Qondarma erməni soyqırımı faktların dili ilə
149
miş ordunun geri çəkilməsini təmin etmək və erməni id-
dialarını təmənnasız yerinə yetirməkdən ibarət idi.
1991-2001-ci illərdə Ermənistan hökumətinin digər
ölkələrin qanunverici orqanlarında (Kanada, Argentina,
Uruqvay, İsveçrə, Norveç və s.) “erməni soyqırımı” ilə
bağlı qəbul etdirmiş olduğu qərarlar onun xristian bloku
ölkələri arasındakı mövqelərini daha da möhkəm-
ləndirmişdir.
Qondarma erməni soyqırımı faktların dili ilə
150
3.3. Qondarma “erməni soyqımı”nın beynəlxalq
aləmdə tanıdılmasında Ermənistan Respublikasının
fəaliyyəti (1991-2001)
II Dünya müharibəsinin başa çatmasından sonra
beynəlxalq münasibətlər sistemində yeni bir mərhələnin
əsası qoyuldu. “Soyuq müharibə” adlandırılan bu mər-
hələdə dünya dövlətləri iki cəbhədə, sosializm və kapi-
talizm düşərgəsində həm iqtisadi-mədəni həm də, siyasi
sahədə bir-birləri ilə gizli formada mübarizə aparırdılar.
Sosializm düşərgəsinin ən böyük dövləti olan SSRİ ilə
ABŞ arasında yaranmış gərginliyin tezliklə aradan
qaldırılması üçün hər iki ölkənin rəhbərləri M.Qor-
baçovla R.Reyqan arasında 1985-ci ilin noyabrında
Cenevrədə, 1986-cı ilin martında Reykyavikdə, 1987-ci
ilin dekabrında Vaşinqtonda zirvə görüşləri keçirildi.
1989-cu ilin 2-3 dekabrında SSRİ və ABŞ dövlət başçıları
M.Qorbaçovla C.Buş arasında baş tutmuş Malta görüşün-
dən sonra beynəlxalq münasibətlərdəki gərginlik tama-
milə zəiflədi. Bir-birinin ardınca keçirilən görüşlərə
baxmayaraq, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində
SSRİ daxilində mərkəzdənqaçma meyllərinin güclənməsi,
yenidənqurma, sürətli silahlanma, xarici təzyiqlər və
digər səbəblər nəticəsində ölkə tənəzzülə uğradı. SSRİ-
nin və dünya sosializm sisteminin dağılması ilə yer üzə-
rində bir-birinə zidd olan müxtəlif ictimai quruluşlara da
son qoyuldu. SSRİ və dünya sosializm sisteminin dağıl-
ması nəticəsində beynəlxalq səhnəyə yeni müstəqil
dövlətlər çıxdı. 1991-ci ildə Cənubi Qafqazda yeni
Qondarma erməni soyqırımı faktların dili ilə
151
müstəqil dövlətlər – Azərbaycan, Ermənistan və Gür-
cüstan da belə dövlətlər sırasında idi. 1991-ci ilin 21
sentyabrında müstəqil dövlətə çevrilən Ermənistanda
hakimiyyət uğrunda mübarizə daha da gərginləşdi. Bir
sıra partiyalar hakimiyyəti ələ keçirmək üçün digər ölkə-
lərlə separat danışıqlara başladılar. Belə ki, müstəqilliyin
qazanıldığı ilk gündən etibarən erməni disporasu Er-
mənistanın daxili və xarici siyasətinə hakim olmağa can
atmış və buna birmənalı şəkildə nail olmuşdur. Erməni
diasporu tərəfindən namizədliyi irəli sürülən və ABŞ
tərəfindən də dəstəklənən Levon Ter- Petrosyan Ermənis-
tan Respublikasının ilk prezidenti oldu. Hakimiyyətinin
ilk illərindən başlayaraq Ter-Petrosyan ölkəsinin bu
çətinliklərini nəzərə alaraq qonşu dövlətlərlə müna-
sibətləri korlamamağa çalışırdı. Onun xüsusilə, Türkiyə
və İranla siyasi-iqtisadi və mədəni əlaqələr qurmaq istəyi
Rusiya hakim dairələri tərəfindən birmənalı qarşılan-
madı. Rusiyanın təzyiqlərinə baxmayaraq, Petrosyan öl-
kəsinin beynəlxalq aləmə çıxışını, ən əvvəl qonşu ölkə-
lərlə yaradılacaq iqitsadi əlaqələrin möhkəmlənməsində
görürdü. Əslində belə bir siyasət Ermənistanın Rusiyaya
olan bağlılığının azalmasına gətirib çıxartsa da milli-
azadlıq hərəkatının fəal üzvləri tərəfindən də dəstəklən-
məkdə idi. Onlar ölkə prezidentinin Türkiyə ilə diplo-
matik əlaqələrin qurulması ideyasını dəstəkləyir, bir söz-
lə ona bu işdə yardım edirdilər. Məhz ölkəsində də
bununla bağlı ictimaiyyət arasında artıq müsbət fikir
formalaşmaqda idi. Ona görə də Petrosyan Türkiyə ilə
əlaqələrin yaradılmasına qərarlı idi. Tezliklə iki ölkə
Qondarma erməni soyqırımı faktların dili ilə
152
arasında əlaqələr bərpa olundu, hətta Türkiyənin təkidi
ilə Ermənistan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı-
nın üzvü oldu. (66, II cild, 283)Petrosyan Türkiyə ilə nor-
mal diplomatik və iqtisadi əlaqələrin qurmaqla Ermənis-
tan iqtisadiyyatının gücləndirilməsi üçün Xəzərin neft və
qaz yataqlarından çıxarılan xam neftin və təbii qazın dün-
ya bazarına daşınmasında Ermənistanın tranzit ölkə
olacağını yəqin etmişdir. Ancaq onun bu istəkləri bu və
ya digər səbəblərə görə yarımçaq qaldı. Başlıca səbəb ki-
mi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə-
sinin daha da gərginləşməsi oldu. Azərbaycan torpaq-
larına qarşı Ermənistanın işğalçılıq planları yenicə
yaranmaqda olan Türkiyə-Ermənistan münasibətlərinə
mənfi təsir göstərdi (66, II cild, 288). Belə ki, 1992-ci il
fevral ayının 26-da Azərbaycanın Xocalı şəhərinin erməni
millətçi ekstremistləri tərəfindən yerlə-yeksan edilməsi
və dinc əhalinin soyqırıma məruz qalması xəbəri Türki-
yənin hakim dairələrinin və icitmaiyyətinin haqlı narazı-
lığına səbəb oldu və Ermənistana qarşı bir sıra sanksiya-
lar tətbiq edildi. Ermənistan hakim dairələri də buna
cavab olaraq Türkiyənin beynəlxalq nüfuzuna zərər
gətirən bir sıra qanun layihələrini qəbul etdi. 23 avqust
1991-ci ildə Ermənistan Respublikası 1915-ci ildə Osmanlı
Türkiyəsi və Qərbi Ermənistanda baş vermiş “soyqırımı”
hadisəsini beynəlxalq aləmdə qəbul edilməsi üçün atılmış
addımlarını dəstəkləyəcəkdir” ifadəsi yer almışdır ( 112,
210) “Müstəqililk Aktı” qəbul olunduqdan sonra Er-
mənistan Respublikasının müstəqil Konstitusiyası işlənib
hazırlandı. Burada “Müstəqillik aktı”nda yer almış 11-ci
Dostları ilə paylaş: |