Qondarma erməni soyqırımı faktların dili ilə
14
suallar monoqrafiyanın I və II fəsillərində ətraflı şəkildə
təhlil edilmişdir.
Uydurma erməni “soyqırımı” XX əsrdə erməni
diasporu dəstəyilə 20-dən çox dünya dövləti tərəfindən
tanınmışdır. I dünya müharibəsi dövründə baş vermiş
erməni xəyanətinin gizli niyyətlərini pərdələyən qərbin
xristian dövlətləri sadəcə olaraq müsəlman Türkiyə
Cümhuriyyətinin beynəlxalq nüfuzuna zərbə vurmaqla
dünya ictimaiyyətində “qatil türk” obrazı yaratmaq üçün
bütün ideoloji vasitələrdən istifadə etmişdir. Bu baxım-
dan baş vermiş hadisələrə zaman və məkan baxımından
doğru-dürüst yanaşmaqla ermənilərin uydurma soy-
qırımı iddialarının cəfəngiyatdan başqa bir şey olmadı-
ğını sübut etməyə səy göstərilmişdir. Bütün bunlar onu
göstərir ki, tədqiq olunan problem kifayət qədər aktualdır
və günümüzlə yetərincə səsləşir.
Qeyd etmək lazımdır ki, Sovet höküməti yetmiş il
müddətində xalqımızdan Türkiyə ilə bağlı həqiqətləri
gizlətmiş və ört-basdır etməyə çalışmışdır. Xüsusilə,
erməni millətçi ekstremistlərinin dinc türk əhalisinə qarşı
məkirli planları, törətdikləri qanlı qətliamlar və Türki-
yənin əleyhinə olan fəaliyyətləri barədə həqiqətlərin
təhrif edilməsi nəticəsində yalan, əsası olmayan soyqırımı
iddiaları qabardılmışdır. Bu problemin müxtəlif aspekt-
ləri tədqiqatçılar tərəfindən geniş şəkildə araşdırılsa da,
ermənilərin soyqırımı iddiaları və Türkiyə əleyhinə olan
fəaliyyəti sistemli şəkildə öyrənilməmiş və ayrıca
tədqiqat predmetinə çevrilməmişdir. Nəticədə, I dünya
müharibəsi zamanı Osmanlı hökumətinin milli azlıqlara
Qondarma erməni soyqırımı faktların dili ilə
15
qarşı məkirli və təhlükəli siyasət apardığı, 1,5-2 milyona
yaxın günahsız erməninin qətlə yetirilməsi, ev-eşiklərinin
talan edilməsi haqqında fikirlər formalaşmağa başlamış-
dır.
Azərbaycan yenidən müstəqillik əldə etdikdən
sonra digər sahələrdə olduğu kimi tarixi araşdırmalara
yeni yanaşma nəticəsində milli məsələlərdə gizli qalan,
saxtalaşdırılan və təhrif edilən məqamlər, həqiqətlər
açılaraq xalqa olduğu kimi çatdırılmağa başlandı. Bu
istiqamətdə ümummilli lider Heydər Əliyevin imzaladığı
bir sıra sərəncam və fərmanlarda ermənilərin xalqımıza
qarşı apardığı etnik təmizləmə, deportasiya, soyqırımı
siyasəti ifşa olunur, həmçinin onların Qafqaza gəlmə
xalq olduğu tutarlı faktlarla sübuta yetirildi. Həmçinin
ulu öndər özundə cəsarət taparaq xalqın qan yaddaşında
yaşayan iki mühüm tarixi faciə haqqında “1948-1953-cü
illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki
tarixi-etnik torpaqlardan deportasiyası haqqında” və
“Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar verdi.
”31 Mart Azərbaycanlıların soyqırımı günü” elan edildi.
Beləliklə, əsil həqiqəti dünya ictimaiyyətinə çatdırmaq,
soyqırımı aparıldığını, Ermənistan SSR ərazisinin qədim
Azərbaycan torpaqları olduğunu rəsmiləşdirməklə yana-
şı, talqımızın tarixinə “ağ ləkələr” kimi düşmüş, əslində
isə qanlı faciəvi hadisələr kimi yaddaşlara köçmüş bu
səhifələri düzgün və obyektiv yazmaq üçün şərait yaran-
dı. Azərbaycan Respublikası Prezident Adminstrasi-
yasının rəhbəri, akademik R. Mehtiyevin “Görus 2010:
absurd teatr mövsümü”kitabı oxuculara təqdim edildi.
Qondarma erməni soyqırımı faktların dili ilə
16
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu
tərəfinən də bu istiqamətdə bir sıra sanballı araşdırmalar
aparılmış, arxiv sənədləri toplanmış və ictimaiyyətə təq-
dim edilmişdir. “Azərbaycan Xalq Cümhuriyyətinin
tarixi Böyük Britaniyanın arxiv sənədlərində” (Bakı,
2008), Azərbaycan xalqına qarşı 1918-ci il mart
soyqırımının I cildi (Bakı, 2009), “İrəvan əyalətinin
müfəssəl dəftəri” (Bakı, 2009), “Azərbaycan tarixi arxiv
sənədlərində” I cild (1917-1920-ci illər), “Azərbaycan
xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr”
Sənədlər toplusu (Bakı, 2010), Azərbaycan xalqına qarşı
1918-1920-ci illər soyqırımı. II cild, I kitab, “Azərbaycan
xalqına qarşı 1918-1920-ci illər soyqırımı.II cild, 2-ci
kitab”, “İrəvan quberniyasında soyqırımı”. (Bakı, 2010)
və digər nəşrlər institut əməkdaşlarının gərgin əməyinin
nəticəsi olaraq bütövlükdə tarix elminə mühüm
tövhələridir.
Göründüyü kimi, qondarma “erməni soyqırımı” isti-
qamətində həm Azəbaycan, həm də Türkiyə tarixçiləri
tərəfindən aparılmış tədqiqatlar nəticəsində “soyqırımı”
iddiasının tamamilə cəfəng təbliğat istiqaməti olduğu sü-
but olundu. Məhz bu baxımdan Osmanlı imperiyası ilə
bağlı tarixi həqiqətlərin dərindən öyrənilməsi və dünya
ictimaiyyətinə olduğu kimi çatdırılması olduqca vacib
əhəmiyyət kəsb edir.
Tədqiqatın məqsəd və vəzifələri: Tədqiqat işinin
əsas məqsədi qondarma “erməni soyqırımı” iddialarının
uydurma olduğunu tarixi faktlar və xüsusilə də arxiv
sənədləri əsasında sübuta yetirmək olmuşdur. Bunun
Dostları ilə paylaş: |