CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə9/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
27 
ğını olmamışdır”. Qeyd edək ki, əsər qısa müddət ərzin-
də özünə papulyarlıq qazandıra bildi.
 
Azərbaycan  tədqiqatçıları  ilə  yanaşı  bu  problemlə 
bağlı məsələlərin daha dərindən öyrənilməsində Türkiyə 
tarixçilərinin  araşdırmaları  olduqca  dəyərli  və  təqdirə-
layiqdir.  Azərbaycandan  fərqli  olaraq  bu  problemə  mü-
raciət  edən  Türkiyə  tarixçilərinin  əsərlərində  daha  çox 
məsələnin  iqtisadi və  siyasi tərəflərinə münasibət nəzərə 
çarpmaqdadır.  Daha  çox  “erməni  məsələsi”nin  yaran-
masından  və  Türkiyənin  parçalanmasındakı  rolundan, 
erməni siyasi təşkilatlarının formalaşmasından, missioner 
təşkilatların  fəaliyyətindən,  erməni  millətçi  ekstremist-
lərinin  antitürkiyə  fəaliyyətindən,  dünyanı  bürümüş  er-
məni terrorunu əks etdirən həqiqətlərin araşdırmasından 
yazan türk tarixçiləri məsələnin ideoloji tərəflərini bir qə-
dər zəif araşdırmışlar. Lakin son zamanlar bu istiqamətdə 
bir  sıra  uğurlar  əldə  etmişlər.  Məhz  bu  mənada  qardaş 
ölkənin  tarixçiləri  çox  zaman  onlara  iftira  atan,  cəfəng 
iddialarla silahlanmış qüvvələrə cavab vermək məcburiy-
yətində qalmışlar.   
“Erməni məsələsi”nin araşdırılması istiqamətində iş 
aparan görkəmli türk tarixçilərindən Türkkaya Ataov (30, 
31, 32), Aslan Yasin (36), Azmi Süslü (41, 42), Bilal Şimşir 
(49), Binark İsmet (51), Beydilli Kemal (52), Demir Neşide 
Kerem (59), Ençiment Kuran (63), Eldar İlter (72, 73), Esat 
Uras  (77),  Hudavendigar  Onur  (90),  Gültəkin  Ural  (85), 
Kamuran Gürün (98, 99), Kamal Öke (107), Sedat Laçıner 
(112,  113),  Selami  Kılıç  (115),  Yusuf  Halaçoğlu  (126)  və 
digər  dəyərli  tədqiqatçıların  adlarını  xüsusi  olaraq  qeyd 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
28 
etmək  olar.  Adlarını  çəkdiyimiz  tədqiqatçılar  birmənalı 
olaraq  bu  məsələnin  siyasi  tərəfləri  ilə  yanaşı  iqtisadi 
tərəflərini  də  yüksək  səviyyədə  araşdırmağa  müvəffəq 
olmuşlar.  
Kitabdakı  hadisələrin  daha  dərindən  araşdırılması 
üçün  müraciət  etdiyimiz  bu  müəlliflərdən  bəzilərinin 
əsərlərini  qeyd  etməyi  özümüzə  borc  bildik.  Belə  ki,  Er-
məni  məsələsinin  tədqiq  olunması  istiamətində  Esat 
Urasın “Tarixdə ermənilər və erməni məsələsi” adlı  san-
ballı  kitabında  ermənilərin  Anadolu  ərazilərinə  gəlişi, 
məskunlaşması,  durumu,  sosial  həyatları,  təşkilatlanma 
səviyyəsi  haqqında  hərtərəfli  məlumatlara  rast  gəlmək 
mümkündür.  Müəllifin  əsas  üstünlüklərindən  biri  də 
erməni  dilində  olan  kitablardan  və  mənbələrdən  geniş 
şəkildə  istifadə  etməsidir.  Müəllif  əsərdə  hadisələrin  II 
dünya müharibəsindən sonrakı vəziyyətinə daha çox yer 
ayırmış,  xüsusilə,  qondarma  erməni  soyqırımının  50-ci 
ildönümü  ilə  əlaqədar  hadisələrin  yenidən  qızışdırıl-
dığının səbəb və nəticələrini ətraflı şəkildə təhlil etmişdir. 
Eyni  zamanda  müəllif  əsərdə  1970-ci  ildən  sonra  türk 
diplomatiyasına  qarşı  erməni  terrorunun  gizli  qalan 
məqamlarına  işıq  salmağa  çalışmışdır.  Əsər  bu  dövrün 
hadisələrinin öyrənilməsi baxımından olduqca dəyərli bir 
vasitədir.  
Türk  tarixçisi  Kamuran  Gürünün  “Erməni  dosyası” 
adlı  əsəri  də  tədqiq  etdiyimiz  problemin  öyrənilməsi 
üçün  dəyərli  tədqiqat  işidir.  Müəllif  burada  ermənilərin 
tarixi ərazilərini, dini inanc sistemlərini, fars, ərəb, səlcuq, 
monqol,  osmanlı    imperiyaları  zamanındakı  durumunu 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
29 
tədqiq  etmiş,  xüsusilə  erməni  məsələsini  daha  dərindən 
öyrənməyə cəhd göstərmişdir.       
 Azmi  Süslünün  “Türk-erməni  əlaqələri”  adlı 
həcmcə  çox  da  iri  olmayan  kitabında  türk-erməni  əlaqə-
lərinin  yaranması,  türklərin  ermənilərə  olan  isti  münasi-
bəti,  sultan  II  Mehmetin  erməni  etnosuna  etdiyi  güzəşt-
ləri,  hökumətin  ermənilərlə  bağlı  imtiyazların  veril-
məsini,  iri  ticarət  mərkəzlərində  mövqe  qazanmaları  və 
digər  amillərə  toxunmuşdur.  Müəllif  Osmanlı  hökumə-
tinin  ermənilərə  olan  isti  münasibətlərin  qarşılığı  olaraq 
türk  millətinə  terrorla,  qiyamlarla,  üsyanlarla,  xəyanət-
lərlə cavab verildiyini ürək ağrısı ilə qeyd etmişdir. Müəl-
lif əsərdə müxtəlif dillərdə olan mənbələri araşdırmış, bır 
sıra  gizli  qalan,  xalqdan  gizlədilən  məqamlara  aydınlıq 
gətirmişdir. 
Uzun  müddət  Türk  Tarix  Qurumuna  rəhbərlik  et-
miş,  hal-hazırda  isə  TBMM-in  fəal  üzvü  olan  prof.dr 
Yusuf  Halaçoğlu  da  bu  problemlə  əlaqədər  çoxlu  sayda 
tədqiqat  işləri  aparmış,  bir  sıra  dövlətlərin  arxivlərində 
maraqlı faktları üzə çıxarmışdır. Müəllif “Ermeni tehciri” 
adlı  monoqrafiyasında  “Erməni  məsələsi”ni    sistemli 
şəkildə  araşdırmış,  I  dünya  müharibəsinə  qədərki  mər-
hələdə  böyük  dövlətlərin  Anadolu  siyasətində  erməni 
faktorunu  tədqiq  etmişdir.  Əsərdə  həmçinin  ermənilərin 
ümumi  sayı,  terror  fəaliyyətləri,  sultan  hökumətinin 
köçürmə siyasəti və iri dövlətlərin islahat planları üzərin-
də araşdırmalar aparılmışdır. Ümumilikdə əsər bu prob-
lemin öyrənilməsi baxımından çox dəyərli tədqiqat işidir. 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə