CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə10/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
30 
Burada  Selami  Kılıçın  “Erməni  Məsələsi  və 
Almaniya” adlı iri həcmli monoqrafiyasını xüsusilə qeyd 
etmək  lazımdır.  Müəllif  əsərdə  I  dünya  müharibəsində 
Ərzurumda  yaşayan  almanların  durumunu,  Almani-
yanın ermənilərə olan missionerlik fəaliyyətlərini, erməni 
üsyanlarının  alovlanmasında  Almaniyanın  rolunu,  er-
məni  iddialarının  Avropada  əsas  müdafiəçisi,  mənşəcə 
alman Johannes Lepsiusun fəaliyyətini, müasir dövrdə al-
man siyasətində erməni məsələsini müxtəlif mənbələr və 
faktlar  əsasında  araşdıraraq  üzə  çıxarmışdır.  Əsərdə  
daha çox arxiv materiallarından istifadə olunmuşdur.  
Şenol  Kontarcı  “Erməni  məsələsi  və  pəncərədən 
baxmaq  və  mənzərənin  tamını  görmək”  adlı  monoqrafi-
yasında  ilk  dəfə  olaraq  erməni  millətçi  ekstremistlərinin 
Qazi  Mustafa  Kamal  Atatürkə  qarşı  erməni  sui-qəsdləri, 
Atatürkün  erməni  məsələsinə  münasibəti,  Qarsda 
türklərə qarşı erməni qiyamları, katolik ermənilərin Ana-
doluda fəaliyyətləri, bir milyondan artıq Azərbaycan tür-
künün  erməni  təcavüzünə  məruz  qalmasını,  Qarabağ 
düyününü  arxiv  sənədləri  əsasında  araşdırıb  tədqiq 
etmişdir.  Bütövlükdə,  türk  tarixçilərinin  araşdırmaları 
problemin  öyrənilməsi  baxımından  gizli  qalan  məqam-
ların  aşkara  çıxarılmasında  bizlərə  daha  yaxından 
yardımçı oldu. 
“Erməni  məsələsi”  əcnəbi  tarixçilər  tərəfindən  də 
dəfələrlə tədqiq edilmiş, öyrənilmişdir. Bunlara misal ola-
raq
 
Erix Fayql (130), Jastin və Karolin Makkarti (95, 132), 
Samuel A. Uimz (23), Jorj de Malevil (137), Selahi Sonyel 
(114),  Evans  Laurense  (76),  Stenford  Corc  Şou  (130), 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
31 
Qrandville Edqard (104), Rafael de Noqales (116), Quram 
Marxuliya  (133),  Mango  Andrew  (106),  Lowry  Hearty 
(105),  Qurko-Qryajini  (12)  və  digər  tədqiqatçıların  ad-
larını qeyd etmək olar. Məşhur Avstriya alimi Erix Fayq-
lın “Kəskin dönüş! Erməni mifomaniyası və həqiqət” adlı 
sənədlər  toplusundan  ibarət  əsəri  olduqca  dəyərlidır.  
Təxminən  on  iki  dildə  çap  edilmiş  əsərdə  müəllif 
ermənilərin  soyqırımı  iddialarını  mif  adlandırması  və 
türklərə qarşı ermənilərin  iyrənc kompaniyalarını tənqid 
etmişdir.  Müəllif  uzun  illər  ermənilərin  mifomaniya 
xəstəliyinə  tutulduğunu  vurğulamaqla  bir  daha  dünya 
ictimaiyyətinə  çatdırmaq  istəyir  ki,  ermənilərin  yalan, 
uydurma  vədləri  cəgəngiyatdan  başqa  bir  şey  deyildir.  
Müəllifin  digər  bir  əsəri  də  “İpək  yolu  üzərində  Odlar 
yurdu-Azərbaycan”  adlanır.  Əsərdə  daha  çox  türk 
dünyasının  mərkəzində  yerləşən  Azərbaycanın  qədim 
əraziləri,  dövlətləri,  sərhədləri,  tarixi  keçmişi  haqqında 
geniş  şəkildə  məlumat  verilir.  Həmçinin  burada  xal-
qımıza qarşı erməni təcavüzünün pərdəarxası məqamları 
da araşdırılmışdır. 
ABŞ-ın  Luisvill  Universitetinin  professoru  Jastin 
Makkartinin “Erməni məsələsi” ilə bağlı araşdırmaları da 
geniş  maraq  doğurur.  Müəllifin  çoxsaylı  tədqiqatları 
problemin  kökündən  araşdırılmasına  yeni  bir  baxış 
sərgiləməkdədir. Onun “Ölüm və Sürgün” adlı iri həcmli 
monoqrafiyasında problemin meydana gəlməsi, XX əsrin 
əvvəllərində  ermənilərin  sosial  durumu,  əhalinin  sayı 
hökumətin  statistik  materialları  əsasında  tədqiq  edil-
mişdir. Müəllif də osmanlı hökumətinin 1915-ci il hadisə-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
32 
lərini faciə yox özünü müdafiə tədbiri kimi qeyd edir və 
hökumətin bu addımını alqışlayır. 
Türk  dünyasının  haqq  səsinin  dünyaya  çatdırıl-
masında misilsiz xidmətlər göstərmiş, çoxsaylı məqalələr 
müəllifi,  ABŞ  əsilli  hüquqşünas  Səmyuel  A.Uimzin 
“Ermənistan-terrorçu “xristian” ölkənin gizlinləri” adlı iri 
həcmli əsəri problemlə əlaqədar olaraq bir sıra boşluqları 
doldurmaq  baxımından  misilsiz  əhəmiyyət  kəsb  edir. 
İyirmi  bir  fəsildən  ibarət  olan  əsərdə  müəllif  Qafqaz  və 
Anadolu regionundakı tarixi prosesləri  izləyərkən minil-
liklərin  qaranlıq  qatlarına  enmiş,  beş  yüz  ildən  artıq 
Osmanlı  Türkiyəsinin  Şərqi  Anadolu  hissəsində  yerli 
müsəlmanlarla  sülh  və  əmin-amanlıq  şəraitində  yaşamış 
ermənilərin xəyanət və satqınçılıq yolu tutması prosesini 
soyuqqanlıqla  qələmə  almışdır.  Əsərdə  dünyanın  müx-
təlif  ölkələrində  həyata  keçirdikləri  terror  aktları,  öz 
ərazilərində apardıqları etnik təmizləmə, din və dövlətin 
birliyi,  erməni  kilsəsinin  terrorçu-təcavüzkar  xisləti  və  s. 
məsələlər  təfərrüatı  ilə  araşdırılmışdır.  Vaşinqton,  Lon-
don,  Paris,  Roma,  İstanbul,  Moskva  kimi  iri  şəhərlərin 
arxivlərində  uzunmüddətli  elmi  araşdırmalar  aparan 
müəllif cəsarətli şəkildə “cırtdan ölkə”nin (burada söhbət 
indiki  Ermənistandan  gedir-T.C)  gecə-gündüz  silahlana-
raq  bu  ölkəyə  təmənnasız  şəkildə  1  milyard  dollarlıq 
silah-sursat  vermiş  Rusiyanin  və  1992-2001-ci  illər  ər-
zində  bu  ölkəyə  1.4  milyard  dollar  pul  ayırmış  ABŞ-ın 
hesabına  Qarabağı  işğal  etdiyini  vurğulaması  erməni 
maraqlarına  xidmət  edənlərin  ünvanına  söylənilmiş  ən 
tutarlı zərbələrdir. Maraqlısı ondan ibarətdir ki, əsər hələ 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə