CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə35/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
110 
arxiv  materiallarından  aldığımız  məlumatlara  görə  III 
Orduya ərzaq daşıyan 600 arabadan 510-nun ermənilərin 
daşınması üçün  istifadəyə verilməsi də qeydə alınmışdır 
(34,  61).  Bununla  yanaşı  əhalinin  Dəclə  çayından  keçiril-
məsi üçün çoxlu sayda qayıqlardan da istifadə edilmişdir. 
Ümumiyyətlə,  1915-ci  ilin  may  ayının  sonlarından 
başlayaraq,  1916-cı  ilin  16  fevralınadək  davam  etmiş  və 
ümumilikdə  9  ay  müddəti  ərzində  hökumət  erməni 
köçkünlərinin  işini  asanlaşdırmaq  üçün  istənilən  vasitə-
lərə  əl  atmışdır.  Bütün  təhlükəsizlik  tədbirlərinin  görül-
məsi ilə yanaşı, eyni zamanda ərzaq, geyim və nəqliyyat 
vasitələri  ilə  təmin  olunma  sahəsində  Valiliklər  İskanı-
Aşair  və  Mühacirin  müdiriyyəti  ilə  birgə  fəaliyyət 
göstərirdilər.  Büdcədən  1915-ci  il  köçürülmələri  üçün 
Konyaya  400  min,  İzmitə  150  min,  Əskişəhərə  200  min, 
Adanaya  300  min,  Hələbə  300  min,  Mosula  500  min  lari 
olmaqla,  cəmi  2.250.000  lari  vəsait  ayrılmışdır  (126,  66-
67). Türk tarixçisi Kamuran Gürün isə növbəti illərdə bu 
vəsaitin  xeyli  artırıldığı  barədə  yazır:  “Bəhs  olunan 
dövrdə  702.900  nəfərə  qədər  əhalinin  köçürülməsi  üçün 
ilkin olaraq  25 milyon lari xərclənmişdir. Müəllif 1916-cı 
ilin  oktyabr  ayının  sonuna  qədər  86  mln.  lari 
xərcləndiyini  qeyd  etməklə  ilin  sonuna  qədər,  bu 
məbləğin 150 mln. lariyə çatdığını qeyd etmişdir (98, 223). 
Gündəlik  məsələlər  üçün  hansı  miqdarda  vəsaitin  ayrıl-
ması  barəsində  məlumatlara  da  arxiv  materiallarından 
rast  gəlmək  mümkündür.  Burada  ermənilərlə  yanaşı, 
yunanlara  da  eyni  məbləğdə,  yəni  böyüklər  üçün  3  lari, 
kiçiklər üçün 60 para məbləğində vəsaitin ayrıldığı qeyd 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
111 
edilirdi.  Bununla  yanaşı  hökumət  daha  bir  humanist 
addım  ataraq  köçürülən  ermənilərin  vergi  borlarını  da 
ləğv  etmişdi.  Təkcə  bünü  nəzərə  alsaq  bəhs  olunan 
dövrdə  büdcəyə külli  miqdarda  ziyan  dəydiyini  görmək 
mümkündür.  Dəymiş  ziyanı  nəzərə  almasaq,  köçürülmə 
ən qısa zamanda başa çatdırılmış və 9 ay ərzində 702. 900 
nəfərə  qədər  qeyri-türk  millətinin  yeri  dəyişdirilmiş, 
ümumilikdə  plan  müvəffəqiyyətlə  yerinə  yetirilmişdir. 
Köçürülmə zamanı meydana gələn xırda-para nöqsanları 
nəzərə  almasaq,  ümumilikdə  hökumət  bu  işin  öhdə-
sindən layiqincə və çox ustalıqla  gələ bilmişdir. Bunu bir 
sıra  Avropa  və  Amrekalı  müəlliflərin  əsərlərindən  də 
açıq-aydın  görmək  mümkündür.  Bu  haqda  Osmanlı  III 
Ordusunun  komandanı  olmuş  Feliks  Güsenin  fikirləri 
olduqca  maraqlıdır.  O,  yazırdı:  “Məcburi  köçürülmə  za-
manı  əlbəttə  ermənilər  bir  çox  təzyiqlərlə  qarşılaşmışlar. 
Ancaq  Osmanlı  hökuməti  köçürülmə  zamanı  gözlənilən 
təhlükələrə  qarşı  qabaqlayıcı  tədbirlər  planı  işləyib 
hazırlamışdı. Şübhə yoxdur ki, həyata keçirilən tədbirlərə 
baxmayaraq, bir çox insan  istənilmədən belə köç zamanı 
tələf olmuşdur. Fəqət bu gün Qərb mətbuatı ermənilərin 
şikayəti  əsasında  ermənilərin  guya  1915-ci  il  hadisələri 
zamanı  kütləvi  qırğına  məruz  qaldığı  haqqında 
məlumatlar  yaymaqdadır.  Bütün  bu  yalanlara  inanmaq 
və  doğruluğunu  qəbul  etmək  çox  yanlış  bir  addımdır 
(121,  57)”.  Əlbəttə  müharibənin  törətdiyi  fəsadlar,  eyni 
zamanda  həmin  dövrdə  Rusiya  ərazisindən  bir  milyona 
yaxın türkün Türkiyə ərazisinə qovulması, Şərqi Anadolu 
bölgəsinin  nəzarətdən  çıxması  ilə  yanaşı  hökumətin 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
112 
köçürülmə  işini  qısa  zamanda  başa  çatdırmaq  istəyi 
nəticədə  çoxlu  sayda  itkilərin  verilməsi  ilə  nəticələnmiş-
dir.  Həmin  dövrdə  aclıq  və  xəstəlik  üzündən  25-30  min 
nəfərə qədər erməni də tələf olmuşdur(126, 78)”.  
Hökumət  cinayətkar  dəstələrin  cəzalandırılması 
üçün  Məhkəmə  İstintaq  bölməsinin  yaradılması  barədə 
qərar  qəbul  etdi.  Müxtəlif  qruplardan  təşkil  olunmuş 
komissiyaya Asmi bəyin rəhbərliyi altında I heyət Adana, 
Hələb,  Suriya,  Urfa,  Zor  və  Maraş  bölgələrinə;  Hulusi 
bəyin  rəhbərliyi  altında  yaradılmış  II  heyyət  Huda-
vendigar,  Ankara,  İzmit,  Karesi,  Kütahya,  Əskişəhər, 
Kayseri,  Qarahisarı-Sahib  və  Niğdə  bölgələrinə;  Bitlisin 
keçmiş valisi Mazhar bəyin rəhbərliyi altında yaradılmış 
III  heyət  isə  Sivas,  Trabzon,  Ərzurum,  Mamuratülaziz 
(Elazığ),  Diyarbəkir,  Bitlis,  Canik  bölgələrinə  göndəril-
dilər  (43,  36).  Hökumətin  heyətlərə  verdiyi  təlimatların 
nələrdən  ibarət  olduğu  barəsində  Y.Halaçoğlu  yazır: 
“Heyətlərə verilən tədlimatlara görə jandarma, polis, mə-
mur  və  digər  vəzifəli  şəxslər  barəsində  aparılan  istintaq 
zamanı ortaya çıxan oxşarlıqlar qeydə alınmalı və bütün 
sənədlər  Divani-Hərbə  göndərilməlidir.  Divani-Hərbə 
göndərilən  sənədlərdən  bir  nüsxəsi  də  DİN-ə  göndəril-
məlidir.  Vali  və  kaymakamlar  barəsində  aparılan  təhqi-
qatın  materiallarında  cinayət  motivli  əməllər  sübuta  ye-
tirilərsə  bu  barədə  raport  hazırlanaraq  çıxarılmış  məh-
kəmə  qərarı  ilə  cəzalandırılmalı  idilər.  Divani-Hərbdə 
çalışan  məmurlar  arasında  da  hər  hansı  bir  xoşagəlməz 
hadisə  baş  verərdisə  bu  zaman  aidiyyatı  qurumlara  bu 
barədə məlumat verilməli idi (126, 81). 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə