Qondarma erməni soyqırımı faktların dili ilə
144
tanda da minitq və nümayişlərə icazə verildi. Bəhs
olunan dövrdə erməni kompaniyasına əsil sahib çıxan
ölkə isə ABŞ və Avropadakı erməni diasporu olmuşdur.
Qeyd edək ki, 1965-ci ildən başlayaraq növbəti
illərdə də davam edən mitinq və nümayişlər Avropa
ölkələri ilə yanaşı Latın Amerikası ölkələrində də təşkil
edildi. Bu özünü ermənilərin toplu halında yaşadıqları ən
böyük Latın Amerikası ölkəsi olan Argentinada daha
qabarıq şəkildə biruzə verdi. Erməni diasporunun fəaliy-
yəti üçün hər cürə imkanlar yaradılan bu ölkədə 2 iyun
1968-ci ildə kütləvi mitinqlər və nümayişlərin keçiril-
məsinə icazə verildi. Mitinqlərə sadə xalq kütlələri ilə ya-
naşı ölkənin yüksək çinli məmurları da qatılmışdı.
Şübhəsiz, bu ölkələrdə təşkil olunmuş mitinqlərin əsas
təşkilatçı qüvvəsi SSRİ idi. SSRİ-nin bu kompaniyaya dəs-
tək verməsinin əsas təşəbbüskarı kommunist Qnçaq par-
tiyası idi. 1968-ci ildə Ermənistan SSR-də hazırlanan
Qnçaq partiyasının yeni proqramında xüsusilə 2 məsələ
diqqət mərkəzində saxlanılmışdı:
1. Tələblərimiz irqimizi qətlə yetirmiş Türkiyədəndir
(maddə 4 və 5)
2.
Ermənilərin
dünyadakı
təmsilçisi
Sovet
Ermənistanıdır (maddə 10 və 11) (112, 63).
Qeyd etmək lazımdır ki, ilk illərdə şəhər mərkəz-
lərində, küçə və meydanlarda keçirilən mitinq və nü-
mayişlər sonrakı illərdə türk səfirliklərinin önündə təşkil
olunmuşdur. Bunun ən bariz nümunəsi 24 aprel 1969-cu
ildə erməni disporunun Londondakı türk səfirliyi
önündə
keçirilən mitinqdir. Mitinq izdihamlı keçməklə yanaşı