CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə11/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
33 
işıq  üzü  görməmiş  müəllifə  qarşı  erməni  təhdidləri  baş-
lamış,  ona  dəfələrlə  telefon  açaraq,  elektron  poçtundan 
istifadə edərək ölümlə hədələmişlər. Kitab çapdan çıxan-
dan  bir  müddət  sonra  müəllifin  müəmmalı  şəkildə  qəf-
lətən  vəfat  etməsi  bir  daha  erməni  vandalizminin  vəhşi 
xislətindən xəbər verir.   
Tədqiqatın elmi-praktik əhəmiyyəti. Tədqiqat işinə 
cəlb  edilmiş    araşdırmalarının  elmi-praktiki  əhəmiyyəti 
olduqca böyükdür. Burada Osmanlı arxiv sənədləri, türk, 
rus, ingilis dilində nəşr edilmiş monoqrafiyalar, cədvəllər 
və  bir  çox  materiallar  əsasında  toplanmış  zəngin  tarixi 
faktlar  qondarma  “erməni  soyqırımı”  iddialarına  zərbə 
vuran  ən  tutarlı  mənbələrdir.  Monoqrafiyanın  əhatə 
etdiyi xronoloji çərçivə 1877-1878-ci illər rus-türk mühari-
bəsi  zamanı  meydana  çıxan  “erməni  məsələsi”ndən 
başlayaraq  bir  neçə  dövrü  əhatə  edir.  Birinci  dövr  1877-
78-ci  ildən  XX  əsrin  əvvəllərinədək;  ikinci  dövr  XX əsrin 
əvvəllərindən 
Müstəqil 
Türkiyə 
Cühhuriyyətinin 
qurulmasına qədər; üçüncü dövr 1923-cü ildən 1965-ci ilə 
qədərki  mərhələ;  dördüncü  dövr  isə  1965-ci  ildən 
Müstəqil  Ermənistan  Respublikasının  türk  dünyasına 
qarşı  apardığı  mübarizə  dövrünü  əhatə  edir.  Zəngin 
tarixi  faktları  özündə  əks  etdirən  tədqiqat  işində  qon-
darma  “erməni  soyqırımı”nın  saxta  və  cəfəngiyyatdan 
başqa  bir  şey  olmadığı  sübuta  yetirilmişdi.  Məhz  bu 
baxımdan tədqiqat işindən qondarma “erməni soyqırımı” 
ilə  bağlı  ali  məktəblərin  tarix  fakultəsində  ümumi 
mühazirə  kurslarının  və  konfrans  materiallarının  hazır-
lanmasında istifadə etmək olar. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
34 
Aparılan 
araşdırmanın 
metodologiyası 
və 
metodları.  Müasir  tarix  elmində  mövcud  olan  çoxsaylı 
metodoloji  müxtəlifliklər  içərisində  bu  tədqiqat  işində 
istifadə  edilmiş  metodoloji  prinsipləri  müəyyən  etmək 
çox  vacibdir.  Məhz  bu  baxımdan  tətbiq  etdiyimiz  meto-
doloji prinsiplər ardıcıl olaraq baş verən tarixi hadisələri 
öyrənməyi nəzərdə tutur. Tədqiqat işinin materiallarında 
daha  çox  müstəqil  analitik  təhlil,  xronoloji  ardıcıllıq 
prinsipinə,  sintez  və  analiz  metoduna,  hadisələrin  və 
tarixi faktların müqayisəli təhlilinə üstünlük verilmişdir. 
Tədqiqat  işində  daha  çox  müqayisəli  təhlil  meto-
dundan  və  ümumiləşdirmələrdən  istifadə  edilmişdir.  Bu 
qərbin  iri  imperialist  dövlətlərinin  uydurma  “erməni 
soyqırımı”  ilə  əlaqədar  Osmanlı  hökumətinə  ünvan-
ladıqları  sərt  ittihamları,  eyni  zamanda  bununla  bağlı 
qərb  müəlliflərinin  fərqli  fikirlərini  aydınlaşdırmağa  im-
kan yaradır. 
İşin  strukturu  və  həcmi.  Tədqiqat  işi  giriş,  dörd 
fəsil,  doqquz  yarımfəsil,  nəticə  və  istifadə  edilmiş 
ədəbiyyat  siyahısından  ibarətdir.  İşin  ümumi  həcmi  80 
səhifədir. 
 
 
 
 
 
 
 
 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
35 
 
“Erməni məsələsi” beynəlxalq münasibətlər sistemində 
( XIX əsrin II yarısı ) 
 
 
XVIII əsrdə Avstriya ilə birlikdə Osmanlı  imperiya-
sına  məxsus  ərazilərin  bir  hissəsini  ələ  keçirmiş  Çar  Ru-
siyası XIX əsrin II yarısından etibarən xarici siyasət strate-
giyasına  yenidən  baxmalı  olmuşdur.  Çar  hökumətinin 
əsas  istəyi  Krımı  tutmaqla  Qara  dəniz  hövzəsində,  həm-
çinin  Qara  dənizi  Aralıq  dənizi  ilə  birləşdirən  mühüm 
strateji  məntəqələrdə  (boğazlarda,  dəniz  limanlarında, 
satış  bazarlarında  və  i.)  möhkəmlənmək  idi.  Eyni  za-
manda  Çar  Rusiyası  Qafqazdan  tutmuş  Şərqi  Anadolu 
bölgəsi də daxil olmaqla Bəsrə və İskəndərun limanlarına 
yiyələnməyə çalışırdı. Bunun üçün çar hökuməti müxtəlif 
yollar  arayıb-axtarmağa  başladı.  Nəticədə,  həmin  dövr 
üçün  çar  hökumətinin  üzərində  dayandığı  əsas  yol–Bol-
qarıstan  oldu.  Lakin  1877-1878-ci  illər  rus-türk  mühari-
bəsində  Bolqarıstan  vasitəsilə  Egey  dənizinə  çıxış  əldə 
edəcəyinə  ümid  edən  Çar  Rusiyasının  bu  istəyi 
gerçəkləşmədi. Digər çıxış yolları üzərində işləyən Rusiya 
srateqləri  Qafqaz  istiqamətindən  keçməklə  öz  istəklərinə 
nail olmağa can atırdılar. Əslində Çar Rusiyasının başlıca 
məqsədi  isti  dənizlərə  yiyələnməklə  Şərqi  Anadoludan 
Basra-İskəndərun  limanlarına  uzanacaq  nəhəng  “erməni 
koridoru” yaratmaq idi (62, 28). Bu strateji plan tamamilə 
təhlükəli olduğu  üçün Osmanlı  imperatorluğu ilə yanaşı 
eyni zamanda İngiltərə və Fransa kimi nəhəng dövlətləri 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
36 
da  narahat  etməyə  başladı.  Odur  ki,  İngiltərə  Osmanlı 
imperatorluğunun  sərhədlərini  1878-ci  il  Berlin  Kon-
qresinə  qədər  qorumaq  siyasətini  yürüdürdü.  Öz 
növbəsində İngiltərə başa düşürdü ki, onun  Şərqi Aralıq 
dənizi  və  Hindistandakı  mülkləri  tez  bir  zamanda  rus 
təhlükəsi  ilə  üzləşəcəkdir.  Məhz  buna  görə  də  İngiltərə 
təcili  olaraq  Rusiyanın  Balkanlarda  möhkəmlənməsinə 
hər vəchlə mane olmağa çalışan Avstriya və Almaniyanı 
da  öz  tərəfinə  çəkə  bildi.  Ümumilikdə,  “Şərq  məsələsi” 
adlandırılan  bu  siyasət  Avropa  dövlətlərinin  və  Çar 
Rusiyasının  Osmanlı  təbəəsi  olan  xristianların  haqlarını 
qorumaq  adı  altında  Osmanlı  torpaqlarını  parçalayaraq 
öz  aralarında  bölüşdürməkdən  başqa  bir  şey  deyildi. 
Daha dolğun şəkildə desək, Osmanlı imperiyasının süqu-
tunun  sürətləndirilməsi,  imperiya  ərazisində  yaşayan 
xalqların milli azadlıq hərəkatının genişlənməsi və Türki-
yənin  hakimiyyəti  altında  olan  torpaqların  bölüş-
dürülməsi uğrunda Avropanın böyük dövlətləri arasında 
gedən  mübarizə  ilə  bağlı  beynəlxalq  ziddiyyətlər  dünya 
tarixşünaslığına  “Şərq  məsələsi”  adı  ilə  daxil  olmuşdur 
(90,  126).  Qısaca  olaraq  qeyd  etmək  lazımdır  ki,  ilk  dəfə 
olaraq  1815-ci  ildə  Vyana  konqresində  rus  diplomatları 
tərəfindən işlədilən “Şərq məsələsi” ifadəsi bundan sonra 
Avropa  diplomatiyasına  yol  açmış  oldu.  XIX  əsrin  I 
yarısında  xarakterinə  görə  “Şərq  məsələsi”  Osmanlı 
imperiyasının  ərazi  bütövlüyünün  qorunmasını  nəzərdə 
tuturdusa,  XIX  əsrin  II  yarısından  bu  siyasət  türklərin 
Avropadakı  ərazilərinin  qərbin  iri  müstəmləkəçi  dövlət-
ləri  arasında  bölüşdürülməsinə,  XX  əsrdən  etibarən  isə 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə