CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə38/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
120 
əldə edildi. İlk belə razılaşma 1915-ci ilin əvvəlində İstan-
bulda  təşkil  olunmuş  toplantıda  qərara  alındı.  Nəticədə, 
Çar  Rusiyası  Kilikiya  bölgəsinin  Fransaya  verilməsinə 
razılıq  verməklə  yanaşı,  həmçinin  Fransa  da  öz  növ-
bəsində  Şərqi  Anadolu  bölgəsində  Rusiyanın  mövqeyini 
tanımış  oldu.  Bundan  sonra  müttəfiq  dövlətlər  İtaliyanı 
da  ittifaqlarına  cəlb  edərək  26  aprel  1915-ci  ildə  im-
zaladıqları  London  müqaviləsi  ilə  İtaliyaya  Osmanlı 
İmperiyasına  məxsus  ərazilərdən  pay  verəcəklərini  vəd 
etdilər.
 
Osmanlı imperiyasının şərq əraziləri çar Rusiyası 
tərəfindən  işğal  edildiyindən  İtaliyaya  Antaliya  ərazisi 
təklif  edildi.  Lakin  İtaliya  Antaliya  ərazisi  ilə  yanaşı 
Aydın vilayətini də tələb etdikdə Rusiyanın narazılığı ilə 
qarşılaşdı. Yaranmış gərginliyin aradan qaldırılması üçün 
Rusiya Aydın vilayətinin Yunanıstana verilməsi təklifi ilə 
çıxış  etdi.  İtaliya  isə  bu  təklifə  rəsmi  narazılığını  bildir-
mədi.  Bununla  da  hər  iki  dövlət  arasında  münasibətlər 
isti  məcraya  yönəldi.  Lakin  dövlətlər  arasındakı  müna-
sibətlərdə  bir  sıra  problemlər  hələ  də  qalmaqda  idi.  Belə 
ki,  imperiyanın  bölüşdürülməsi  ilə  bağlı  danışıqlır  Fran-
sanın Beyrutdakı konsulu Jorj Piko, İngiltərənin Şərq üzrə 
eksperti  Mark  Saysk  və  Rusiyanın  Xarici  İşlər  Naziri 
Sazanov  tərəfindən  aparıldığından  bu  müqavilə  tarixşü-
naslığa  Saysk-Piko  müqaviləsi  kimi  daxil  oldu  (19,    53). 
1915-ci  il  mart  ayının  12-də  baş  tutmuş  birinci  görüşdə 
İstanbulun  və  Qara  Dəniz  boğazlarının  Rusiyaya  veril-
məsi məsələsi barəsində fikir mübadiləsi aparıldı. 1916-cı 
ilin yanvarın 3-də təşkil olunmuş növləti görüşdə müza-
kirə  edilmiş  məsələlər  barəsində  tarixçi  Kamuran  Gürün 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
121 
yazır:  “Rusiya  İngiltərə ilə Fransa arasındakı anlaşmanı 
qəbul  edir,  özu  də  Ərzurum,  Trabzon,  Van  və  Bitlis 
vilayətlərini,  Trabzonun  şərqində,  Qara  dənizin  sahil-
lərində  seçilərək  bir  məntəqəyə  qədər  olan  əraziləri  alır. 
Ayrıca Muş, Siirt, Dəclə vadisi Rusiyaya verilir, Rusiyada 
buna  qarşılıq  olaraq  Aladağ  və  Kayseri,  Ulduzdağ  və 
Zara,  Egin,  Harput  arasındakı  yerlərin  Fransaya 
məxsusluğunu  qəbul  edirdi  (98,  230).  Tarixçi  Bəxtiyar 
Nəcəfov “Düşmənin üç üzü” adlı əsərində isə Saysk-Piko 
müqaviləsinin  Osmanlı  imperiyasına  vurduğu  zərərlər 
barəsində yazır: “Mahiyyət baxımından Saysk-Piko sazişi 
Türkiyənin  parçalanmasına  olan  açıq-aşkar  yırtıcı  im-
perialist sənəddən başqa bir şey deyildi(4,
 
II cild, 6)”. 
1916-cı  ilin  aprelin  26-da  Osmanlı  imperiyasının 
mühüm  strateji  bölgəsi  olan  Şərqi  Anadolu  bölgəsinin 
Fransa  ilə  Rusiya  arasında  bölüşdürülməsi  üçün  danı-
şıqlar  prosesi  davam  etdirildi.  Nəticədə,  hər  iki  ölkə  ye-
kunda  ümumi  razılığa  gələ  bildi.  Belə  ki,  hər  iki  ölkə 
Ərzurum,  Trabzon,  Van,  Bitlis,  Muş,  Siirt,  Kayseri  ərazi-
lərinin bölünməsi barədə razılığa gəldilər. 
Artıq  1916-cı  ilin  sonlarında  hərbi  əməliyyatlar 
bütün cəbhələrdə nisbətən səngiməyə başladı. Bu barədə 
Bəxtiyar Nəcəfov yazır: “1916-cı  ilin axırlarında vəziyyət 
bütün  cəbhələrdə  nisbətən  sabitləşdi:  müharibə  mövqe 
xarakteri daşımağa başladı. Səngər xətləri Avropanı kəsib 
doğradı  və  səbatsız  müvazinətdə  dayanıb  qaldı.  Cənubi 
Qafqaz  cəbhəsində  də  vəziyyət  belə  idi.  Burada  quru 
qoşunları  bir  sıra  uğurlu  hücum  əməliyyatlardan  sonra 
Trabzon-Ərzincan-Ognot-Muş-Bitlis  xəttindən  qərbdə, 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
122 
cənub-qərbdə mövqe tutdular və bundan irəli getmədilər 
(4,  II  cild,  5-6)“.  Artıq  uzun  sürən  hərbi  əməliyyatlardan 
yorulmuş  rus  əsgərləri  Şərqi  Anadolu  torpaqlarını  tərk 
etmək  məcburiyyətində  qalmışdı.  Belə  olan  halda  rus 
ordusunda  qarışıqlıq  və  pozuculuq  halları  durmadan 
artmağa  başladı.  Ordunun  nəzarətdən  çıxmasından 
yararlanan erməni-rus əsgərləri dinc müsəlman əhalisinə 
amansız işgəncələr verməklə öz mənfur missiyalarını da-
vam etdirməkdə idilər. Bu barədə Bəxtiyar Nəcəfov yazır: 
“İndi  onların  törətdikləri  vəhşiliklər  cəzasız  qalırdı.  Rus 
zabitlərinin olmaması onların əl-qolunu açmışdı (4, II  7). 
Bununla  əlaqədar  Vehib  Paşa  general  Odişelidzeyə  və 
Prjevalskiyə şikayətlə müraciət etdi. Müraciətdə bildirildi 
ki,  ermənilər  ələ  keçirdikləri  ərazilərdə  dinc  türk  əhali-
sinə vəhşicəsinə divan tutur, hətta onları yandırırdılar (4, 
II cild, 8-9)“. 
1916-cı ilin noyabr-dekabr aylarında rus ordusunun 
həyata  keçirdiyi  hücum  əməliyyatları  uğursuzluqla 
nəticələndi.  Sərt  iqlim  şəraitinə  malik  Anadolu  ərazi-
lərində hərbi əməliyyatların aparılmasının çətinliyi, yoru-
cu  müharibə,  iqtisadi  böhran  nəticəsində  rus  ordusu  bir 
sıra  problemlərlə  qarşılaşmışdı.  Belə  olan  halda    işğal 
edilmiş  türk  torpaqlarının  azad  edilməsi  üçün  əlverişli 
məqam  yetişmişdi.  Lakin  Türkiyənin  ali  baş  komandanı 
Fariq  Vehib  Paşa  hücum  üçün  əlverişli  məqamdan  isti-
fadə  etmədi,  əksinə  hərbi  nazir  Ənvər  Paşanın  adından 
gürcü  komandanı  general  Odişelidzeyə  ədalətli  sülh 
konfransında  iştirak  etmək  üçün  danışıqlara  başlamağı 
təklif  etdi(29,  35).  Sülh  istəklərinin  getdikcə  artmasına 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə