Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə2/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   2   3   4   5   6   7   8   9   ...   48

6. 
Dağlı  ləhcələri  qrupu.  Xüsusiyyətləri:  “ayak”  (Azərbaycan 
türkcəsində  “ayaq”,  “dağ”,  “dağlı”,  “kalan”  (qalan)  (cənubi  oğuz 
ləhcələrində).  (())  mötərizə  içində yazılmış  olan kəlmələr,  müxtəlif 
ləhcələrdəki  səslərin  dəyişmələrini  göstərmək  və  ləhcələrin  xüsu­
siyyətlərini şərh etmək üçün seçilmişdir4.
TÜRK DİLLƏRİ VƏ YA LƏHCƏLƏRİNİN 
ADLANDIRILMASI
M üxtəlif türk  dil  və  ya  ləhcələrinin  etnik adlara  görə  adlandı­
rılması  daha  yaxşı  olardı.  Ancaq  bir  çox  şəhərlərdə  və  mədəniyyət 
mərkəzlərində  çeşidli  tayfaların  bir-biri  ilə  qarışması  və  yeni  ləh­
cələrin  meydana  gəlməsi  səbəbi  ilə  bütün  ləhcələri  bu  şəkildə 
adlandırmaq  mümkün  deyil.  Bu  üzdən  dillər,  etnik  və  bəzən  də 
məntəqəyə  aid  xüsusiyyətlər  və  coğrafi  mövqe  diqqətə  alınaraq 
adlandırılmışdır.  Məsələn:  kiçik  qrupların  dilini  təşkil  edən birinci, 
ikinci və dördüncü qruplar üçün coğrafi adlar qoyulmuş və türklərin 
əksəriyyətinin  dilini  təşkil  edən  üçüncü,  beşinci  və  altıncı  qruplar 
üçün  coğrafi  cəhət  (istiqamət)  adı  (yəni  şimal  ləhcələri  qrupu,  şərq 
ləhcələri  qrupu  və  cənub  ləhcələri  qrupu)  seçilmişdir.  Bu  siniflən- 
dirmə  Rəşid  Rəhməti  Arata  aiddir  və  onun  tablosu  aşağıda  ve­
rilmişdir:

Səslərin  yazılışı  Türkiyə  Türk  Dil  Kurumu  və  İslam  Ensiklopediyasının  qəbul 
etdiyi  transkripsiya  sisteminə  dayanmaqdadır.  Belə  ki,  İslam  Ensiklopediyası  və  digər 
türk qaynaqlarında qalın /k/ hərfi  ilə göstərilən /(i/, Osmanlı türkcəsində və bir çox türk 
ləhcəsində  /q/  olaraq  tələffüz  edilmişdir.  Eyni  səs  Azərbaycan  türkcəsində  kəlmələrin 
əvvəlində /q/ ( j), ortasında ve sonunda /x/yə «ç» çevrilmişdir!
7


Rəşid Rəhməti Aratın sinifləndirməsi
Ana türkcə
“s” qrupu 
qədim yakutca
“s” qrupu 
qədim çuvaşca
ı
T
1
r
“t” qrupu 
yakutca
“r” qrupu 
çuvaşca
‘y” qrupu: qədim türkcə 
və ya uyğur dövrü
“dağlı” qrupu 
cənub (oğuz)
/ / w
“tav” qrupu 
şimal (qıpçaq)
/ /   \ \
“tağlıq” qrupu
“z” qrupu
şərq (uyğur,
abakan
özbək)

\
“tağlı” qrupu
“d” qrupu
tom-çulim
sayan
[297]  Bəzi tədqiqatçılar m üxtəlif türk dil və ləhcələrini  coğrafi 
mövqelərinə  görə  sinifləndirmişlər.  Bunların  ən  önəmlisi  və  sadəsi 
ingilis əsilli dilçi Gerard Clausenin sinifləndirməsidir.
Gerard Clausenin coğrafi təsnifi:
Bu sinifləndirmədə bugünkü türk ləhcələri aşağıdakı altı qrupa 
bölünmüşdür5:

Sir  Gerard  Clausen,  An  Etymological  Dictionary  of  Pre-thirteenth  Century 
Turkish, Oxford University Press,  1972.
8


1.  Şimali-şərq qrupu;
2.  Cənubi-şərq qrupu;
3.  Mərkəzi  şimal qrupu;
4.  Mərkəzi cənub qrupu;
5.  Şimali-qərb qrupu;
6.  Cənubi-qərb qrupu.
Şimali-qərb  qrupu  qıpçaq  türkcəsi,  cənubi-qərb  qrupu  isə 
oğuz  türkcəsindən  əmələ  gəlmişdir.  Belə  nəticəyə  gəlinir  ki,  mər­
kəzi  cənub  qrupu  (özbək)  və  bəlkə  də,  cənubi-şərq  qrupu  (yeni  uy- 
ğurca) xaqani türkcəsi ilə əlaqədardır.
1.  Şimali-şərq  qrupu:  Bu  qrupda  şərqi  Sibirya  və  ona  yaxın 
məntəqələrin dilləri yer alır.  Son zamanlara qədər əlifbaları və yazı­
lı  ədəbiyyatları  yox  idi.  Bunların  ən  önəmlisi  yakut,  tuva,  karakas, 
abakan  və  altay  dilləridir.  Yakut türkləri  çox  əski  zamanlarda digər 
türklərdən  ayrılaraq bu bölgəyə  gəlmişlər.  Onların dilləri  digər türk 
ləhcələrindən tamamilə  fərqlidir.  Bu üzdən аул bir dil  olaraq  sayıl­
malıdır.  Yakut dili  haqqında Vilhelm Radlov dərin tədqiqat aparmış 
və bu dilin sözlüyünü və qrammatikasını nəşr etmişdir.
2.  Cənubi-şərq  qrupu:  Şərqi  Türkistanın  (Çin)  və  ətraf böl­
gələrin  dil  və  ləhcələrindən  ibarətdir.  Qədim  zamanlardan bəri  şərq 
türkcəsi  olaraq tanınır.  Hal-hazırda  Sovet və Çin tədqiqatçıları tərə­
findən “Yeni Uyğur” adı  ilə adlandırılır.
Bu  qrupun  ləhcələri  iki  yerə  ayrılır:  biri  ədəbiyyat  və  yazı 
ləhcəsi,  digəri  isə  şifahi  ləhcədir.  Hər  ikisi  də  “türki”  olaraq  adlan­
dırılır (G.Clausen).
Qansuda danışılan  Sarı  Uyğur türkcəsi  yuxarıdakı  ləhcələrdən 
fərqlidir və ehtimal edilir ki, əski uyğurcanm davamıdır.
3.  Mərkəzi  şimal  qrupu:  Bu  qrupda  qırğız  və  qazaq türkcəsi 
yer alır.  Tarixi  baxımdan qırğız  ləhcəsi  şimali-şərq qrupu ilə,  qazaq 
ləhcəsi isə qıpçaqca ilə əlaqədardır.  Ancaq yüz illər boyunca qonşu­
luq və birgə yaşamaq səbəbi  ilə bu iki  ləhcə bir-birinə yaxınlaşıb və 
ortaq xüsusiyyətlərə malik olublar.
4.  Mərkəzi  cənub  qrupu:  Bu  qrupda bir çox  ləhcə  var.  Bun­
ların  ən  önəmlisi  ədəbi  ləhcəyə  və  zəngin  ədəbiyyata  malik  olan 
özbək türkcəsidir.
9


5.  Şimali-qərb  qrupu:  Bu  qrupda  da  çox  ləhcə  var.  Bunların 
ən önəmlisi  qazan-tatar türkcəsi  və karaim türkcəsinin üç  ləhcəsidir 
(Qırım,  Lotesk  və  Troki).  Musəvi  olan  karaim  türkləri  İbrani  əlif­
basını  işlədirlər.  Qaraqalpaq,  noqay,  qumuq  (qumıq),  başqırd,  kara- 
çay və balkar ləhcələri də bu qrupdandır.
Çuvaş  dili  də coğrafi  baxımdan  bu qrupa  daxildir.  Ancaq  ya- 
kut  dili  kimi  çox  əskidən  digərlərindən  ayrıldığı  üçün  türklər  tərə­
findən anlaşılmır.
6.  Cənubi-qərb  qrupu:  Bu qrupda Azərbaycan türkcəsi,  Tür­
kiyə  türkcəsi  və  türkmən  türkcəsi  yer  alır.  Bunların  hər üçü  zəngin 
ədəbiyyata, müxtəlif dialekt və şivələrə malikdir.
*  *  *
Hal-hazırda yakut və çuvaş dilləri xaricində, bir-birinin dilini başa 
düşən  26-dan  artıq  türk  dili  vardır.  Onlardan  20-sinin  yazısı  və  yazılı 
ədəbiyyatı var.  Buna görə,  siyasi deyil,  elmi baxımdan bunların hamısı 
vahid bir dilin müxtəlif ləhcələri sayılır və bunlardan ibarətdirlər:
1. 
Türkiyə türkcəsi.  2.  Azərbaycan türkcəsi.  3.  Türkmən  türk­
cəsi. 4. Qırım tatarları türkcəsi.  5.  Qaqauz türkcəsi.  6.  Qaraçay türk­
cəsi.  7.  Balkar  türkcəsi.  8.  Qumuq  (Dağıstan)  türkcəsi.  9.  Noqay 
türkcəsi.  10.  Qazan  türkcəsi.  11.  Başqırd  türkcəsi.  12.  Qazaq  türk­
cəsi.  13.  Qaraqalpaq türkcəsi.  14.  Qırğız türkcəsi.  15.  Özbək türkcə­
si.  16.  Yeni  uyğur türkcəsi.  17.  San  uyğur türkcəsi.  18.  Altay  türk­
cəsi.  19.  Xakas  və  ya Abakan  və  yaxud Yenisey türkcəsi.  20.  Tuva 
(Sayan)  türkcəsi.  21.  Şor türkcəsi.  22.  Çulum  və ya Çulım  türkcəsi. 
23.  Barabin  türkcəsi.  24.  Salar  türkcəsi.  25.  Tufa  və  ya  Qaraqas 
türkcəsi.  26. Karaim türkcəsi.
Yakut və çuvaş dillərinin də əlifbalan və yazılı abidələri vardır.
San uyğur və salar dillərindən başqa, yuxanda adı keçən 28  dil­
dən 26-sı  Sovetlər Birliyində yaşayan xalqların dilidir.  Çünki  Sovetlər 
Birliyində  100  mindən  artıq  Anadolu  türkü  və  300  min  uyğur  yaşa­
maqdadır.
1979-cu  il  Sovet  statistikləri  göstərir  ki,  SSRİ-nin  müxtəlif 
bölgələrində  40  milyondan  artıq  türkdilli  insan  yaşamaqdadır6. 
SSRİ türkləri aşağıdakı bölgələrdə yaşayırlar:
6  F.Zeynalov. Türkologiyanın Əsaslan. “M aarif’ nəşriyyatı.  Bakı,  1981.
10


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə