CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə5/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   2   3   4   5   6   7   8   9   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
14 
suallar  monoqrafiyanın  I  və  II  fəsillərində  ətraflı  şəkildə 
təhlil edilmişdir. 
          Uydurma  erməni  “soyqırımı”  XX  əsrdə  erməni 
diasporu  dəstəyilə  20-dən  çox  dünya  dövləti  tərəfindən 
tanınmışdır.  I  dünya  müharibəsi  dövründə  baş  vermiş 
erməni  xəyanətinin  gizli  niyyətlərini  pərdələyən  qərbin 
xristian  dövlətləri  sadəcə  olaraq  müsəlman  Türkiyə 
Cümhuriyyətinin  beynəlxalq  nüfuzuna  zərbə  vurmaqla 
dünya ictimaiyyətində “qatil türk” obrazı yaratmaq üçün 
bütün  ideoloji  vasitələrdən  istifadə  etmişdir.  Bu  baxım-
dan  baş  vermiş  hadisələrə  zaman  və  məkan baxımından 
doğru-dürüst  yanaşmaqla  ermənilərin  uydurma  soy-
qırımı  iddialarının  cəfəngiyatdan  başqa  bir  şey  olmadı-
ğını  sübut  etməyə  səy  göstərilmişdir.  Bütün  bunlar  onu 
göstərir ki, tədqiq olunan problem kifayət qədər aktualdır 
və günümüzlə yetərincə səsləşir. 
Qeyd  etmək  lazımdır  ki,  Sovet  höküməti  yetmiş  il 
müddətində  xalqımızdan    Türkiyə  ilə  bağlı  həqiqətləri 
gizlətmiş  və  ört-basdır  etməyə  çalışmışdır.  Xüsusilə, 
erməni millətçi ekstremistlərinin dinc türk əhalisinə qarşı 
məkirli  planları,  törətdikləri  qanlı  qətliamlar  və  Türki-
yənin  əleyhinə  olan  fəaliyyətləri  barədə  həqiqətlərin 
təhrif edilməsi nəticəsində yalan, əsası olmayan soyqırımı 
iddiaları  qabardılmışdır.  Bu  problemin  müxtəlif  aspekt-
ləri  tədqiqatçılar  tərəfindən  geniş  şəkildə  araşdırılsa  da, 
ermənilərin  soyqırımı  iddiaları  və  Türkiyə  əleyhinə  olan 
fəaliyyəti  sistemli  şəkildə  öyrənilməmiş  və  ayrıca 
tədqiqat  predmetinə  çevrilməmişdir.  Nəticədə,  I  dünya 
müharibəsi  zamanı  Osmanlı  hökumətinin  milli  azlıqlara 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
15 
qarşı  məkirli  və  təhlükəli  siyasət  apardığı,  1,5-2  milyona 
yaxın günahsız erməninin qətlə yetirilməsi, ev-eşiklərinin 
talan  edilməsi  haqqında  fikirlər  formalaşmağa  başlamış-
dır.  
Azərbaycan  yenidən  müstəqillik  əldə  etdikdən 
sonra  digər  sahələrdə  olduğu  kimi  tarixi  araşdırmalara 
yeni  yanaşma  nəticəsində  milli  məsələlərdə  gizli  qalan, 
saxtalaşdırılan  və  təhrif  edilən  məqamlər,  həqiqətlər 
açılaraq  xalqa  olduğu  kimi  çatdırılmağa  başlandı.  Bu 
istiqamətdə ümummilli lider Heydər Əliyevin imzaladığı 
bir  sıra  sərəncam  və  fərmanlarda  ermənilərin  xalqımıza 
qarşı  apardığı  etnik  təmizləmə,  deportasiya,  soyqırımı 
siyasəti    ifşa  olunur,  həmçinin  onların  Qafqaza  gəlmə 
xalq  olduğu  tutarlı  faktlarla  sübuta  yetirildi.  Həmçinin 
ulu öndər özundə cəsarət taparaq xalqın qan yaddaşında 
yaşayan  iki  mühüm  tarixi  faciə  haqqında  “1948-1953-cü 
illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki 
tarixi-etnik  torpaqlardan  deportasiyası  haqqında”  və 
“Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar verdi. 
”31  Mart  Azərbaycanlıların  soyqırımı  günü”  elan  edildi. 
Beləliklə,  əsil  həqiqəti  dünya  ictimaiyyətinə  çatdırmaq, 
soyqırımı  aparıldığını,  Ermənistan  SSR  ərazisinin  qədim 
Azərbaycan torpaqları olduğunu rəsmiləşdirməklə yana-
şı,  talqımızın  tarixinə  “ağ  ləkələr”  kimi  düşmüş,  əslində 
isə  qanlı  faciəvi  hadisələr  kimi  yaddaşlara  köçmüş  bu 
səhifələri düzgün və obyektiv yazmaq üçün şərait yaran-
dı.  Azərbaycan  Respublikası  Prezident  Adminstrasi-
yasının  rəhbəri,  akademik  R.  Mehtiyevin  “Görus  2010: 
absurd  teatr  mövsümü”kitabı  oxuculara  təqdim  edildi. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
16 
Azərbaycan Milli  Elmlər Akademiyasının Tarix İnstitutu 
tərəfinən də bu istiqamətdə bir sıra sanballı araşdırmalar 
aparılmış,  arxiv  sənədləri  toplanmış  və  ictimaiyyətə  təq-
dim  edilmişdir.  “Azərbaycan  Xalq  Cümhuriyyətinin 
tarixi  Böyük  Britaniyanın  arxiv  sənədlərində”  (Bakı, 
2008),  Azərbaycan  xalqına  qarşı  1918-ci  il  mart 
soyqırımının  I  cildi  (Bakı,  2009),  “İrəvan  əyalətinin 
müfəssəl  dəftəri”  (Bakı,  2009),  “Azərbaycan  tarixi  arxiv 
sənədlərində”  I  cild  (1917-1920-ci  illər),  “Azərbaycan 
xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr” 
Sənədlər  toplusu  (Bakı,  2010),  Azərbaycan  xalqına  qarşı 
1918-1920-ci  illər  soyqırımı.  II  cild,  I  kitab,  “Azərbaycan 
xalqına  qarşı  1918-1920-ci  illər  soyqırımı.II  cild,  2-ci 
kitab”,  “İrəvan  quberniyasında  soyqırımı”.  (Bakı,  2010) 
və digər nəşrlər institut əməkdaşlarının gərgin əməyinin 
nəticəsi  olaraq  bütövlükdə  tarix  elminə  mühüm 
tövhələridir.  
Göründüyü  kimi,  qondarma  “erməni  soyqırımı”  isti-
qamətində    həm  Azəbaycan,  həm  də  Türkiyə  tarixçiləri 
tərəfindən  aparılmış  tədqiqatlar  nəticəsində  “soyqırımı” 
iddiasının tamamilə cəfəng təbliğat istiqaməti olduğu sü-
but  olundu.  Məhz  bu  baxımdan  Osmanlı  imperiyası  ilə 
bağlı  tarixi  həqiqətlərin  dərindən  öyrənilməsi  və  dünya 
ictimaiyyətinə  olduğu  kimi  çatdırılması  olduqca  vacib 
əhəmiyyət kəsb edir.  
Tədqiqatın  məqsəd  və  vəzifələri:  Tədqiqat  işinin 
əsas  məqsədi qondarma “erməni soyqırımı” iddialarının 
uydurma  olduğunu  tarixi  faktlar  və  xüsusilə  də  arxiv 
sənədləri  əsasında  sübuta  yetirmək  olmuşdur.  Bunun 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə