Qondarma erməni soyqırımı faktların dili ilə
113
Məhkəmə İstintaq Orqanlarının hazırladığı raportlar
da xüsusilə vəzifəsindən sui-istifadə edərək erməni
köçkünlərindən pul və qiymətli zinət əşyalarının top-
lanması, təhlükəsizlik tədbirlərinə vaxtında əməl edil-
məməsi nəticəsində silahlı birləşmələrin davamlı hücum-
ları, köçürülmə əmrinə qarşı ciddi şəkildə mübarizə
aparan, bu və ya digər arzuolunmaz hadisələrdə birbaşa
əli olan şəxslərin tutduqları vəzifələrdən azad edilməsi
barədə faktlar yer almaqda idi.
Məlum olduğu kimi, 1915-ci ilin may ayında höku-
mətin ermənilərin imperiyanın cənub ərazilərinə köçürül-
məsi ilə bağlı qəbul etdiyi qərar bütün ermənilərə şamil
edilmədi. Bu barədə Eriq Fayql yazır: “Köçürülmə qərarı
bütün ermənilərə şamil edilmədi. Köçürülmənin ilk ay-
larında bəzi bölgələrdə (Urfa, Germiş, Biləcik, Ərzurum,
Aydın, Trabzon, Ədirnə, Canik, Adabazarı, Hələb, Bolu,
Kastamonu, Temirdağ, Konya və Qarahisarı-Sahib) ya-
şayan ermənilərin bir hissəsi köçürülmədən kənarda qal-
mışdır. Fəqət daha sonra bunların da müxtəlif olaylarla
qarşılaşmaları səbəbi ilə böyük bir hissəsi köçürüldü (130,
82)”. Ümumiyyətlə, bəhs olunan dövrdə köçürülmə
qərarının kimsəsiz uşaqlara, sənətkar və tacirlərə, dövlət
işlərində çalışan məmurlara və dini məzhəbindən asılı
olmayaraq katolik və protestant ermənilərə şamil edilmə-
məsi bir daha türk hökumətinin humanizmindən xəbər
verirdi. Bununla əlaqədar, hökumət 30 aprel 1916-cı ildə
qərar qəbul etdi. Dörd maddədən ibarət qərarda aşağı-
dakı məsələlərə toxunulurdu:
Qondarma erməni soyqırımı faktların dili ilə
114
a) ailə başçısını itirmiş və ya köçürülmüş, həmçinin
ailə üzvlərindən hərbi xidmətdə olan kimsəsiz ermə-
nilərin erməni və əcnəbi yaşamayan kənd və qəsəbələrdə
yerləşdirilərək iaşə xərclərinin dövlət tərəfindən tənzim-
lənməsi;
b) 12 yaşına çatmış uşaqların bölgələrdəki uşaq
evlərinə verilməsi və yerdə qalanların varlı müsəlman
ailələrinə verilərək böyüdülməsi;
c) maddi baxımdan elədə imkanı olmayan mü-
səlman ailələrinə verilmiş erməni uşaqlarının iaşə xər-
clərinin tənzimlənməsi üçün Mühacirin Təhsisatından
gündəlik 30 lari ödənilməsi;
d) Gənc və dul qadınların arzu və istəkləri ilə
müsəlman kişilərlə ailə qurmalırına icazə verilməsi (45,
201).
İlk ncə kimsəsiz uşaqların köçürülməməsi ilə bağlı
hökumət xüsusi olaraq tədbirlər planı işləyib hazırladı.
Burada əsasən kimsəsiz uşaqların yerləşdirilməsi üçün
yeni inzibati binaların ayrılması və nə qədər uşağın
burada yerləşdirilməsi məsələləri qeyd edilirdi. Bu ba-
rədə 26 iyun 1915-ci ildə Maarif Nazirliyindən Diyar-
bəkir, Adana, Trabzon, Sivas, Bitlis, Van və digər
vilayətlərə göndərilən teleqrafda da kimsəsiz uşaqların
uşaq evlərinə yerləşdirilməsi üçün yeni bina ayrılması
məsələsi qeyd edilirdi.
Hökumət kimsəsiz erməni uşaqları ilə yanaşı dövlət
işlərində çalışan bəzi erməni məmurlarına da toxun-
mamışdı. Bunlardan İstanbul xəstəxanasının fotoqrafı
Papazyanı, keçmiş deputat Aqop Boyacıyan, Adana
Qondarma erməni soyqırımı faktların dili ilə
115
Osmanlı bankının işçilərindən Edvard Simkiyanı, Manok
Sarrafyanı və Aqop Çağayanı ilə Serkis Kikiyanı qeyd
etmək olar. 15 mart 1916-cı ildə DİN-dən bəzi vilayət və
mutassarrıflıqlara göndərilən teleqrafda bundan sonra
idarə və müəssisələrdə çalışan və erməni komitəçiləri ilə
heç bir əlaqəsi olmadığı müəyyənləşdirilən şəxslərin
(əsgər, zabit və səhiyyə sistemində çalışanlar, millət
vəkilləri və onların ailə üzvləri) köçürülmədən kənarda
qaldıqları qeyd edilirdi.
Qeyd edək ki, köçürülmə qərarına əlavə olaraq 30
may tarixində hazırlanan təlimatnamədə katolik və
protestant ermənilərin də köçürüləcəyindən məyus olan
Alman və Amerika səfirliklərinin təzyiqləri nəticəsində
onların köçürülməsi arxa plana keçdi. Katolik və
protestant ermənilərlə yanaşı qriqoryan ermənilərə də
toxunulmamışdı. Bununla bağlı DİN-dən Ərzurum vila-
yətinə 17 iyun 1915-ci ildə, həmçinin 4 avqust 1915-ci ildə
Adana, Ankara, Bitlis, Hələb, Diyarbəkir, Sivas, Trabzon,
Elazığ, Van Vilayətləri ilə yanaşı, Urfa, Canik, Maraş
mütasarrıflıqlara göndərilən teleqrafda adı çəkilən 13
vilayətdə yaşayan ermənilərin köçürülməsi barədə
məlumat yer almaqdadır. Katolik ermənilərin köçürül-
məsinin qarşısının alınmasından 11 gün sonra protestant
ermənilərin də köçürülməməsi haqqında qanun qəbul
edildi. Bununla da protestant ermənilərin köçürülməsinin
qarşısı alınmış oldu. Görkəmli ABŞ tarixçisi Jastin Mak-
kartinin hesablamalarına görə 1922-ci ildə Türkiyə Cüm-
huriyyətində təxminən 140 min erməninin qaldığını
bildirmişdir. 1927-ci ildə Türkiyədə əhalinin ilk siyahıya
Dostları ilə paylaş: |