kəndlər,  Kərəcan  və  ətrafı 
(50-60 kənd) türklərin yaşadığı bölgələrdir.
Savə və Həmədan arasındakı kəndlər və Həmədana qədər uza­
nan  Takistan-Avəc-Zərən  yolu  üzərindəki  məntəqənin  əhalisi  türk­
cə danışır.  Həmədan türklərinin dili Azərbaycan türkcəsinin bir dia- 
lektidir.
Həmədan türklərinin ən önəmli tayfaları Qaragözlu, Xudabən- 
dəlu  və  Afşarlardan  ibarətdir.  Afşar eli,  Xəmsə  əyalətinin  cənubun­
da yaşayır və əraziləri Qəzvin və Savəyə qədər davam edir.
Xərəqan  şairlərindən Qeybəli adlı  şairin adını  çəkmək olar.  O, 
Telimxanla  eyni  əsrdə  yaşayırmış.  Ondan  əlavə,  Şeyx  Həsən  M ə­
həm m əd M öhtərəm i B əndi-Əm iri X ərəqanini də zikr edə bilərik.
Qəzvində  türk  və  fars  dillərinin  ikisi  də  işləkdir.  Qəzvinin 
ətraf kəndlərinin  dili,  ümumiyyətlə,  türkcədir.  Bu  bölgədə  İmarlu 
və Çekini tayfaları  sakindirlər.
35 Kəpənək kimi.
33


Vəramin,  Dəmavənd,  Gərmsar,  Şəhriyar,  Kərəc,  Buin-zəhra, 
Avəc,  Takistan və  Savucbulaqda da türklərin  sayı  çoxdur.  Vəramin 
və  Qum bölgəsində yaşayan  Kəngərli  tayfası  da türk tayfalanndan- 
dır.  Feriden  məntəqəsi  (mərkəzi  Darandır)  Hovme,  Çadqan,  Ferey- 
dunşəhr  və  Buin-Miyandəşt  adlı  dörd  şəhərdən  ibarətdir  və  bu 
şəhərlərdə türklərin sayı olduqca çoxdur.
Nəhavənd,  Təfriş,  Qum,  Tuyserkan,  Burucerd,  Əliqudərz  tə­
rəflərində də türklərin yaşadığı kəndlər mövcuddur.
Məlayirin  ətraf kəndlərinin  çoxunun  əhalisi  türkdür  və  ordan 
Mehdi  Kordxordi,  İslam  Cəvahiri  Afşar  və  həyatda  olan  Aşıq  Ab­
bas Məlayiri kimi məşhur şairlər çıxmışdır.
Aşağıdakı şeirlər Mehdi Kordxordi (Məlayiri)dəndir:
Mah üzünə salmış bir mələk mənzər,
Müənbər zülflərin zərəfşan oldu.
Eşq atəşi məni saldı ayaqdan,
Heç deməz aşiqi natəvan oldu.
ie
 *  *
Y usif sənsən Züleyxanın məşuqi,
Aləmə düşübdü şövqün işığı.
İxtiyarın əldən aldın aşiqi,
Aşiq dindən çıxdı bi-iman oldu.
* *  *
Hər baxanda işvə satarsan mənə,
Çox bi-mürüvvətsən yetişdim cana. 
Bilir aləm giriftarəm mən sənə,
Haq, mürvətin kəssin bağrım qan oldu.
*  *  *
Cəhd edər də qurtarməgə əhdini,
Əmən olmaz şirin ləbin şəhdini.
Bəsdi çox incitdin fəqir Mehdini,
Əgər kafir idi müsəlman oldu.
34


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə