CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə27/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
85 
etməli  idilər.  Həmçinin  hazırlıq  planına  uyğun  olaraq 
burada  hərbi  hazırlıq  işləri  tam  başa  çatdırılmış,  hərbi 
birləşmələr  döyüş  hazırlığı  vəziyyətinə  gətirilmişdi. 
Məqsəd  müharibəni  qalibiyyətlə  başa  vurduqdan  dərhal 
sonra  Şərqi  Anadolunun  “Vilayəti-Sittə”  deyilən  bölgəsi 
ilə  yanaşı  Qafqaz  regionu  da  daxil  olmaqla  adı  çəkilən 
zonada  müstəqil  erməni  dövlətinin  yaradılmasını 
reallaşdırmaq  idi.  Bunun  üçün  ermənilər  yorulmadan 
gecə-gündüz  çalışaraq  bu  dövləti  yaradılması  uğrunda 
mühüm  tədbirlər  planı  işləyib  hazırladılar.  Məhz  belə 
qəbildən  olan  tədbirlərdən  biri  də  birinci  dünya 
müharibəsi  ərəfəsində,  daha  dəqiq  desək,  1914-cü  ilin 
əvvəlində Eçmiədzin  Katalikosu  V Gevorqun Tiflisə gə-
lərək çar tərəfindən qəbul edilməsi hadisəsi oldu. Katali-
kosun çarla apadığı gizli danışıqlarda əsasən ermənilərin 
qurtuluşunun  Osmanlı  dövlətindən  ayrılaraq  Rusiyanın 
himayəsi altında müstəqil Ermənistan dövlətinin yaradıl-
ması  ilə  mümkün  ola  biləcəyini  görmək  mümkündür 
(108, 186).
    
I Dünya müharibəsi başlayan kimi, 3 avqust 1914-cü 
ildə Osmanlı imperiyası ərazisində səfərbərlik elan edildi. 
Səfərbərlik  elan  etməklə  Osmanlı  hökumətinin  əsas 
məqsədlərini  türk  tarixçisi  Zafer  Özkan  bu  şəkildə 
dəyərləndirərək yazır: “Səfərbərlik elan etməklə Osmanlı 
hökumətinin  əsas  məqsədi  bir  dövlətin  düşmən  dövlətə 
qarşı  bütün  imkanlarını  səfərbər  edəcək  sürətlə  hərbə 
hazırlıq  görməsidir.  Ölkəni  müharibəyə  hazır  vəziyyətə 
gətirmək  üçün  əsgərlik  yaşına  çatmış  bütün  vətən-
daşların  hərbi  xidmətə  cəlb  edilməsi,  sərhədyanı  əra-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
86 
zilərin  təzlükəsizliyinin  təmin  edilməsi,  yeni  hərbi 
planların  hazırlanaraq  yerinə  yetirilməsi»  və  s.  nəzərdə 
tuturdu (128, 119).  
Birinci  Dünya  müharibəsinə  girməmişdən  öncə 
erməni  siyasi  təşkilatlarının  (İstanbul  Patriarxlığı, 
Daşnaqsütyun partiyası, Qnçaq təşkilatı və s.) fəal üzvləri 
İstanbulda  toplanaraq  gələcək  siyasi  məsələləri  bir  daha 
gözdən keçirdilər. Toplantının yekununda iki qərar qəbul 
edildi.  Birinci  qərara  görə  “Osmanlı  dövlətini  şübhələn-
dirməmək,  həmçinin  müharibəyə  girdiyi  halda  erməni 
xalqını  Osmanlı  dövlətinə  sadiq  qalaraq  hökumətin 
çıxardığı qərarlara biganə qalmamağı nəzərdə tuturdusa, 
ikinci qərar sırf gizli xarakter daşıyırdı. Bu qərar Osmanlı 
hökumət  nümayəndələrindən  gizli  saxlanılsa  da  əslində 
təlimat  şəklində  bütün  erməni  komitələrinə  paylanıl-
mışdı. Burada ermənilərin Osmanlı dövlətinə xəyanəti və 
eyni  zamanda  ruslara  yardım  etmələri  tələb  olunurdu 
(119, 26)”. 
Rusiya  ilə  Osmanlı  dövləti  arasında  baş  vermiş 
müharibə  yeni  bir  mərhələyə  keçməklə  artıq  Qafqaz 
ərazisi 
hərbi 
plasdarma 
çevrilmiş 
oldu. 
Hərbi 
əməliyytalar bu və ya digər tərəfin üstünlüyü ilə keçirdi. 
Səfərbərlik elan edildikdən sonra Türkiyənin quru qoşun-
larının  sayı  800  min  nəfərə  çatdırıldı.  Eyni  vaxtda  müx-
təlif  istiqamətlərdən  imperiyanın  şərq  və  cənub-şərq 
sərhədlərinə  imperialist  dövlətlərin  qoşun  yeritməsi 
Osmanlı  hökumətini  ciddi  narahat  edirdi.  Hökumət  qısa 
zamanda bölgələrin təhlükəsizliyini təmin etməkdən ötrü 
ordunu  müxtəlif  istiqamətlərdə–Mesopotamiya  istiqa-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
87 
mətində I, II, V Ordunu, Suriya və Fələstin istiqamətində 
IV Ordunu və nəhayət, Qafqaz istiqamətində III Ordunu 
hərəkətə  gətirdi.  Türk  ordusuna  komandanlığı  hərbi 
nazir  Ənvər  Paşa  həyata  keçirirdi.  Qeyd  etmək  lazımdır 
ki,  türk  ordusu  Almaniya  ordusunun  təlimatçıları 
tərəfindən  müasir  silahlarla  silahlandırılmış,  eyni 
zamanda dövrün tələblərinə uyğun olaraq hərbi biliklərlə 
maarifləndirilmişdilər.  Türkiyə  ordusunun  baş  ştabına 
general Bronzart Fon Şellendorf rəhbərlik edirdi (4, I cild, 
221).
 
Rus  ordusunun  Qafqazdakı  hissələrinə  isə  Qafqaz 
canişini  I.I.Vorontsov-Daşkov  və  onun  müavini  general 
A.Z.Mislaevski  başçılıq  edirdi.  Rus  ordusunun  Qafqaz 
cəbhəsində  olan  sayı  170  min  nəfər,  döyüş  parkı  isə  350 
topdan ibarət idi (4, I cild, 221-222). 
Qeyd  edək  ki,  720  km  uzunluğu  olan  Qafqaz 
cəbhəsində  200  minlik  rus  ordusu  və  tərkibində  4 
drujinada  birləşən  10  minlik  erməni  silahlı  dəstələri  mü-
haribəyə  ciddi  hazırlaşmışdı.  Noyabr  ayının  1-də  Rusiya 
Qafqazda  Türkiyəyə  qarşı  müharibə  elan  etmiş,  bir  gün 
sonra  3  istiqamətdə  –  Oltu,  Sarıqamış  və  Qazığman 
istiqamətində  hücuma  keçmişdi.  Türk  qoşunları  isə  öz 
qüvvələrini Ərzurum istiqamətində cəmləşdirmişdi. Belə 
ki,  general  Baratovun  komandanlığı  altında  erməni-rus 
qoşunları  ilk  olaraq  1914-cü  ilin  noyabrın  6-da  strateji 
məntəqə  olan  Ərzurum  istiqamətindən  hücuma  keçdi. 
Ertəsi gün rus ordusu artıq Kempisanın 50 kilometrliyinə 
çatmışdı.  Türk  silahlı  qüvvələri  rus  ordusunun  ildırım 
sürətli  hücumları  qarşısında  çoxlu  sayda  itki  verdikdən 
sonra  geri  çəkilmək  məcburiyyətində  qaldı.  Hökumət 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə