Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   2   3   4   5   6   7   8   9   ...   48

sində  yaşayır  və  özlərini  türkmən  adlandırırlar.  Əzəz  qəsəbəsində 
(Hələbə  bağlı)  təxminən  25  min,  Şamda  5  min,  Qənitərədə  (Şama 
bağlı) təxminən 50 min və Humusda təxminən  10 min türk yaşayır. 
Suriyə türkləri osmanlı dövlətinə bağlı olduqlarına görə yüksək m ə­
dəniyyətə malikdirlər və xalq ədəbiyyatı da orda zəngindir.  “Koroğ­
lu ”, “Zaloğlu ”,  “Rüstəm ” və  “Aşıq  Qərib ” kimi  dastanlar onlar ara­
sında da yayılıb.  Onların məşhur şairlərindən I Dünya müharibəsi  və 
Türkiyənin istiqlal  savaşı haqqında şeirlər söyləyən M əhəmməd  İb­
rahimin  adını  çəkə  bilərik.  Suriyə  türklərinin  ləhcəsi  Anadolu  ləh­
cəsinə və Crablus türklərinin ləhcəsi isə türkməncəyə bənzəyir.
Livanda  da  təxminən  20  min  türk  yaşayır.  Onların  dillərinə 
çox sayda ərəbcə kəlmə daxil olmuşdur.
Qırım (Qırım-Tatar) türkcəsi
Qırım  türkcəsi  II  Dünya  müharibəsində  Stalinin  göstərişi  ilə 
əksəriyyəti  Orta  Asiyaya  köç  etdirilən  Qırım  əhalisinin  dilidir.  Ta­
rixi  baxımdan  qıpçaq  qrupundandır,  ancaq  oğuzcanın  (osmanlı  və 
qarluq) təsiri altında qalmış,  şimali və cənubi olmaq üzrə  iki  dialekt 
meydana gəlmişdir.
Şimal  dialekti,  ümumiyyətlə,  qıpçaqcanın,  cənub  dialekti  isə 
oğuzcanın (Osmanlıca) xüsusiyyətlərini daşıyır.
Qırım  yarımadasının  cənub  bölgəsində  sahil  məntəqəsində 
yaşayan  əhali  cənub  dialekti  ilə  danışır.  Bu  dialekt,  eyni  zamanda 
ciddi  şəkildə  qıpçaq türkcəsinin təsiri  altında qalaraq onun xüsusiy­
yətlərini özündə saxlamışdır.  Karaim musəvi (yəhudi) türkləri də bu 
ləhcə  ilə  danışır  və  ibrani  əlifbasını  işlədirlər.  Qırım  ləhcəsində 
ahəng qanunu yoxdur və xüsusiyyətləri belədir:
“Etmək”  felinin  çəkimində  /t/  samiti  /d/ye  çevrilməz.  Yəni 
“edərəm”, “edərsən” yerinə “etərim” və “etərsin” deyilir.  “Dolmaq” 
yerinə “tolmaq”; “gün” yerinə “kün” ;  “getdi” yerinə “ketti” ;  “gəldi” 
yerinə  “kəldi”  və  ya  “kəlti” ;  “gələn”  yerinə  “kəlgən” ;  “yığıldılar” 
yerinə “cıldılar”; “qara” yerinə “xarə” ;  “göz” yerinə “gös”;  “ölməz” 
yerinə  “ölməs”  deyilir.  Bəzi  şivələrdə  /k/  səsi  /x/yə  çevrilir.  Bəzi 
hallarda  nazal  /n/  saxlanmışdır.  Qərbi,  şərqi  və  mərkəzi  dialektlər 
bir-birindən bir az fərqlidir.
18


В) AZƏRBAYCAN TÜRKCƏSİ
Azərbaycan  türkcəsi  haqqında  daha  öncə  ətraflı  məlumat 
vermişdik.  Bu  dil  oğuz  türkcəsinin  mərkəzi  qolu  və  Azərbaycan 
(şimal və cənub) və İranın türkdilli xalqının (türkmənlər xaric) ana 
dilidir.  İraq  və  ya  Kərkük  türkcəsi  də  Azərbaycan  türkcəsinə  da­
xildir.  İranda  nüfiısun  üçdə  birindən  çoxu  (14  milyon)9 türklərdən 
meydana  gəlir.  İran  xalqının  nisbi  əksəriyyətinin  dili  türkcədir. 
Türkcə,  Azərbaycanda  və  Zəncanda  (Xəmsə  əyaləti)  xalqın  ümu­
mi  dili  və  İranın  digər  bölgələrində  (Tehran,  Qəzvin,  Xorasan, 
Ərak,  Savə,  Həmədan,  Fars,  Kirman  və  s.)  xalqın  önəmli  bir  qis­
minin dilidir.
Dr.  M.Pənahiyan  İrandakı  türklər  haqqında  tədqiqat  aparmış 
və  10  cildlik  “Fərhərıge-coğrafiyaiye-lran”10 (“İranın  coğrafi  söz­
lüyü”)  kitabından  faydalanaraq,  dörd cildlik  “Fərhənge-coğrafiyai- 
ye-melliye-torkane-İran  zəm in”  (“İran  türklərinin  milli  coğrafiyası 
sözlüyü”)  kitabını  bir  cild  xəritə  ilə  birlikdə  1972-ci  ildə  xarici  bir 
ölkədə  nəşr etdirmişdir.  Biz burda adı keçən əsərdə mövzu ilə bağlı 
bölümün  xülasəsini  nəql  edirik:  “Mərkəzi  və  1,  2,  3,  4,  5,  7,  9-cu 
əyalətlər;  Zəncan,  Həmədan  və  digər  şəhərlər  kimi  idari  mərkəz­
lərdə  yaşayanların  hamısı  və  ya  bir  qismi  İran  türklərindən  əmələ 
gəlir (s.  98)”.
“Kürdistan  əyalətindəki  Qurvə  şəhrində  80  türk  kəndi  türklə­
rin  yaşadığı  məntəqələrdən  ayrılmış  və  Kürdistana verilmişdir.  Bu­
nun  tərsinə,  Qərbi  Azərbaycanda  da  kürdlərə  eyni  iş  görülmüşdür. 
Mahabad, Bukan,  Sərdəşt və Üşnəviyyə kimi”.
“Qərbi  Azərbaycanda  Sahınqala  (Şahindej),  Tikantəpə  (Te- 
kab), Qaraağaç və Marağanın bəzi kəndlərində kürdlər yaşayırlar”.
“Mərkəzi və  1,2, 3, 4,  5-ci əyalətlərdə türklər ardıcıl olaraq və 
başqa bölgələrdə adalar şəklində yaşayırlar”.
“Mərkəzi  və  1-ci,  2-ci  əyalətlərdə  2526  türk  kəndində 
1.269.106  nəfər  yaşayır.  Bu  kəndlərin  varlığı  göstərir  ki,  Tehran
9 Bu gün 30 milyondan artıqdır (müəllif).
10 “Setade-ərteş” nəşriyyatı, Tehran  1328-1331  ş.
19


ilə  İranın  SSRİ  və  Türkiyə  ilə  olan  sərhədləri  arasındakı  bölgə  və 
İranın  şimali-qərb  m əntəqəsində  kəsintisiz bir türk  yaşam   m əntə­
qəsi  mövcuddur.  Tehran  milli  sərhəd  üzərində  yerləşən  bir  şəhər 
olub,  nüfusunun  üçdə  birindən  çoxu  türkdür.  Türklərin  qərb  sər­
hədi,  Türkiyədən  əlavə,  İran  kürdlərinin  sərhədinə  qədər  və 
şərqdən  və  cənubdan  da Fars,  Gilək,  M azəndəran  və  Talışa  (irani 
dillər  qrupuna  girən  xalqlar)  qədər  davam   edir.  Başqa  bir  sözlə, 
aşağıdakı  m ehvərlərin  ətrafındakı  m əntəqələrin  ham ısı  türklərin 
yaşadığı yerlərdir:
a) Tehran-Qəzvin-Zəncan-Miyana-Təbriz.
b) Təbriz-Mərənd-Culfa.
c) Təbriz-Mərənd-Xoy-Maku-Bazərgan.
d) Təbriz-Sarab-Ərdəbil-Astara.
e) Tehran-Qəzvin-Takistan-Həmədan.
f)  Tehran-Əlişah-Eyvəz-Robat-Kərim,  Savə-Dəştcird-Xələcis- 
tan-İştahard.
g) Tehran-Savə-Qərqabad-Rəvan-Qəzvin-Buyin-Avəc.
“Şərq  bölgəsində  yer  alan  bütün  şəhərlər,  kəndlər  və  qəsə­
bələr  və  qərbdə  Həmədan,  Bicar,  Tikab,  M iyandab,  M arağa,  Bi- 
nab  yolu  üzərindəki  kəndlər  tam am ilə  türklərin  m əskunlaşdığı 
yerlərdir” .
“Şərq bölgəsində  yer  alan bütün  şəhərlər,  kəndlər və  qəsəbə­
lər  və  qərbdə  Miyandab,  M ahabad,  Urmiyə,  Salmas,  Xoy  yolu 
üzərindəki  şəhərlər  və  kəndlər  tamamilə  türklərin  məskunlaşdığı 
yerlərdir”.
Beləliklə,  deyə bilərik ki,  İran türklərinin kəsintisiz bir şəkildə 
yaşadıqları  coğrafiya,  geometrik  olaraq  bir  müstətilə  (düzbucaqlı) 
bənzəyir ki, onun guşə başlarına Tehran, Parsabad-Muğan (Sovetlər 
Birliyi  sərhədi üzərində),  Bazərgan və Kilisə Kəndi  (Türkiyə  sərhə­
di üzərində) yer almışdır.
“Buna görə,  İran türklərinin bir bütün olaraq yaşadıqları bölgə 
yalnız  Azərbaycanla  məhdudlaşmır.  Türk  dilinin  adını  Azərbaycan 
dili  ilə  dəyişdirmək və  onu Azərbaycanla məhdudlaşdırmaq  da,  ha­
kimiyyətin siyasətlərindən biridir və məşhur bir yanlışdan başqa bir
20


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə