CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə19/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
58 
qazandılar. Bütün ifrat, ekstremist qüvvələr bu partiyada 
birləşdi.  Daşnaqlar  mülayim  platformalarda  dayanan 
partiyalar  üzərində  inamlı  qələbə  qazandılar  və  onların 
siyasəti  mahiyyət  etibarı    ilə  hakim  teokratik  yuxarı 
təbəqənin–Eçmiədzin  katalikosunun  siyasətinə  çevrildi 
(4,  I cild, 59). 
Partiyanın  I  qurultayı  1892-ci  ildə  Cenevrədə 
keçirildi.  Burada  32  nəfərdən  ibarət  partiya  fəalı  iştirak 
edirdi.  Qurultayda  partiyanın  birinci  proqramı  qəbul 
olundu. Proqramın maddələrində aşağıdakı məsələlər öz 
əksini  tapmışdı:  hərbi  dəstələrin  yaradılması,  əhalinin 
silahlandırılması,  xalqın  inqilabı  şüurunun  möhkəm-
ləndirilməsi,  inqilabi  komitənin  yaradılması  və  onların 
təhlükəsizliyinin  təmin  edilməsi,  silahlı  üsyan,  hökumət 
nümayəndələrinin  qətlə  yetirilməsi,  hökumət  binalarının 
yandırılması və terror (18, 234).  
Ümumilikdə, qeyd etmək lazımdır ki,  XIX əsrin 80-
90-cı  illəri  Osmanlı  imperatorluğu  üçün  son  dərəcə 
sıxıntılı  bir  dövr  olaraq  qalırdı  və  hadisələrin  sonrakı 
gedişatı  Şərqi  və  Cənub  -  Şərqi  Anadolu  ərazilərini 
bürümüş  erməni  quldur  dəstələrinin  dinc  əhaliyə  qarşı 
fitnəkar  təxribatları  və  toqquşmaları  ilə  xarakterizə 
olunurdu. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
59 
1.2. Avropa dövlətləri və Çar Rusiyası tərəfindən 
Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində erməni 
qiyamlarının törədilməsi və acı nəticələri 
(1880-1890) 
 
XIX əsrin 80-ci illərində Osmanlı imperiyasının Şərq 
və  Cənub-Şərq  bölgələrində  müstəqil  erməni  dövləti 
yaradılması  planının  puça  çıxmasından  o  qədər  də 
narahatlıq  hissi  keçirməyən  qərb  dövlətləri,  birmənalı 
olaraq  öz  milli  maraqlarını  müəllifi  olduqları  “erməni 
məsələsi”nə  belə  qurban  vermək  istəmirdilər.  Əslində 
ermənilərin  özlərinə  də  bəlli  idi  ki,  yuxarıda  qeyd 
etdiyimiz  nəhəng  dövlətlər  öz  strateji  maraqlarını  təmin 
etmək  məqsədi  ilə  “erməni  məsələsi”ni  gündəmə  gətir-
mişdilər.  Buna  görə  də  ermənilər  öz  strateji  maraqlarına 
çatmaq  naminə  həmin  dövlətlərin  əlində  “alət  olma 
statusu”nu  qoruyaraq  təşkilatlanma  mərhələsinə  qədəm 
qoydular.  Çünki  yalnız  həmin  dövlətlərin  bölgədə 
maraqlarının  olduğu  təqdirdə  ermənilər  öz  dövlətlərini 
qurmaq üçün beynəlxalq müdafiəyə nail ola bilərdilər
 
XIX  əsrin  80-90-cı  illərindən  etibarən  İngiltərə, 
Fransa və Rusiya arasında Osmanlı imperatorluğunu par-
çalamaq,  həmçinin  Yaxın  Şərqdə  hegemonluq  uğrunda 
mübarizə  daha  da  dərinləşməkdə  idi.  Qərbin  iri  dövlət-
lərinin  qarşısında  duran  əsas  məqsəd  erməniləri  maarif-
ləndirmək, silah-sursat paylamaqla silahlandırmaq, silah-
lı erməni dəstələri yaratmaqla Şərqi Anadoluda Osmanlı 
idarəçiliyinə  qarşı  qiyamlar  təşkil  etmək,  bir  sözlə 
Vilayəti-Sittə deyilən Şərqi Anadoluda qərbpərəst erməni 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
60 
dövləti  yaratmaq  idi.  Qiyamların  törədilməsində  həm 
ermənilər,  həm  də  iri  dövlətlər  maraqlı  idilər.  Ermənilər 
ona  görə  maraqlı  idilər  ki,  bu  işi  həyata  keçirməklə 
Avropanın  diqqətini  “Erməni  məsələsi”nə  yönəltmək, 
islahatla bağlı sultan tərəfindən “konstruktiv” addımların 
atılmasını  sürətləndirmək,  bölgədə  erməni  əhalisini 
məskunlaşdırmaqla  yetərsay  üstünlüyə  nail  olmaq  və 
nəticədə  milli  müqəddəratı    təyin  etmək.  İri  dövlətlərin 
isə  əsas  istədikləri  tək  şey  sadəcə  olaraq  erməniləri 
“qabağa”  verməklə  qiyamlar  təşkil  etmək,  bununla  da 
bölgədə söz  sahibinə çevrilmək idi. İngiltərə bu işə daha 
çox maraq göstərməklə yanaşı, eyni zamanda bu işin bir 
başa  Londondan  idarə  edilməsi  üçün  paytaxtda  İngilis-
Erməni Komitəsini yaratdı (83, 92). 
Tarixi  faktlar  sübut  edir  ki,  XIX  əsrin  II  yarısından 
etibarən  Şərqi  Anadoluda  erməni  qiyamlarının  törədil-
məsi  üçün  heç  bir  səbəb  yox  idi.  Bunu  görkəmli  türk 
tarixçisi  Yusuf  Halaçoğlu  da  bir  daha  tutarlı  faktlarla 
təsdiq  edir.  O  yazır:  “Osmanlı  torpaqlarında  sosial,  iqti-
sadi,  dini,  siyasi  və  mədəni  müstəqilliyinə  nail  olan  və 
məmləkətin  heç  bir  vilayətində  kifayət  qədər  üstünlüyə 
sahib  olmayan  erməniləri  ölkədə  üsyanlara,  qiyamlara 
sövq edəcək hökumətdən gələn hər hansı bir təzyiq möv-
cud  deyildi  (107,  55)”.  Avropa  dövlətlərinin  bir  başa 
səyləri  nəticəsində  törədilmiş  erməni  qiyamlarının  əsas 
məqsədinin  nələrdən  ibarət  olduğunu  türk  tarixçisi 
Kamal  Öke  belə  qiymətləndirir:  “Komitəçilər  fikirləşir-
dilər  ki,  ermənilərin  Şərqi  Anadoluda  terror  hərəkətləri 
müsəlman  əhalisinin  cavab  zərbələrinə  səbəb  olacaq  və 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
61 
milli  münaqişələr  baş  verəcəkdir.  Türkiyə  hökumət  or-
qanlarının  sabitlik  yaratmaq  tədbirlərini  komitəçilər 
Avropada “soyqırımı” kimi təbliğ edəcək və iri dövlətləri  
qan  tökülməyə  son  qoymağa  çağıracaqlar.  Böyük  güclər 
bir daha belə hallar baş verməsin deyə, Osmanlı dövlətini 
ermənilərin  xeyrinə  bəzi  islahatlar  keçirməyə  məcbur 
edəcəklər.  İslahat  yolunda  atılmış  hər  bir  addım  ermə-
niləri muxtariyyətə yaxınlaşdıracaqdır (40, 36).  
Nəticədə,  düşünülmüş  şəkildə  1880-ci  ildən  başla-
yaraq,  Türkiyənin  ermənilər  yaşayan  vilayətlərində  qi-
yamlar,  qanlı  ixtişaşlar  baş  verir.  Qiyamlar  təsadüfi  ol-
mayan  ardıcıllıqla  baş  verirdi.  Sistemli  sürətdə  iğtişaşlar 
yaranır  və  asayişi  bərpa  etmək  üçün  onları  yatırmaq 
cəhdləri dərin nifrət yaradırdı. 
Məlum  olduğu  kimi,  1880-1890-cı  illər  ərzində 
erməni  qiyamları  elə  də  kütləvi  hal  almasa  da  1890-cı  il 
iyun  ayının  20-də  baş  vermiş  Ərzurum  olayından  sonra 
ixtişaşlar  kütləvi  hal  almağa  başladı  (19,  48).  Nəzərə 
almaq lazımdır ki, Ərzurum ərazisi Şərqi Anadoluda ya-
şayan  ermənilərin  ən  çox  təşkilatlandığı  yerlərdən  biri 
idi.  Bu  ərazidə  qiyamların  təşkil  edilməsi  qərarı 
İstanbulun  Yedikulədə  yerləşən  erməni  xəstəxanasında 
müəyyənləşdirilmiş  və  tərtib  edilmiş  plan  dərhal  Ər-
zuruma  göndərilmişdir.  Qiyama  erməni  Gerekçiyan  və 
Poqos rəhbərlik edirdilər. 
Osmanlı hökumətinə, eyni zamanda Ərzurum valisi 
Semih  Paşaya  Rusiyadan  gətirilən  silah-sursatın  Ər-
zurumda  yerləşən  Sanasaryan  Ruhban  məktəbində  və 
kilsədə  gizlədildiyi  xəbəri  verildikdən  sonra  hökumət 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə