Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə20/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

g ə lo v d u z
g ə lm iş d u z
g ə lü z ,  g ə lü n
g ə lo v d ilə
g ə lm iş d ilə
g ə s s ilə
Gələcək zaman üçün xüsusi bir şəkilçi yoxdur (İnallu ləhcəsindəki 
kimi). Gələcək zaman üçün “istəmək” köməkçi felindən istifadə olunur.
g ə lə c ə k  z a m a n
fe lin   v a c i b   ş ə k li
isiy o rə m  g ə lə m
g ə lm ə lu ə m
is iy o v sə   g ə lə sə
g ə lm ə lu s ə
isiy o  g ə lə
g ə lm ə lu ri
isiy o ra x   g ə la x
g ə lm ə lu a x
is iy o rs iz  g ə lə siz
g ə lm ə lu s iz
is iy o rla  g ə lə lə
g ə lm ə lu rilə
Sunğur  türkcəsində  şərt  formasının  şəkilçisi  (-sə,-sa)  və  sual 
şəkilçisi (-mi) işlənməz.
Söz xəzinəsi
“dada”  (ata),  “aba”,  “nənə”  (ana),  “qardaş”,  ‘ЪасГ,  “uğl”  (oğul), 
“qız”, “uşağ”, “üz”  (öz, üz), “üzgə” (özgə), ^ a ş ”, “göz”, “bum” (burun), 
“ağz”  (ağız),  “bil”  (bel),  “güsk”  (köks),  “əmcəy  (əmcək),  “ürəy”  (ürək), 
“qam”  (qann),  “qul”  (qol),  “düz”  (diz),  “bağaruğ”  (bağırsaq),  “durax” 
(dodaq), “güvey” (göbək), “sürüy” (sidik), “işey” (eşşək), “qərqə” (qar­
ğa),  “baluğ”  (balıq),  “günnüz”  (gündüz),  “inni”  (indi),  “surə”  (sonra), 
“us” (üst), “işəy” (aşağı), “iv” (ev), “ir’’ (ər), “yaxçı (yaxşı), “pis”.
İndi də xalq mahnılarından bir nümunə veririk:
Damnə damə damımız 
Yaxunni eyvanımız
Sə urdə du mən burdə 
Gor ussi düşmənimiz.
“Damlarımız yan-yanadır;  eyvanlarımız yaxındır.
Sən orda dur,  mən də burda,  kor olsun düşmənimiz ”.
Müasir şairlərdən Əmiri (Əmir), Əli Əkbər Məzhəri və digərləri­
nin adlarını çəkə bilərik. Əmirinin fars dilində də gözəl şeirləri var.
Son  olaraq  deyə  bilərik  ki,  sunğur  türkcəsi  Azərbaycan  və 
İnallu  türkcələri  arasında bir ləhcə  olub,  fonem baxımından  (o  >  u; 
ö > ü) İnalluya daha yaxındır.
66


AFŞARLAR
Afşarlar  24  oğuz  boyundan  biri  olub,  Oğuz  xanın  nəvəsi  və 
Yıldız  xanın  oğlu  Afşarın  övladlarından,  hakimiyyət  və  səltənət 
qurmuş  türklərin beş  qəbiləsindən  biridirlər.  XI  və  XII  əsrlərdən, 
yəni  səlcuqlularm   hakimiyyətinin  qurulmasından  sonra  onlarla 
birlikdə  Seyhun  və  Mavəraünnəhr  üzərindən  iran,  Anadolu,  İraq 
və  Suriyəyə  gəlib,  İran,  Suriyə,  İraq,  Azərbaycan  və  Əfqanis- 
tanda yerləşdilər.
Afşar  kəlməsini  bir  neçə  şəkildə  tərcümə  və  təfsir  etmişlər. 
Məsələn,  çevik,  mübaşir və  itaətkar (Qazan və  Qırım türkcəsindəki 
“avəş”  felindən)  mənalarını  ifadə  etdiyi  söylənir.  Afşarın  ilk böyük 
köçü  XI  əsrin  sonlarında Aqsunğurun başçılığında  Suriyə torpaqla­
rına  və  XII  əsrdə  başqa böyük köç,  Quş  Doğan  və  Aslanın başçılı­
ğında Xuzistana olmuşdur.
Afşarlar  Aqsunğurun  idarəsi  altında  Musul  Atabəyliyini  qur­
dular  (Aqsunğurun  oğlu  İmadəddin  Zəngi  idi)  və  Anadolunun  fət­
hində  böyük  rol  oynadılar.  Aqsunğur,  Məlikşah  tərəfindən  Qasi- 
müddövlə  ləqəbi  alaraq  Hələb  vilayətinə  hakim  oldu.  İmadəddin 
Zəngi  (1128-1146)  Musul  Atabəyliyini  qurdu  və  Xəlifə  tərəfindən 
fatih ləqəbi alaraq xaçlı savaşlarda iştirak etdi.
Onun  oğlu  və  yerinə  oturanı  Nurəddin  Mahmud,  elm  və 
ədəbiyyata  aşırı  maraq  göstərirdi51.  Şirkuh  (Əbul-Haris  Əsədid- 
din)  və  Səlahəddin  Əyyubi  onun  bayrağı  altında  idilər  və  onun 
köm əkliyi  ilə  Fatimi  hakimiyyətini  yıxdılar  (1171).  Ondan  sonra 
oğlu  Salih,  atasının  gücünü  əldə  edə  bilmədi  və  XIII  əsrdə  mo­
ğollara  tabe  oldu.  Sonunda  Anadolunun  cənubuna  köç  edərək 
digər  türkm ənlərin  köməkliyi  ilə  Qaraman  Xanlığı  hakimiyyətini 
qurdular.
Anadolu  Afşarlan  Hələbdən  gələn  bu  üç  ailədən  ibarətdir: 
1.  Qutbəyli oğulları 2.  Gündüz oğulları 3.  Köpək oğulları.
51  Türk Dünyası El Kitabı, Ankara,  1976.  s.  843.
67


tran Afşarları
İran  Afşarları,  Aslan  oğlu  Yəqubun  və  Quş  Toğan  oğlu  Şum­
lanın  sərkərdəliyində  XII  əsrdə  Xuzistana  gəlib  (1130-1140)  daha 
sonra  Loristan,  Fars  və  Kohkiluyeyə  dağıldılar.  Şumla  1155-ci  ildə 
Xuzistanın  mütləq  hakimi  və  səlcuqlu  Məsudun  bəylərbəyisi  oldu. 
Məlikşahm ölümündən (1160) sonra Atabəy olub, türkmənlərlə mü­
haribədə  (1175)  öldürüldü.  1195-ci  ildə  Xuzistan  xəlifənin  haki­
miyyəti  altına  keçdikdən  sonra  Şumla  ailəsinin  hakimiyyəti  sona 
çatdı.  XV  əsrdə  Ağqoyunlu  və  Səfəvi  hakimiyyətlərinin  qurulduğu 
sıralarda Anadolu Afşarları  qruplar  şəklində  Azərbaycana  köç  etdi­
lər.  Onlann  başında  Mənsur  Bəy  var  idi.  Gələn  qruplar,  Ağqoyun- 
lulann  və  Səfəvilərin  iş  başına  gəlmələrində  önəmli  rol  oynadılar. 
Mənsur Bəy Uzun  Həsənin  yaxın  dostlarından  olub,  Kohkiluye  va­
liliyinə  təyin  edilmişdi.  Şah  İsmayıl  zamanında  Fars  valisi  və  oğlu 
Əlvənd  də,  Kohkiluye  valisi  oldu.  Ondan  sonra  oğlu  Məhəmməd 
Mirzə valiliyə gətirildi.
Kohkiluye  Afşarları  Gündüzlü  və  Araşlunun  qollarından  iba­
rət idilər. Nadir A fşann Qırxlu boyundan idi.
İran Afşarları  Şamlu,  Asanlu,  Qasimlu,  İmanlu  (İnallu),  Araş- 
lu,  Gündüzlü,  Təkəşlu,  Kohkiluye,  Qırqlu (Qırxlı),  Təkəlu,  Eymirlu 
boylarından  meydana  gəlir.  Bu boylar  Gündüzlü,  Köpəklü  (Suriyə- 
dən  gəlmişlər)  və  Orta Asiyadan  gəlmiş  olan  Afşarlardan  meydana 
gəlmişlər.
68


XƏLƏC TÜ RK CƏ Sİ
Xələc  türkcəsi  İranın  mərkəzində  (Xələcistan),  Tehranın  160 
km  cənub-qərbində  yerləşən  Savə,  Qum  və  Ərak  şəhərləri  arasın­
dakı bölgədə yaşayan xələc türklərinin danışıq dilidir.
Xələcistanın  idari  mərkəzi  Qumun  64  km  qərbində  yerləşən 
Dəstgirddir.  Ancaq  bu  şəhərdə  xələclər  yaşamazlar.  Onlar  əsasən 
57  kənddə  yaşayırlar.  Xələclərin  ən  önəmli  yaşam  yerləri  Təlxab 
(təxminən  2000  nəfər),  Vaşqan  (təxminən  1300  nəfər),  Nadirabad 
(təxminən  1100 nəfər), Xəltabad (təxminən 450 nəfər), Mənsurabad 
(təxminən 400 nəfər) və Feyzabaddır (1000 nəfərdən çox).
Bu  bölgələrdə  xələclər  farslar  və  Azərbaycan  türkləri  ilə 
birgə  yaşayırlar.  Bu  səbəbdən və  fars  dilində  təhsil  aldıqları  üçün 
xələc  türkcəsi  bu  dillərin  (daha  çox  farscanın)  təsiri  altında  qal­
mışdır.  Bu  bölgədəki  xələclərin  nüfusu  30  mindən  artıqdır.  Bun­
lar,  ümum iyyətlə,  yoxsul  olub,  başqaları üçün  işləyirlər və  su qıt­
lığı  üzündən başqa yerlərə m ühacirət edirlər.  Bu bölgədə tədqiqat 
aparan  dilçilər  (Prof.  G.Doerfer  və  əməkdaşları),  yuxarıdakı  şə­
raiti  diqqətə  alaraq  inanırlar ki,  xələc  türkcəsi  yox  olmaq üzrədir. 
X ələclərin  bir  hissəsi  də  qaşqaylar  arasında  yaşayır.  Qaşqay 
Əm ələ  türkcəsi,  xələc  türkcəsi  ilə  əlaqədardır  və  aralarında  çox 
az  fərq gözə  çarpır.
Xələcistan  əhalisi  şiə  məzhəbinə  inanırlar.  Xələc  kişiləri, 
ümumiyyətlə,  iki  və ya üç  dildə  (xələc  türkcəsi,  farsca və Azərbay­
can türkcəsi)  danışırlar.  Uşaqları  xələccəni başa düşürlər,  ancaq da­
ha çox farsca danışırlar.
Xələc  türkcəsi  türk  dilinin  altı  qrupuna  (cənub-qərb  və  ya 
oğuz,  şərqi  və  ya  uyğur-özbək,  şimal-qərb  və  ya  qıpçaq,  şimal- 
şərq  və  ya  Sibiryanın  cənubu)  daxil  olmayıb,  yakutca  və  çuvaş- 
canın  da  bir  qolu  deyil.  Türkcənin  ən  əski  ləhcəsidir.  Bu  dildə 
qədim  türkcənin  (Göytürk)  və hətta proto-türkcənin  izləri  qalm ış­
dır.  Bu  üzdən  türk  dilçiliyi  baxımından  xələc  türkcəsi  xüsusi  bir 
əhəm iyyətə malikdir.
İran  xələcləri  və  onların  dilləri  haqqında  xarici  şərqşünaslar­
dan  Minorski  və  G.Doerfer,  iranlı  tədqiqatçılardan  da  M.Müqəd-
69


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə