Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə18/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

Bu son iki şivə bir az özbəkcəyə bənzəyir (Doerfer).
Cənub ləhcəsində:
1) Çarum kəndi şivəsi;
2) Xərvi-ülya (Qəsəbeyi-Bozorg) və Ruhabad şivəsi;
3) Sultanabad, Çoğatay və Hökmabad kəndi şivəsi.
Son iki qrupun bəzi xüsusiyyətləri osmanlıcaya bənzəyir (Doerfer). 
Mənə görə də, Çoğatay şivəsi, Bocnurd şivəsinə daha yaxındır. 
İndi Xorasan türkcəsinin m üxtəlif dialekt və şivələrinə aid ata­
lar sözü və deyimlərindən nümunələr veririk:
1) Atalar sözü:
“Kirəkəndən  oğul  olmes,  kildən  təpə  (Kürəkəndən  oğul  ol­
maz, küldən təpə).
“Gin battı, Girvanlı yatdı” (Gün batdı, kürd yatdı).
“Atung atasu, yigiding ənəsi” (Atın atası,  igidin anası).
“Qara keçək ağarmas” (Qara keçə ağarmaz).
“Kənanına  bax  bezini  al,  ənəsinə  bax  qezzini  al”  (Qırağına 
bax bezini al, anasına bax qızını al).
“Gözgiyə baxan, özgiyə baxmas” (Güzgüyə baxan, özgəyə baxmaz). 
“Əling işləsin, ağzung dişləsin” (Əlin işləsin, ağzın dişləsin). 
“Axtaran tapar” .  (Axtaran tapar).
“Tanmansuz düzü yırtıqa güley” (Tumansız dizi yırtığa gülür). 
“Güniming  geçməqlıqınnən  ənəming  oynaşuna  buva  derəm” 
(Günüm keçsin deyə anamın oynaşına ata deyirəm).
“Dağdaku  gəlibdi,  bağdakuni  qovey”  (Dağdakı  gəlib,  bağda- 
kım qovur).
“Tilki  dəliginə  sığməz,  qurruğuna bir  qavuq bağlıyar”  (Tülkü 
dəliyinə sığmayır, bir də quyruğuna süpürgə bağlayır).
“Çaqiyə buyur, ardından yügür” (Uşağa buyur, arxasınca yüyür). 
“Qazanmg  qarasu  gedər,  namusıng  qarasu  gedməs”  (Qazan 
qarası gedər, namus qarası getməz).
“Yarum çörək çaşt olmas” (Yarım çörək naştalıq olmaz).
“At minən atasun tanımas” (At minən atasını tanımaz).
“Ac başum, dinc qulağum” (Az aşım, ağrımaz başım). 
“Qurddan çoban olmas” (Qurddan çoban olmaz).
“Qorxan gözə çöp düşər” (Qorxan gözə çöp düşər).
60


Xorasan  türkcəsinin  qərb,  şərq  (Dərgəz)  və  cənub  dialekt- 
lərinə  aid danışıq dilindən nümunələr:
Qərb dialektindən örnək:  Ikki Bacı
“Ərz  edeyim  huzurunguza  çağalar  ki,  ikki  sa:ni  bacıydılar,  bir 
qarn  analan  vandı.  Bə’dən  (sonra)  bu  ikki  sa:ni  bacı  biri  kiçiyidi,  biri 
behey  idi.  Behey xeyli  tembəl  idi vəli,  kiçiyi ka:ri  (çalışqan) idi.  Xeyli 
evlərining işinə yetişirdi.  Bə’dən (sonra) çün adəmhayi fəqir ədbaır idi­
lər, kiçiy qız anasına dede ki:  Ənican mən gidiyəm işliyəm və bir ildən 
sora (sonra) qayıtıyam səning yarnnga. Xulasey, çıxde yo:la, dişde biya- 
bandanng içində səhralarda dəştlərdə istə gede, gedde (getdi) ta yetişde 
bi  (bir) divarə.  Vəxti divarə yetişde divar dede ki:  Çağa can məning is­
timdə əyaq qoymə, hətmən əgər əyaq qoyang (qoysan), mən xərab olu­
ram. Bo dede:  Çəşm (gözüm üstə), fəqət (ancaq) sən mənə de ki o qam 
xatini  ki,  külfət  istiyər hardadır?  Bo dede  çəşm.  Dede muna (buna) bo 
dede yo:la diş (düş) bir aqaşlıqdadır. Xülasə bu yo:la dişde gede, gedde 
ta yetişde  bi  derəxtə  (ağaca)...  Derəxt buna dede ki,  qızım can gəl bu 
məning  dövrbəndimdən  (mənə  dolaşanlardan)  aç,  mən rahat  olım.  Bo 
dede  çəşm.  Gedde-yo  miming  piçəkləmi  (sarmaşıqları)  aşde.  An-vəqt 
soruşde ki qarre xa:tınm evi ha:rdadır? Mən istiyəm gedəm işliyəm...”
Mir Niyanin dilindən Dərgəz şivəsindən bir nümunə:
Dərgəzlilərin ləhcələri:
“Səni  qulluqiyə  ərz  edim.  Qedim  Dərgəzdə  hər  evliniy  çöldə 
əkini,  dağda  dovan  (davan),  bağda mivəsi  (meyvəsi),  qələdə  (kənddə) 
evi var idi. Şulari (bunların) dəramədi:nən (gəliri ilə) əli ağzinə yetişirdi. 
Qapusundə  toqqəri  (qulluqçusu),  minmaqə  (minməyə)  malı,  yemaqa 
(yeməyə)  çörəyi  varidi.  Xəlq  (xalq)  bir-birə  hörmət  qoyiydi  və  izzət 
edeydilər  və  qulluq  bitireydilər  (edərdilər).  Əgər  bir-birinə  pul  qərz 
(borc)  verseydi,  ta  özi  gətirib  verməseydi,  qapusinə  gedib  ya  küçədə 
öngini (qabağım) tutib istəməzdi. Ey!  İndi bir zaman olubdı ki, əgər biri 
əlli  tümən  birinə  qərz  versə  küçədə  ya  da  bazarda  yəxəsini  (yaxasım) 
tutib boynım  qanqırtıb  (sıxıb) aladı  (alırdı) və abnm  aparədi.  Hali  sən? 
Nimə  deymən,  görəsən  necə  zəmanə  olubdi.  Ərəhhüm-tərəhhüm  qal- 
mepdi.  Deymən qədim  evlərdə, küçələrdə,  məclislərdə cayillər (cavan­
lar)  qarrelərə  hörmət  qoyeydilər,  izzət  edeydilər  və  onların  sözünə 
baxeydilər.  Böhöylərəm (böyüklər də) cayillərə alqış edeydilər və dey-
61


dilər (deyirdilər), get balam. Tan (tann) yari (yarın) olsın, üzi (üzün) aq 
olsın, çörəyi (çörəyin) yağlı olsm.  Ey!  İndi bir zəman olubdı ki, hiç kəs 
hiç kəsə hörmət qoymeyidi, təmam bir-birinən qəhrləri (acıqlan) gələdi 
və böhöylər kiçiylərə qarqış edib deydilər get balam çörəy atlı olsın sən 
piyadə.  Canım sənə desin Dərgəzdə qeyr əz kordlər və türklər (kürdlər 
və türklərdən başqa) (Azərbaycanlılar) təmam xəlq bu dilə damşədilər”.
Muğam49:
“Muğamı  gərək  muğam  çalannan  soruşang  (soruşasan)  ki,  mu­
ğam  nəmədi  (nədir).  Xorasanmg  muğam  çalanlarung  ustasu  Məhəm­
məd  Hüseyn  Yeganədi.  Bu  soruşmağu  soruşmağıma  (soruşa-soruşa) 
yetişdik  ustadmg  qulluğuna.  Başda  ustadan  istədik  təmam  zaddan 
(şeydən) öngdə (öncə) özləmi türk xəlqə tanışdursulan və sora (sonra) 
bu nəşriyyəning hər nümrəsində bir muğamu siz əzizlərə tərif edsilən. 
Ustad  başlarunnan  geçənləri  belə  buyurdulan:  Məng  adum  Məhəm­
məd Hüseyn,  familim Yeganə, yaşum aldmiş  (altmış)  iki və  işim mu­
ğam çalmaq və ögrətmaq, baş qırxmaq və az o çox həkimlıqdı və Qu- 
çanda  Məşhəd  bazarung  başunda  dukanum  ba  (var).  Məng  Quçanda 
dünyayə  gəldim və  o  zəman  on  il  ərəb  dərsi  oxudum.  On beş  yaşdan 
muğam çalmağung ögrənmaqunu başladum və o zəmandaku ustadlar- 
ımung  adlanı Əvəz  Məhəmməd  Köynəşəhrli  (Quçang  Keynə  Şəhəri) 
Xan Məhəmməd Qıytaqu  Qıytaqli  də  ki  ikisi-əm  (ikisi  də)  öz bir dil- 
lərimisdən türk dilən.  İgirmi yaşumda məni  sərbazlığa (əsgərliyə)  ert- 
dilər (apardılar). Mən sərbazluqa gedəndə tanmı-əm (tanmı da) özüm- 
nən ertdim.  Sərbazlıqda yoldaşlarum belə məngnən (mənimlə) üns tu- 
tubdurdulan  ki  sərbazluqu  bolannan  sora  bütün  durdulan  yıqılmaqa 
(ətrafıma  toplandılar).  Sərbazlıqdan  öngdə  dərsim  bolanan  sora  baş 
qırxmaq dükan açıbdurum. Vəli (ancaq) sərbazlıqdan ki, gəldim düka- 
numu  əldən  berdim.  Məcbur  oldum  çörək  çuxarmağuna  gedəm.  Bir 
qələdə (kənddə) işimə başliyəm.  Geddim Quçang yanunda bir qələ ki, 
adı Titkanli idi. Onda mən baş qırxidim o çağa yaturdum (üşaq sünnət 
edirdim) və qarşusunda o qələning xəlqi  mənə bar-yazda buğdi,  arpa- 
beridilən. Bu qələdə kürdü (kürdcə) söyləmağım ögrəndim”.
49 Məhəmməd Tovhidi, Qələm Ucu, say:  1,  1981  (1360 h.ş.).
62


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə