CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə43/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
136 
A.Toynbinin,  C.Lepsiusun,  Ternonun  və  digərlərinin 
cəfəngiyatla  dolu  fikirlərini  müzakirə  edək.  İlk  öncə 
ingilis  mənşəli  A.Toynbinin  yazdığı  684  səhifəlik  “Mavi 
kitab”ında  göstərilən  “fakt”lara  toxunaq.  Qeyd  edək  ki, 
bu  kitabın  özünəməxsus  ən  böyük  xüsusiyyəti  ilk  dəfə 
olaraq  burada  ermənilərin  “soyqırım”a  məruz  qaldıqları 
haqda  saxta  məlumatların  yer  almasıdır.  A.Toynbi 
burada  türk  hökumətinin  ermənilərə  olan  isti  mü-
nasibətindən  söz  açır  və  bu  haqda  yazır:  “Türklər  er-
mənilərə yuxarıdan aşağı baxır, onları 3-cü dərəcəli irqin 
nümayəndələri  olduğunu  bildirirdi(23,  54-55)”.  Müəllif 
əsərdə  erməni  xislətini  əsas  tutaraq  türklər  haqqında 
xoşagəlməz fikirlərə üstünlük verərək yazır: “Türk-qəfəsə 
salınması  vacib  olan  vəhşi  bir  heyvandır(30,  55)”. 
A.Toynbinin  türklərə  yönələn  bu  təhqiramiz  fikirlərinə 
elə  öz  həmyerlisi  mənşəcə  ingilis  D.Conson  layiqincə 
cavab  vermiş  və  onun  fikirlərini  başdan-başa  alt-üst 
etmişdi.  D.Conson  yazır:  “A.Toynbinin  fikirlərinin  tam 
əksinə olaraq silahlı erməni dəstələri ölkədə 1915-ci ildən 
başlayaraq iş başında oldular, Van şəhərini ələ keçirdilər, 
şəhəri  rus  qoşunlarına  təslim  etdilər  və  əhalini  (türk 
əhalisini  –  T.C)  vəhşicəsinə  qətlə  yetirdilər(115,  79).  Biz 
burada  iki  ingilis  müəllifinin  bir-birinə  zidd  fikirləri  ilə 
tanış  olduq.  D.Conson  arxiv  materiallarına  əsaslanaraq 
A.Toynbinin  cəfəngiyyatla  dolu  fikirlərinin  heç  bir  tarixi 
məntiqə  əsaslanmadığını  qeyd  edir.  Müəllif  əsərdə 
ermənilərin  əvvəlcə  600  min  nəfərin  “qətlə  yetirildiyini” 
qeyd  edir  və  sonralar  bu  rəqəmin  1,5-2  milyon  arasında 
olduğunu  bildirir.  Yuxarıda  qeyd  olunduğu  kimi  əsər 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
137 
erməni  lobbisinin  şirnikləndirici  vədləri  əsasında  yazılsa 
da  bu  günün  özündə  də  heç  bir  dəyərə  layiq  görül-
məmişdir. 
A.Toynbi  ilə  yanaşı  qondarma  “erməni  soyqırımı” 
haqqında 1920-ci illərdə əsər yazmış müəlliflərdən biri də 
Ternondur.  Onun  “Cinayətkar  sükut”  adlı  əsərində  də 
“Mavi  kitab”da  göstərilən  uydurulmuş  fantastik  rəqəm-
lər  olduğu  kimi  göstərilmişdir.  Müəllif  A.Toynbinin 
“Mavi  Kitab”ındakı  rəqəmləri  eyni  ilə  öz  əsərində  qeyd 
edir və bunu utanmadan “əsrin ilk genosidi” kimi qələmə 
verir.  Şübhəsiz  biz  burada  da  erməni  mövqeyini  əsas 
tutan  fikirlərə  rast  gəldik.  XX  əsrin  20-ci  illərində 
Avropada bu formatda meydana gələn əsərlərin işıq üzü 
görməsi  üçün  ayrılan  vəsait  hesabına  milyonlarla  tirajda 
çap  edildi  və  tez  bir  zamanda  yayılmağa  başlandı. 
Ermənilər  haqqında  yazdığı  kitabları  ilə  Qərb  Avropa 
ölkələrində  böyük  səs-küyə  səbəb  olmuş  və  “böyük 
uğurlara”  imza  atmış  erməni  lobbisinin  fəal  üzvlərindən 
biri  də  alman  mənşəli  Cohannes  Lepsiusdur.  Xatırladaq 
ki,  alman-erməni  cəmiyyətinin  fəal  üzvü  olan  C.Lepsius 
qərb və ən əsası alman ictimaiyyətində “soyqırımı” iddia-
larının  ən  fəal  təbliğatçısı  kimi  tanınmışdır.  Onun  bir-
birinin ardınca Türkiyə əleyhinə yazdığı əsərlərdə başlıca 
olaraq türk hökuməti ittiham edilir. İlk öncə onun 1897-ci 
ildə Berlində çapdan çıxmış “Ermənistan və Avropa” adlı 
əsəri  haqqında  məlumat  verək.  5  fəsildən  ibarət  olan 
əsərdə  ön  sözdən  başlayaraq  “türk  vəhşiliyi”,  “türk 
vandalizmi”  qabarıq  şəkildə  Avropa  ictimaiyyətinə  sırı-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
138 
nır, başqa sözlə türk milləti dünya icitmaiyyətinə düşmən 
obrazında təqdim olunurdu. 
Beləliklə, XX əsrin 20-30-cu illərindən başlayaraq er-
məni  diasporu  və  lobbisinin  Türkiyə  əleyhinə  Avropa 
ölkələri ilə bir ittifaqda apardığı kompaniya paralel şəkil-
də  getmiş  və  “soyuq  müharibə”nin  başlanması  ilə  yeni 
bir mərhələyə qədəm qoymuşdur. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
139 
 
3.2. Qərb dövlətlərinin parlamentlərində 
qondarma “erməni soyqırımı”nın tanıdılması cəhdləri  
 
XX  əsrin  20-30-cu  illərindən  etibarən  beynəlxalq 
aləmdə  bir-birinin  ardınca  baş  vermiş  cinayət  tərkibli 
hadisələrin  əsas  ideya  və  hərəkətverici  qüvvəsinə  çev-
rilmiş  erməni  lobbisinin  qarşısında  duran  əsas  vəzifə-
lərdən  biri  və  ya  ən  başlıcası  1915-ci  ildəki  olayların  uy-
durma  “erməni  soyqırımı”  kimi  qərb  dövlətlərində  və 
beynəlxalq  təşkilatlarda  tanıdılması  idi.  Şübhəsiz  dias-
porunun  bu  strateji  məqsədə  müvəffəq  olması  üçün 
qarşısındakı  bütün  maneələri  aşması  lazım  idi.  Çünki 
dünya  müharibəsi  illərində  qaynar  bölgələrdə  həyata 
keçirmiş  hərbi  əməliyyatların  bir  növ  şahidinə  çevrilmiş 
olan  avropalı  nümayəndələrə  uydurulmuş  “erməni  soy-
qırımı”  haqqında  yalan  informasiya  ötürmək  və  bunu 
beynəlxalq təşkilatların mötəbər tribunalarında müzakirə 
etmək  olduqca  mürəkkəb  və  ağır  idi.  Lakin  bütün  çətin-
liklərə  baxmayaraq,  erməni  lobbisi  bu  işə  ayırdığı  külli 
miqdarda  maliyyə  vəsaiti  hesabına  ilk  addımlarını  at-
mağa başladı. Eyni zamanda buna nail olmaq üçün bu və 
ya  digər  ölkədə  əhalinin  aparıcı  qüvvəsinə  çevrilmək  və 
bununla  da  ölkənin  siyasi  sferasına  istənilən  formada 
təsir etmək mexanizminə yiyələnmək lazım idi. Bunun nə 
dərəcədə erməni lobbisi tərəfindən mənimsənildiyini son-
rakı hadisələrin gedişatından müşahidə edəcəyik. 
Qeyd etmək lazımdır ki, I dünya müharibəsi illərin-
də  Osmanlı  təbəəsi  olan  ermənilərin  türk  ordusu  sıra-


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə