Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə3/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   2   3   4   5   6   7   8   9   ...   48

1.  Beş  respublika:  Azərbaycan,  Qazaqistan,  Türkmənistan, 
Qırğızistan, Özbəkistan.
2.  Altı  muxtar  respublika:  Başqurdistan,  Tataristan,  Çuvaş, 
Qaraqalpaq, Tuva, Yakut.
3.  İki muxtar vilayət:  Altay, Xakas.
4.  Dağıstan Respublikası (qumuqlar, noqaylar, truxmenlər).
5.  Kabarda-Balxar Muxtar Respublikası (balxkarlar).
6.  Qaraçay-Çərkəz Muxtar Vilayəti (qaraçaylar).
7.  İstavropol Vilayəti (noqaylar).
8.  Moldaviya Respublikası (qaqauzlar).
9.  Litva,  Belarusiya  və  Ukrayna  respublikaları  (karaimlər  və 
tatarlar).
Bakıda türk dilləri  tarixi professoru Fərhad Zeynalov,  “Türko­
logiyanın  Əsaslan ”  adlı  kitabında  fonetika,  leksika və  qrammatika 
əsaslarına görə müxtəlif sinifləndirmələri izah etdikdən sonra aşağı­
dakı sinifləndirməni təklif etmişdir:
I) 
Oğuz  qrupu:  Azərbaycan,  türkmən,  Türkiyə,  qaqauz  və  qı­
rım tatarlarının dilləri.
П) Qıpçaq qrupu: Qazaq, qaraqalpaq, qırğız, altay və noqay dilləri.
III)  Bulğar qrupu:  Tatar (qazan), başqurd,  qaraçay, balkar, qu­
muq və karaim dilləri.
IV)  Qarluq-uyğur qrupu:  Özbək,  yeni  uyğur,  san uyğur və  sa­
lar dilləri.
V)  Uyğur-oğuz  qrupu:  Tuva,  qaraqas,  xakas,  şor,  barabin,  çu- 
lım (koyerik) dilləri.
VI) Çuvaş dili.
VII) Yakut dili.
Baskakov  və  digərlərinin  sinifləndirməsi  də  diqqətə  alınaraq  yu- 
xandakı  sinifləndirmə,  öyrənmə  baxımından  digər  sinifləndirmələrdən 
daha yaxşıdır. Ancaq bulğar qrupunu bulğar-qıpçaq-oğuz qmpu adlandır­
maq lazımdır. Çünki bu qrup həm dil xüsusiyyətləri, həm də etnik baxım­
dan bulğar, qıpçaq, oğuz qarışmasından meydana gəlmişdir. Bu kitabda da 
yuxandakı  xüsusiyyətlər göz  önünə  alınaraq,  müasir türk  dillərini  tədqiq

*7
etmək üçün əsas olaraq Fərhad Zeynalovun sinifləndirməsi seçilmişdir  . 7

Aldığımız  məlumata  görə  prof.  Fərhad  Zeynalov  qısa  bir  müddət  öncə  vəfat 
etmişdir.
11


TÜRK  DİLLƏRİ  XƏRİTƏSİ
Л A.  Oğuz qrupu
Ç. Qartuq -  uyğur qrupu
^  l. Azori
17. Ozbok
Ver' 
r'
2. Türkiyo (Osmanlı)
18. Yeni uyğur

1
3. Turkmen
19. San uyğur
1 *   <4  I
4
. Qaqauz
20. Salar
5.
 Knm taladan
0 .  Uyğur oğuz qrupu
В  Qıpçaq qrupu
21. Tuva 
vh
 ya sayan
6. Qazaq
22. Karaqas və yo qantpş
-~=--- —=
7. Qaraqalpak
23. Наказ və ya abokan
g. Qırğız
24  Şor
----
----
9. Allay
25. Bara bin
-■
10. Noqay
26. Culim vo göyorik
C. Bulğar qrupu
11. Talar (Kazan)
Cuvaş dili
12. Başqırd
Yakut dili
12


I
OĞUZ QRUPU
Oğuz  türkcəsi  və  ya  cənubi-qərb  türkcəsi  haqqında  öncəki 
bölmələrdə  izahat verilmişdir.  Oğuz türkcəsi  bugünkü türklərin  ək­
səriyyətinin  dilini  təşkil  edir  və  müasir  Türkiyə,  Azərbaycan,  türk­
mən  və  qaqauz türkcələrinin mənşəyi  sayılır.  Oğuz qrupu dilləri ta­
rixi  inkişaf dövründə  müxtəlif tayfalarla qonşuluq və  qarışma səbə­
bi  ilə  qıpçaq,  qarluq və  bir həddə qədər də uyğur türkcəsi,  ərəb,  fars 
və  slav  dillərinin  təsiri  altında  qalmış  və  hər  birinin  özünəməxsus 
xüsusiyyətlərini  mənimsəmişdir.  Bununla  belə  bunlann  hamısı  az- 
çox  oğuz  qrupunun  ümumi  xüsusiyyətlərini  də  qoruyub  saxlamışlar. 
Bu xüsusiyyətlər fonetika, qrammatika və leksika ilə əlaqədardır.
Fonetik xüsusiyyətlər:
1) Oğuz dilləri qrupunda 8-9 sait vardır.
2)  Samitlər cingiltili  (b,  q,  g,  d,  z) və kar (p, k, t,  s,  ş)  olmaqla 
iki qrupa ayrılır.
3)  Kəlmələrin  əvvəlində  /q/  (<İ)  və  ya  /k/  ( ^ )   samitləri 
müşahidə olunur.
4)  /q/  (ti)  və  ğ  (£)  samitləri  kəlmələrin  sonunda  da  görünə 
bilər.  Bağ, dağ, otaq kimi.
5)  İsmin  müxtəlif hallarında  və  felin  sifət  şəkillərində  q  (ıi) 
düşmüşdür.  Məsələn: küçəyə,  sola, gələn, uçan.
6) Dodaq samitləri arasında uyuşma (ahəng qanunu) hakimdir. 
Məsələn:  gözlük, kiçik, gündüz.
7) Bəzən sözlərin əvvəlindəki /y/ düşmüşdür.  Məsələn:  it (yit), 
ürək (yürək), üzük (yüzük).
8)  Bəzi  sözlərin  əvvəlindəki  /b/ düşmüşdür.  Məsələn:  bolmaq 
yerinə olmaq.
9)  /b/  və  /v/  bir-biri  ilə  əvəzlənir.  Məsələn:  barmaq  yerinə 
varmaq.
13


Qrammatik və ya morfoloji xüsusiyyətlər
İsmin  hal  şəkilçiləri  tam  və  qısa  olmaq  üzrə  iki  şəkildə  də 
mövcuddur.  Məsələn:  təsirlik hal  şəkilçisi  /-ni,  -nu.  -i,  -u/  (qalın  və 
incə);  yiyəlik hal  şəkilçiləri /-nin,  -nun,  -in,  -un/dan  ibarətdir.  Yön- 
lük hal  şəkilçilərində /q/ samiti  düşür:  /-qa,  -qə,  -ka»  -kə/ yerinə /-a, 
-ə, -ya, -yə/ gəlir.
“İdi”,  “imiş”  kimi  köməkçi  fellər çox  yayılıb.  Gələcək  zaman 
üçün daha çox /-acaq, -əcək/ şəkilçisi işlənir:  alacaq, gələcək.
A) TÜRKİYƏ / OSMANLI TÜRKCƏSİ
Türkiyə  türkcəsinin  tarixi  haqqında  keçmiş  bölmələrdə  izahat 
verilmişdi.  İstanbul  dialekti  əsasında  formalaşan  Türkiyə  türkcəsi, 
osmanlıcanın davamı olub, onun yeni dövrünə deyilir.  Türkiyə döv­
lətinin  rəsmi  dili  Balkan,  Kipr,  Suriyə  və  Qırımın  cənub  qisminin 
ədəbi  dilidir.  Dialekt  və  danışıq  şivələri  baxımından  m üxtəlif böl­
gələrdə  kiçik  fərqliliklər  vardır  ki,  aşağıda  qısaca  onlara  toxu­
nacağıq.
Anadolu  dialektlərinin  xüsusiyyətləri  haqqında  “Osmanlı  türk­
cəsi tarixi” bölümündə qısaca şərh etmişik.  Anadolu dialektləri  ara­
sında şərq  qrupu  (Qars,  Ərdəhan,  Iğdır və  s.)  daha çox  Azərbaycan 
türkcəsi dialektləri sayılır.
Digər dialektlər bunlardan ibarətdir:
Şimali-şərq dialekti, şimali-qərb və ya Kastamonu dialekti,  cə- 
nubi-şərq  dialekti,  cənubi-qərb  dialekti,  orta  Anadolu  dialekti,  Qa- 
ramanlı dialekti, Rumeli və ya Trakya bölgəsi dialekti.
İndi  Balkan,  Kipr və  Suriyə türkləri  və  onların  dil  xüsusiyyət­
ləri haqqında ayn-aynlıqda qısaca məlumat verəcəyik:
Balkan türkcəsi
Balkan türklərinin  danışdığı  dil  osmanlı  türkcəsinin bir parça­
sı  sayılır.  Ancaq  ondan  az-çox  fərqlidir.  Baskakova  görə,  Balkan 
türkləri  osmanlılardan öncə qərbə mühacirət  etmiş və  əslində,  Xəzər 
dənizi və Qara dənizin şimalından Balkanlara gedən,  peçenek və uz 
türk  tayfaları  ilə  qanşan  oğuzların  övladlandırlar.  Balkan  türkləri
14


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə