/у/ söz əvvəlində dar səslilərdən öncə gəlsə, düşür: “yigirmi”
yerinə “igirmi”, “yılan” yerinə “ilan”, “yüz (100 və yüz (üz)) yerinə
“iz”, “yıldız” yerinə “ulduz” (Azərbaycan türkcəsindəki kimi).
Azərbaycan türkcəsində olduğu kimi bəzi hallarda samit qo
şalaşması baş verir: “ikki” (2), “sakqez” (8), “dokqez” (9), “uottez”
(30), “aşşaqe” (aşağı), “eşşəq” (eşşək), “nəmmə” (nə). Bəzən Azər
baycan türkcəsindəki kimi assimilyasiya görünür: “isse” (isti), “is-
sinde” (üstündə), “onnən” (ondan). Bəzən də metatez baş verir: “ar
vad” (övrət), “torpaq” (topraq).
Şəkilçilər əksər hallarda tək şəkildə olub, səslilər arasında
uyuşma yoxdur: “ilə” və “-la” yerinə “-nan”.
/-çı/ yerinə /-çe/ və /-çu/ (peşə bildirən şəkilçi): “iyalançe”
(yalançı).
Çıxışlıq hal şəkilçisi: /-dən/, /-nən/.
Birgəlik şəkilçisi: /-inan/ (ilə).
Yiyəlik şəkilçisi: /-em/. Məsələn: “omrem” (ömrüm).
Cəm şəkilçiləri: /-lər/, /-nər/.
Sifət düzəldən şəkilçi: /-И/. Məsələn: “adaxle” (adaxlı), “dad-
le” (dadlı).
Təsirlik hal şəkilçisi: /-ini/, /-ni/. Məsələn: “atını”.
/-sez/: “qaşsez” (qaşsız).
/-dir/ yerinə /-de/: “gezəlde” (gözəldir).
Feli isim şəkilçisi: /-an/. Məsələn: “gətiraan” (gətirən).
Arzu-dilək şəkilçisi: /-ə/: “qonəm” (qonam), “uçəm” (uçam),
“oləm” (olam).
Geniş zaman şəkilçisi: /-ər/. Məsələn: “çəkər”, “gedər”, “di
yər” (deyər).
Əmr şəkilçisi: /-ginan/. Məsələn: “alginan” (al), “gəlginan” (gəl).
inkar şəkilçisi: /-mə/. Məsələn: “almə” (alma), “vormə” (vurma).
Məsdər şəkilçisi: /-məq/. Məsələn: “açməq” (açmaq), “ağlə-
məq” (ağlamaq), “aparmaq” (aparmaq).
Şərt şəkilçisi: /-sə/. Məsələn: “qalsə” (qalsa), “olsə” (olsa).
İsmin və əvəzliyin müxtəlif hallan bunlardan ibarətdir:
Adlıq hal: mən, sən, o, biz, siz, ollər.
Yiyəlik hal: mənim, səniny, oniny, bizem, siziny, olləriny.
41
Yönlük hal: mənə, sənə, onə, bizə, sizə, öllərə.
Yerlik hal: məndə, səndə, ondə, bizdə, sizdə, öllərdə.
Vasitə (birgəlik) hal (-nan): səninan (səninlə), oninan (onun
la), bizimnan (bizimlə), sizinnan (sizinlə), ollərinnan (onlarla).
Fellərin hallanması: “gəlməq” feli.
İndiki zaman: gəliyerəm, gəliyerəny, gəliyer, geliyerek, gəli-
yerez, gəliyerlər.
Şühudi keçmiş zaman: gəldem, gəldeny, gəlde, gəldek, gəl-
deniiz, gəldelər.
Davamlı keçmiş: gəleyrdem, gəleyrdeny, gəliyerdik, gəliyer-
diniz, gəliyerdilər.
Nəqli keçmiş zaman: gəlmişdem, gəlmişdeny, gəlmişde, gəl-
mişdek, gəlmişdiniz, [434] gəlmişdelər.
Gələcək zaman: isderəm gəlim...
Əmr: gəlginan, gəl, gəlinyez.
İndi Əbiverdi türkcəsinə aid cümlə, şeir və atalar sözlərindən
bir neçə nümunə göstəririk:
- Qezem səne diyərəm, gəlinem sən eşet.
- Kişilik isaan ər issar, bir əvəzenə ikke yessaar (küsülü isən
ər istəyirsən, biri yerinə ikisini istəyirsən).
- Qez ode ki, name ola nə nənge. Gil ode ki, buye ola nə ran
ge (qız odur ki, adı olsun, nə nəngi. Gül oldur ki, iyi olsun nə rəngi.
Gəl ey saaqey, dolder came məstanə,
Gidər mey içannər meyxaanə qalər.
Geçər bu dünyəniy iyaxçı, iyamani,
Qalsə bir iyaxçeluq insanə qalər.
* * *
39
Bulbuli ke, ayn dişər gilennən ,
40
Nələr çəkər dayim hicran elennən . 3
9
4
0
39 Gülündən.
40 Əlindən.
42
Badi-saba peyğam apar dilemnən,
Bəyan elə dadsitanə41 dərdeme.
Seyle gerim42 aqibət nə uovlər43,
Ərz eylərəm Süleymanə dərdeme.
Qısacası bu ki, Əbiverdi türkcəsi, İrandakı türk ləhcələrindən
biridir və Azərbaycan türkcəsindən daha çox Xorasan türkcəsinə
yaxındır.
Əsas xüsusiyyətləri bunlardan ibarətdir:
/ı/ və /ö/ yerinə /e/ səsi işlənir.
Əski türkcə uzun səsliləri böyük ölçüdə qorunmuşdur.
Ümumiyyətlə, səslilər arasında və xüsusilə də dodaqlananlar
arasında ahəng yoxdur. Şəkilçilər, əsasən, tək şəkildə işlənir.
Söz varlığı baxımından farsca və az miqdarda moğolcadan
alınma sözlər gözə çarpır.
Bu hissənin yazılışında prof. Osman Nədim Tunanın “İranda
bir türk dialekti” məqaləsindən istifadə olunmuşdur.
41
42
43
Prokuror.
Söylə görüm.
Olar.
43
XORASAN TÜ R K C Ə Sİ
Xorasan türkcəsi44 Xorasan əyalətinin şimalında yaşayan bir
milyon beş yüz mindən artıq insanın ana dilidir. Bundan əlavə,
Türkmənistan Respublikası əhalisinin bir qismi də bu dildə danışır.
Keçmişdə xarici mənbələrdə45 bu ləhcə türkməncə sayılırkən, İran
mənbələrində Azərbaycan türkcəsinin bir qolu və ya dialekti sayıl
mışdır46. Son 20 ildə prof. G.Doerferin rəhbərliyində Almaniyanın
Göttingen Universiteti türkologiya ekipi tərəfindən aparılan tədqi
qatın nəticəsində, oğuz türkcəsi qrupunun müstəqil bir dili və ya
ləhcəsi olaraq qəbul edilmişdir. Doerfer ekipi ilk dəfə 1968-ci ildə
və ikinci dəfə 1973-cü ildə, hər dəfəsində təxminən bir ay boyunca
Xorasan türklərinin yaşadıqları yerləri dolaşaraq çeşidli şivələrdən
nümunələr və lazım olan materiallar toplamışlar və Almaniyaya qa
yıtdıqdan sonra bu materialları tədqiq edib, nəticələrini bir neçə
məqalədə nəşr etmişlər47.
Bu kitabın müəllifi, Xorasana etdiyi qısa bir səyahətdən sonra
Əli Mimiya, İsmayıl Neməti Paydar və Məhəmməd Tövhidi kimi
xorasanlı tədqiqatçılarla birlikdə prof. Doerfer və ekipinin araşdır
malarından və digər qaynaqlardan faydalanıb, bunları bir-biri ilə
müqayisə edərək bu yazını hazırladı. Ümid edirəm ki, sonrakı təd
qiqat mövcud olan nöqsanları aradan qaldırsın. Xorasan türkləri bu
əyalətin şimalında, Tehran-Məşhəd dəmiryolunun üst qismindəki
şəhərlər, qəsəbələr və kəndlərdə və ümumiyyətlə də farslar və kürd
lərlə birlikdə yaşayırlar. Doerferin dediyinə görə, Xorasanın şima
lında yaşayan əhalinin 50-70 faizi türkdür.
Xorasanın ən önəmli türk əhalisi olan bölgələri bunlardan iba
rətdir:
44 Bu qisim daha öncə məqalə olaraq nəşr olunmuşdur. Bax: Horasan Türkçesi,
Türk Dünyası, Ocak 1994, s. 21-30.
45 Philologia Turcicae Fundementa, Wiesbaden 1959.
46 Rəzmara,
F ə r h ə n g e - c o ğ r a f y a i y
e-İran-zəmin
, Setade-Ərteş, Tehran 1949-51.
Dr. Cavad Heyət,
Tarixe-zəban və ləhcehaye-torki,
Tehran, 1986 (1365 h.ş.).
47 Doerfer ekibi, Xorasanın şimalındakı 50 yerləşim mərkəzinin danışıq dilindən
əldə etdiyi nümunələri 40 kasetdə tolamışdır.
44
Dostları ilə paylaş: |