16
Karlovo Varıda keçirilən Beynəlxalq Kinofestivalda Amerikanın təsis
etdiyi "Azadlıq" mükafatını və Rusiyanın "Kinoşok" Festivalında "Ən
yaxşı ssenari" nominasiyasının qalibi olur.
2000-ci illər
2005-ci ildə rejissor Oqtay Mirqasımovun "Ovsunçu" filmi Ka-
zanda keçirilən "Qızıl minbər" Birinci Beynəlxalq İslam Kino Fes-
tivalında ən yüksək mükafata "Qran-pri"-yə layiq görülmüşdür.Eldar
Quliyevin "Girov" filmi isə 2005-ci ildə İsveçdə Geteborq Ekzayl Film
Festivalında, 2006-cı ildə Misirdə Qahirə Beynəlxalq Kino Festivalında,
2007-ci ildə Çexiyada "Karlova Varı" Beynəlxalq Kino Festivalında və
2008-ci ildə Polşanın Varşava və Krakov şəhərlərində nümayiş
etdirilmiş və mükafatlara layiq görülmüşdür.
2007-ci ilin fevralın 23-də, Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyev "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi
haqqında" sərəncam imzalamışdır.
2010-cu illər
2013-cü ildə Bakıda Mədəniyyət və Turizm Nazirliyinin teatr,
musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi "Zirvə" mükafatının
6-cı təqdimetmə mərasimində "Dolu" filmin yaradıcı heyətinə "Zirvə"
mükafatı verilib. 2014-cü ildə Elçin Musaoğlunun "Nabat" filmi 63-cü
Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında 3 mükafata
layiq görülmüşdür.
2015-ci ildə "Yaddaş" Sənədli Filmlər Studiyası tərəfindən
"Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən III hissə – 15
sənədli
film təhvil verilmişdir."Axınla aşağı" bədii filmi aprel-may aylarında
ABŞ-ın Los Anceles şəhərində keçirilən "SEEfest" festivalında "Ən
yaxşı tammetrajlı debüt film" mükafatını qazanmışdır.
Bu günədək Azərbaycanda 3 mindən artıq film istehsal olunmuş-
dur.