Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə12/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

/у/  söz  əvvəlində  dar  səslilərdən  öncə  gəlsə,  düşür:  “yigirmi” 
yerinə “igirmi”, “yılan” yerinə “ilan”,  “yüz (100 və yüz (üz)) yerinə 
“iz”,  “yıldız” yerinə “ulduz” (Azərbaycan türkcəsindəki kimi).
Azərbaycan  türkcəsində  olduğu  kimi  bəzi  hallarda  samit  qo­
şalaşması  baş  verir:  “ikki”  (2),  “sakqez”  (8),  “dokqez”  (9),  “uottez” 
(30),  “aşşaqe”  (aşağı),  “eşşəq”  (eşşək),  “nəmmə” (nə).  Bəzən Azər­
baycan  türkcəsindəki  kimi  assimilyasiya  görünür:  “isse”  (isti),  “is- 
sinde” (üstündə),  “onnən” (ondan).  Bəzən də metatez baş verir:  “ar­
vad” (övrət),  “torpaq” (topraq).
Şəkilçilər  əksər  hallarda  tək  şəkildə  olub,  səslilər  arasında 
uyuşma yoxdur:  “ilə” və “-la” yerinə “-nan”.
/-çı/  yerinə  /-çe/  və  /-çu/  (peşə  bildirən  şəkilçi):  “iyalançe” 
(yalançı).
Çıxışlıq hal şəkilçisi: /-dən/, /-nən/.
Birgəlik şəkilçisi: /-inan/ (ilə).
Yiyəlik şəkilçisi: /-em/. Məsələn:  “omrem” (ömrüm).
Cəm şəkilçiləri: /-lər/, /-nər/.
Sifət  düzəldən  şəkilçi:  /-И/.  Məsələn:  “adaxle”  (adaxlı),  “dad- 
le” (dadlı).
Təsirlik hal şəkilçisi: /-ini/, /-ni/.  Məsələn:  “atını”.
/-sez/:  “qaşsez” (qaşsız).
/-dir/ yerinə /-de/:  “gezəlde” (gözəldir).
Feli  isim şəkilçisi: /-an/.  Məsələn:  “gətiraan” (gətirən).
Arzu-dilək  şəkilçisi:  /-ə/:  “qonəm”  (qonam),  “uçəm”  (uçam), 
“oləm” (olam).
Geniş  zaman  şəkilçisi:  /-ər/.  Məsələn:  “çəkər”,  “gedər”,  “di­
yər” (deyər).
Əmr şəkilçisi: /-ginan/. Məsələn: “alginan” (al), “gəlginan” (gəl).
inkar şəkilçisi: /-mə/. Məsələn: “almə” (alma), “vormə” (vurma).
Məsdər  şəkilçisi:  /-məq/.  Məsələn:  “açməq”  (açmaq),  “ağlə- 
məq” (ağlamaq), “aparmaq” (aparmaq).
Şərt şəkilçisi: /-sə/. Məsələn:  “qalsə” (qalsa), “olsə” (olsa).
İsmin və əvəzliyin müxtəlif hallan bunlardan ibarətdir:
Adlıq hal:  mən,  sən, o, biz, siz, ollər.
Yiyəlik hal:  mənim, səniny, oniny, bizem, siziny, olləriny.
41


Yönlük hal:  mənə, sənə, onə, bizə,  sizə, öllərə.
Yerlik hal:  məndə, səndə,  ondə, bizdə,  sizdə,  öllərdə.
Vasitə  (birgəlik)  hal  (-nan):  səninan  (səninlə),  oninan  (onun­
la), bizimnan (bizimlə), sizinnan (sizinlə), ollərinnan (onlarla).
Fellərin hallanması:  “gəlməq” feli.
İndiki zaman:  gəliyerəm,  gəliyerəny,  gəliyer,  geliyerek,  gəli- 
yerez, gəliyerlər.
Şühudi  keçmiş  zaman:  gəldem,  gəldeny,  gəlde,  gəldek,  gəl- 
deniiz, gəldelər.
Davamlı  keçmiş:  gəleyrdem,  gəleyrdeny,  gəliyerdik,  gəliyer- 
diniz, gəliyerdilər.
Nəqli  keçmiş  zaman:  gəlmişdem,  gəlmişdeny,  gəlmişde,  gəl- 
mişdek, gəlmişdiniz,  [434]  gəlmişdelər.
Gələcək zaman:  isderəm gəlim...
Əmr:  gəlginan, gəl, gəlinyez.
İndi  Əbiverdi  türkcəsinə  aid  cümlə,  şeir  və  atalar  sözlərindən 
bir neçə nümunə göstəririk:
-  Qezem səne diyərəm, gəlinem sən eşet.
-   Kişilik  isaan  ər  issar,  bir  əvəzenə  ikke  yessaar  (küsülü  isən 
ər  istəyirsən, biri yerinə ikisini istəyirsən).
-  Qez ode ki,  name  ola nə nənge.  Gil  ode ki,  buye  ola nə  ran­
ge (qız odur ki, adı olsun, nə nəngi.  Gül oldur ki,  iyi olsun nə rəngi.
Gəl ey saaqey, dolder came məstanə,
Gidər mey içannər meyxaanə qalər.
Geçər bu dünyəniy iyaxçı,  iyamani,
Qalsə bir iyaxçeluq insanə qalər.
*  *  *
39
Bulbuli ke, ayn dişər gilennən  ,
40
Nələr çəkər dayim hicran elennən  . 3
9
 4
0
39 Gülündən.
40 Əlindən.
42


Badi-saba peyğam apar dilemnən,
Bəyan elə dadsitanə41  dərdeme.
Seyle gerim42 aqibət nə uovlər43,
Ərz eylərəm Süleymanə dərdeme.
Qısacası  bu  ki,  Əbiverdi  türkcəsi,  İrandakı  türk  ləhcələrindən 
biridir  və  Azərbaycan  türkcəsindən  daha  çox  Xorasan  türkcəsinə 
yaxındır.
Əsas xüsusiyyətləri bunlardan ibarətdir:
/ı/ və /ö/ yerinə /e/ səsi işlənir.
Əski türkcə uzun səsliləri böyük ölçüdə qorunmuşdur.
Ümumiyyətlə,  səslilər  arasında  və  xüsusilə  də  dodaqlananlar 
arasında ahəng yoxdur.  Şəkilçilər, əsasən, tək şəkildə işlənir.
Söz  varlığı  baxımından  farsca  və  az  miqdarda  moğolcadan 
alınma sözlər gözə çarpır.
Bu  hissənin  yazılışında  prof.  Osman  Nədim  Tunanın  “İranda 
bir türk dialekti” məqaləsindən istifadə olunmuşdur.
41
42
43
Prokuror.
Söylə görüm.
Olar.
43


XORASAN TÜ R K C Ə Sİ
Xorasan  türkcəsi44 Xorasan  əyalətinin  şimalında  yaşayan  bir 
milyon  beş  yüz  mindən  artıq  insanın  ana  dilidir.  Bundan  əlavə, 
Türkmənistan  Respublikası  əhalisinin bir qismi  də  bu  dildə  danışır. 
Keçmişdə  xarici  mənbələrdə45 bu  ləhcə  türkməncə  sayılırkən,  İran 
mənbələrində  Azərbaycan türkcəsinin bir qolu və  ya dialekti  sayıl­
mışdır46.  Son  20  ildə  prof.  G.Doerferin  rəhbərliyində  Almaniyanın 
Göttingen  Universiteti  türkologiya  ekipi  tərəfindən  aparılan  tədqi­
qatın  nəticəsində,  oğuz  türkcəsi  qrupunun  müstəqil  bir  dili  və  ya 
ləhcəsi  olaraq  qəbul  edilmişdir.  Doerfer  ekipi  ilk  dəfə  1968-ci  ildə 
və  ikinci  dəfə  1973-cü  ildə,  hər dəfəsində  təxminən  bir ay boyunca 
Xorasan  türklərinin  yaşadıqları  yerləri  dolaşaraq  çeşidli  şivələrdən 
nümunələr və lazım olan materiallar toplamışlar və Almaniyaya qa­
yıtdıqdan  sonra  bu  materialları  tədqiq  edib,  nəticələrini  bir  neçə 
məqalədə nəşr etmişlər47.
Bu kitabın müəllifi,  Xorasana etdiyi  qısa bir səyahətdən  sonra 
Əli  Mimiya,  İsmayıl  Neməti  Paydar  və  Məhəmməd  Tövhidi  kimi 
xorasanlı  tədqiqatçılarla  birlikdə  prof.  Doerfer  və  ekipinin  araşdır­
malarından  və  digər  qaynaqlardan  faydalanıb,  bunları  bir-biri  ilə 
müqayisə  edərək  bu  yazını  hazırladı.  Ümid  edirəm  ki,  sonrakı  təd­
qiqat mövcud  olan  nöqsanları  aradan  qaldırsın.  Xorasan  türkləri  bu 
əyalətin  şimalında,  Tehran-Məşhəd  dəmiryolunun  üst  qismindəki 
şəhərlər, qəsəbələr və kəndlərdə və ümumiyyətlə də farslar və kürd­
lərlə  birlikdə  yaşayırlar.  Doerferin  dediyinə  görə,  Xorasanın  şima­
lında yaşayan əhalinin 50-70 faizi türkdür.
Xorasanın ən önəmli türk əhalisi  olan bölgələri bunlardan  iba­
rətdir:
44 Bu  qisim  daha  öncə  məqalə  olaraq  nəşr  olunmuşdur.  Bax:  Horasan  Türkçesi, 
Türk Dünyası, Ocak  1994, s.  21-30.
45 Philologia Turcicae Fundementa, Wiesbaden  1959.
46 Rəzmara, 
F ə r h ə n g e - c o ğ r a f y a i y  
e-İran-zəmin
,  Setade-Ərteş, Tehran  1949-51.
Dr. Cavad Heyət, 
Tarixe-zəban və ləhcehaye-torki,
 Tehran,  1986 (1365  h.ş.).
47 Doerfer ekibi,  Xorasanın  şimalındakı  50 yerləşim  mərkəzinin  danışıq  dilindən 
əldə etdiyi nümunələri 40 kasetdə tolamışdır.
44


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə