Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə15/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

3)  Təsirlik  hal  üçün  Azərbaycan  və  Türkmən  türkcələri  kimi 
/i/ və səslilərdən sonra /ni/ işlənir.
4)  Çıxışlıq  hal,  ümumiyyətlə,  /dan/   və  /dən/   ilə  ifadə  edilir. 
Bəzi hallarda: /nan/ və /nən/.
5) Vasitə şəkilçisi olaraq aşağıdakılar işlənir:
Ümumiyyətlə, /nən/ işlənir (Azərbaycan türkcəsində: ilə, lə, lən).
Bəzi  yerlərdə  “bilə”  və  ya  “bilən”  və  hətta  “lən”  işlənir.  Xər-
vi-ülyada və Əsədli kəndində “inən” işlənir.
6) Bənzərlik şəkilçisi olaraq Bocnurd, Qoçan, Dərgəz, Kəlatda 
“kimin”; başqa yerlərdə “ləyin”, “dək”, “dəy” və “dag” işlənir.
Əvəzliklər üçün genetiv şəkilçisi əlavə olunur: /i/, /in/ kimi.
7) Yiyəlik şəkilçisi üçün aşağıdakı şəkillərdən istifadə edilir:
I  şəxs  tək:  /-im,  -um/  və  səslidən  sonra  /-m/  işlənir.  Şirvanda 
/-um/, Coğatay,  Qarabağ və Çarumda /-um/ olur.
II şəxs tək üçün m üxtəlif şəkillər işlənir:
/-ing/, /-ng/ (Bocnurd və Şeyx Teymur kəndində).
/-ing/ və /yn/. Məsələn: “əling” (əlin), “atayn” (atan) (Sultanabadda).
/in/ və /-n/.  Məsələn:  “əlin”, “atan” (Dərgəz və Qarabağda).
/i/ və /n/.  Məsələn:  “əli” (əlin), “atan” (Şirvanda).
/i/ və /y/ (Qoçan, Kəlat, Xərvi-ülya, Ləngərdə).
III  şəxs tək üçün /su, zu, u,  i, si/ işlənir.
I  şəxs  cəm  üçün  çox  yerdə  (Bam  və  Səflabad)  /z/  yerinə  /s/ 
işlənir.  Məsələn:  “əlimis”  (əlimiz).  Ancaq  səslilərin  önünde /s/ səsi 
/z/yə çevrilir:  “əlimizə”.  Bəzi yerlərdə /bis/, /ibis/ və /imis/ işlənir.
II  şəxs cəm üçün /ngis/, /ingis/ (Bocnurd və  Sultanabada), /i:s/ 
və /yi:s/ (Dərgəz, Qoçan, Pir Kumac, Qarabağda).
III şəxs cəm üçün, ümumiyyətlə, /laru/ işlənir.
Şəxs  əvəzlikləri,  demək  olar  ki,  Azərbaycan  türkcəsindəki 
kimidir.  Bəzi  yerlərdə  birinci  şəxs  üçün  “min”  (mən),  “biz”  yerinə 
“bis / bus” (Şirvanda) və “sis” (siz) işlənir.
İşarə  əvəzlikləri:  yaxın  üçün  “bu”,  “bo”  (Bocnurdda),  “bi”, 
“bey” və bəzi yerlərdə “mu”, “mum” işlənir.
Üstünlük  sifəti  üçün  /-rək/,  /-raq/  (Şirvan,  Duğayi  və  Qoçki, 
Ruhabad və Əsədli kəndlərində) və “tər” işlənir.
İndi üç şivənin hər birinin xüsusiyyətlərini qısaca izah edək:
51


1) Qərb şivəsinin (Bocnurd) xüsusiyyətləri:
-  Adi səslilərin sayı yeddi ədəddir.
-  Uzun səslilər az-çox qalmışdır:  “e:v”, “o:y” (ev).
-   /ö/  səsi  /e/  ilə;  /ü/  səsi  /i/  ilə  əvəzlənir:  “gez”  (göz),  “kin” 
(gün), “kil” (kül).
-   Söz  sonunda  /-k/  səsi  İy/  ilə  əvəzlənir:  “çerəy”  (çörək), 
“irəy” (ürək), “kirəy” (kürək).  Coğatayda /k/ qorunmuşdur. ^
-  Söz sonunda /q/ səsi /x/ ilə əvəzlənir:  tox  ,  çox  ,  ayaq  .
-   Sağır  /n/,  açıq  bir  şəkildə  qalmışdır:  “qarangı”  (qaranlıq), 
“onıng dili” (onun dili).
-   Bəzi  sözlərin  əvvəlində  əski  türkcənin  /b/si  qorunmuşdur, 
“bar-” (var-), “ber-” (ver-),  “bol-” (ol-).
-  İkinci hecada /o/ səsi /ı/ ilə əvəzlənir:  odın  (odun).  ^ 
^
-   Bəzi  sözlərin  sonunda  /i/  səsi  /e/  tələffüz  edilir,  dərre 
(dəri).
-  Cəm şəkilçisi /-la/dır.
-   Şərq  türkcəsində  olduğu kimi  sözlərin  əvvəlində  /t-/  qorun­
muşdur: “toll” (dolu), “toğuzmax (doğmaq).
-  Söz ortasında /g,  q/ nadir hallarda  qalmışdır,  birgə  (birə),
“qısqa / qısxa” (qısa). 
. . . .
-   İndiki  zamanın  birinci  şəxs  tək  şəkilçisi  /-iyəm/dir.  gə  ı- 
yəm” (gəlirəm), “gəliyəy” (gəlirik).
2) Şərq və ya şimali-şərq (Dərgəz, Qoçan,  Şirvan...) şivəsi- 
nin xüsusiyyətləri:
Bu  şivə  digər  şivələrə  görə  daha  çox  Azərbaycan  türkcəsinə 
bənzəyir.  Səslilərin sayı Azərbaycan türkcəsindəki kimi doqquzdur. 
Uzun səslilər də digər şivələrdən daha çox qalmışdır.
/-k/  səsi  söz  sonunda  Qoçanda  və  Duğayidə  qorunmuşdur, 
“çörək”,  “ürək”  (ürək).  Ancaq  Şirvanda,  Dərgəzdə,  Lütfabadda  /k/ 
səsi /y/ ilə əvəzlənir: “çörəy”, “yürəy” .
-  Bəzi sözlərdə /dJ səsi /z/ ilə əvəzlənir.
-  Cəm şəkilçisi hər yerdə /-lar, -lər/dir.
-  Sağır /n/ aradan getməkdədir.
-  Söz sonunda /q/ səsi çox vaxt /x/ ilə əvəzlənir:  ayax  ,  ^tox  .
-T ə k h ec alı sözlərin sonunda /ğ/ qalmışdır:  dağ  ,  yağ  .
52


-  Söz ortasında nadir halda /-g-, -q-/ qalmışdır.
-  İndiki zamanın birinci şəxs tək və cəm şəkilçisi /-mən/, /-miz/dir: 
“gələmən” (gəlirəm), “gələmiz” (gəlirik).  (Özbəkcəyə bənzəyir).
3)  Cənub  şivəsinin xüsusiyyətləri:
-  Söz sonunda /k/ səsi /y/ ilə əvəzlənir.
-   Çoxhecalı  kəlmələrin  sonunda /q/  səsi  qalmış  və  /x/ səsi  ilə 
əvəzlənməmişdir:  “ayaq”.
-  Çox vaxt /ğ/ səsi /q/ ilə əvəzlənir.
-  Sağır /n/ Bocnurd şivəsindən daha az və zəif şəkildə qalmışdır.
-  M əsdər şəkilçisi həmişə /-maq/dır.
-  Cənubi-qərb bölgəsində qısasəslilər mövcuddur.
-   Söz  əvvəlində  /y/  səsi  bir  çox  yerdə  qalmışdır  (Çəgənədə): 
“yılan”  (ilan),  “yüç”  (üç),  “yüzum”  (üzüm),  “yit-“  (it-),  “yıl”  (il), 
“yilik” (ilik).
-   Bir  çox  kəlmələrin  əvvəlində  /b/  səsi  qorunmuşdur:  “ber-” 
(ver-), “bar” (var).
İndiki  zamanın  birinci  şəxs  tək  və  cəm  şəkilçiləri:  /-irəm/, 
/-ək/ və /-ik/dir:  “gəlirəm”,  “gəlirək”  (gəlirik).  (Azərbaycan türkcə­
sinə bənzəyir).
Əlbəttə,  yuxarıdakı  özəlliklər  hər  üç  şivədə  hər  üçündə  eyni 
deyil.  M üxtəlif yerlərdə az-çox yerli özəlliklər görünür.
Yuxarıdakı  xüsusiyyətləri  diqqətə  alaraq  belə  nəzərə  gəlir  ki, 
cənub şivəsi,  şərq və qərb şivələrinin arasında yer almaqdadır.
Fellərin hallanması:
Fel  çəkimi  baxımından  Xorasan  ləhcəsi  və  şivələri  iki  qrupa 
ayrılır (Doerfer):
1.  Azərbaycan türkcəsinə bənzəyən qrup  (daha çox  Qaşqay və 
Aynaluya bənzər).
2. Türkməncə, oğuzca-özbəkcə və ya özbəkcəyə bənzəyən qrup.
Birinci  qrup,  qərb  ləhcələrinin  hamısı  və  cənub  ləhcələrinin
çoxunu  ehtiva  edir  (Bocnurd,  Coğatay  və  cənub  şivələrinin  böyük 
bir hissəsi).
İkinci qrup,  şərq şivələrini  (Qoçan,  Şirvan,  Dərgəz, Kəlat,  Du- 
ğayi və Ləngər kəndi) ehtiva edir.
53


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə