Qondarma erməni soyqırımı faktların dili ilə
171
yılan haylar (ermənilər) çox keçmədən yerli əhali ilə dil
tapa bilmiş və bölgədə öz mövqelərini daha da möhkəm-
ləndirmişlər. Davamlı şəkildə qonşu ərazilərdən köçü-
rülərək Kiçik Asiya və Qafqazda yerləşdirilən ermənilər
çox keçmir ki, bu ərazilərin onlara məxsus olduğunu
iddia edir və silahlı quldur dəstələri vasitəsilə yerli dinc
əhalini qismən həmin ərazilərdən qovmağa müvəffəq
olurlar. Bu işdə onlara mane olacaq
elə bir ciddi qüvvənin
olmamasından istifadə edərək yerli əhaliyə qarşı etnik-
təmizləmə siyasəti aparırlar. I Dünya müharibəsindən
sonra Şərqi Anadolu əraziləri də daxil olmaqla ermənilər
böyük Ermənistan yaratmaq üçün əlverişli məqamın
yetişdiyini nəzərə alaraq böyük dövlətləri bu işdə fəal
olmağa çağırdılar. 1919-cu ildə ABŞ senatına senator
Lodginin təqdim etdiyi layihədə gələcəkdə yaranacaq
“Böyük Ermənistan”a aşağıdakı torpaqlar qatılmalı idi:
1. Türkiyədəki altı vilayətdən ibarət “Türkiyə
Ermənistanı”;
2. Qafqaz Ermənistanı;
3. İran Ermənistanı; (burda əsasən İran Azərbaycanı
nəzərdə tutulur)
Amerikada Erməni Milli İttifaqının “1919-cu ildə Er-
mənistan haqqında” adlı hazırladığı əsərdə yuxarıda
göstərilən layihə ilə bərabər “Böyük Ermənistan” xəritəsi
də hazırlanmışdır. Həmin xəritədə Böyük Ermənistana-
Ermənistan, Trabzon və Samsun da daxil olmaqla Gəncə
şəhəri yaxınlığından başlayaraq Kür çayı boyu ilə Xəzər
dənizinə qədər uzanan yerlərdəki Salyan, Muğan, Mil,
Qarabağ, Zəngəzur, Göycə qəzasının dağlıq hissəsi, Nax-