CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə7/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   2   3   4   5   6   7   8   9   10   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
21 
içərisində “etibarlı xalq” imicinin formalaşmasından irəli 
gəlirdi. Bütün dövlət işlərində təmsil olunan ermənilərin 
XIX  əsrdən  başlayaraq  qərb  dövlətlərinin  oyuncağına  və 
sultan  hökumətinin  başağrısına  çevrilməsi  artıq  dövlət 
rəhbərlərini  əməli  fəaliyyətə  keçməyə  məcbur  etdi. 
Hökumətin  qabaqlayıcı  tədbirləri  də  problemin  öhdə-
sindən  gəlməyə  kömək  etmirdi.  Hadisələr  artıq  öz  məc-
rasından  çıxmaqda  idi.  Bu  zaman  hakimiyyətdə  təmsil 
olunan İttihad və Tərəqqi hökumətinin əsas simaları olan 
Tələt paşa, Ənvər paşa və Camal paşa birlikdə bu təhlü-
kələrin  qarşısını  birlikdə  almağa  çalışdılar.  Uzun  sürən 
məsləhətləşmələrdən  sonra  erməni  qiyamçılarının  impe-
riyanın  Suriya,  Livan  və  İordaniya  ərazilərinə  köçürül-
məsi  qərara  alındı  və  yüz  minlərlə  erməni  əhalisi  dinc 
şəraitdə köçürüldü. 
Ümumiyyətlə,  ermənilərin  Osmanlı  imperiyasında 
məskunlaşması,  sosial  dayaqlarının  möhkəmlənməsi,  di-
ni mərkəzlərin yaradılması, hökumətdən imtiyazlı zümrə 
olaraq  bir  sıra  güzəştlər  almağa  müvəffəq  olması,  hö-
kumətdə yüksək vəzifələrdə mövqe qazanmaları, erməni 
siyasi  təşkilat  və  partiyalarının  yaradılması,  Şərqi  Ana-
dolu  ərazilərində  erməni  qiyamarının  baş  verməsi,  hö-
kumətin  qabaqlayıcı  tədbirləri  və.s  məsələlər  istər  Azər-
baycan tarixçiləri, istər Türkiyə tarixçiləri, istərsə də qərb 
və  rus  tarixçiləri  tərəfindən  dəfələrlə  araşdırılmışdır.  Bu 
və ya digər formada problemlərin araşdırılmasına yönəl-
miş  tədqiqat  işləri  bütövlükdə  erməni  məsələsinin  hər-
tərəfli öyrənilməsinə yardımçı olur. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
22 
Qeyd etmək lazımdır ki, XIX əsrin sonu-XX əsrin əv-
vəllərində  Osmanlı  imperiyasında  baş  verən  ictimai-
siyası  proseslər,  həmçinin  regionda  maraqları  toqquşan 
böyük  dövlətlərin  Osmanlı  siyasəti  istər  türk,  istər  rus, 
istər  erməni,  istərsə  də  qərb  mənbələrində  geniş  təhlil 
edilmişdir.  Qeyd  etdiyimiz  bu  mənbələrdə  birmənalı 
olaraq  Osmanlı  dövlətinə  qarşı  qərəzli,  düşmən  mü-
nasibət daha çox özünü göstərir.  
Ümumiyyətlə,  müstəqilliyini  yenidən  bərpa  edən 
Respublikamızda  tarix  elmi  sahəsində  mühüm  irəliləyiş-
lər  əldə  olunmağa  başlandı.  Şanlı  tariximizi  xalqdan 
gizlətməyə,  hadisələrə  ləkə  salmağa  yönəldilmiş  kom-
munist  qaragüruhu  aradan  qaldırıldı.  Məhz  bu  illər 
ərzində  çoxlu  sayda  manaqrafiyalar  tədqiq  olunmağa 
başlandı. Sözsüz ki, daha çox işlənən mövzular içərisində 
aktuallığı  ilə  günümüzlə  səsləşən  “Erməni  məsələsi”nin 
pərdəarxası məqamları da həqiqi mənasında araşdırıldı. 
Bəhs  olunan  dövrdə  “Erməni  məsələsi”  ilə  bağlı 
Azərbaycan  tədqiqatçıları  tərəfindən  bir  sıra  sanballı 
əsərlər meydana gəldi. Kifayət qədər tanınmış tarixçiləri-
mizdən A.Məmmədli (1), A.İsgəndərov (2), B.Nəcəfov (3), 
C.Əliyev.,  B.Budaqov  (4),  G.Nəcəfli  (12),  R.Mehdiyev 
(15),  S.Seyidova  (16,17),  S.Hacıyev  (18,19),  H.Verdiyeva 
(132)  və  b.  son  zamanlar  nəşr  etdirdikləri  sanballı  əsər-
lərdə və məqalələrdə bir daha erməni məsələsi, regionda 
gedən  siyasi  mübarizənin  pərdəarxası  məqamlarını 
təfərrüatı  ilə  araşdıraraq  ictimaiyyətin  müzakirəsinə 
təqdim etmişlər.  


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
23 
Tarixçi A.İsgəndərovun 1918-ci il mart soyqırımının 
tarixşünaslığı  və  mənbəşünaslığına  aid  yazmış  olduğu 
sənballı  əsər  ilk  olmaqla  yanaşı,  eyni  zamanda  olduqca 
dəyərli  tədqiqat  işi  hesab  olunur.  Müəllif  1918-ci  il  Bakı, 
Quba,  Şamaxı,  Lənkəranda  erməni  quldur  dəstələrinin 
yerli əhaliyə qarşı  törətdikləri soyqırımı cinayətlərini ar-
xiv  sənədləri  və  stenoqram  materialları  əsasında  tədqiq 
etmişdir.  Uzun  illər  xalqdan  gizlədilmiş  soyqırımı  cina-
yətləri tədqiq olunaraq xalqa olduğu kimi  çatdırılmışdır. 
Həmçinin  müəllif  ilk  dəfə  olaraq  Fövqaladə  Hallar 
Komissiyası  tərəfindən  araşdırılmış  materialları  sistemli 
şəkildə oxuculara təqdim etmişdir.  
Ermənilərin Qafqaza köçürülməsi işində axıra qədər 
erməni  siyasətbazlarının  maraqlarına  xidmət  edən  çar 
Rusiyasının  Qafqaz  siyasətini  və  burada  apardığı  iyrənc 
siyasəti G.Nəcəflinin “XVIII əsrdə Azərbaycan ərazisində 
erməni  dövləti  yaradılması  cəhdləri”  adlı  əsərində  açıq-
aydın  görmək  mümkündür.  Müəllif  XVIII  əsrin  I  yarı-
sında  Azərbaycan  torpaqları  hesabına  erməni  dövləti 
yaradılması  cəhdləri,  bəhs  olunan  dövrdə  ölkəmizdə  er-
məni  dövləti  yaradılması  üçün  tərtib  olunan  layihələr, 
həmçinin  II  Yekaterinanın  Şərq  siyasətindən  ermənilərin 
yararlanmaq  cəhdləri  və  gələcək  planları  haqqında 
sanballı  faktlar  öz  yerini  almışdır.  Əsərdə  Rusiya  hakim 
dairələrinin,  o  cümlədən  I  Pyotrun  və  II  Yekaterinanın 
Şərq  siyasətini  həyata  keçirməsi  prosesində  bu  planın 
reallaşdırılması  üçün  göstərilən  təşəbbüslər  və  onun 
nəticələri aydınlaşdırılmışdır. 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə