CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə24/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
75 
Bitlis, Harput və Diyarbəkr) tətbiq edilməli idi. Rusiyanın 
bu  yığıncaqda  iştirak  etməsinə  baxmayaraq,  “rus 
sənədi”ndə  nəzərdə  tutulan  “ümumi  vali  institutu”  bu 
ölkədən  fərqli  olaraq  digər  dövlətlər  tərəfindən  rədd 
edildi.  Burada  yalnız  müşavirlər  və  mütəxəssislər  vasi-
təsilə nəzarət icrası əsas saxlanılırdı (106, 4-5). 
Tarixi faktlar sübut edir ki, 1913-cü il ümumilikdə iri 
dövlətlərin  İstanbuldakı  elçiləri  ilə  hökumət  arasında 
qarşılıqlı  anlaşma  şəraitində  aparılan  müzakirələrin 
kulminasiya  ili  kimi  xarakterizə  olunur.  Belə  ki,  16 
dekabr  1913-cü  ildə  Sədrəzəm  erməni  islahatında  xü-
susilə  fəal  görünən  rus  və  alman  elçilərinin  təzyiqlərini 
aradan qaldırmaq üçün hər iki tərəfi qane edəcək yeni bir 
sənədin  hazırlanmasını  öz  üzərinə  götürdü.  Bu  barədə 
türk  tarixçisi  Y.Halaçoğlu  yazır:  “Osmanlı  hökuməti 
sənədin hazırlanmasında əcnəbi müşavirlərin fəaliyyətin-
dən  imtina  edir,  bununla  yanaşı  baş  müfəttişlərin 
hökumətdən  deyil,  əcnəbi  dövlətlərin  nümayəndələrin-
dən  təyin  olunmasını  bildirirdi.  Nəticədə,  hökumətin 
gəldiyi  yekun  razılığa  əsasən  təyin  edilmiş  2  Baş 
müfəttişin 10  il müddətinə öz xidməti vəzifələrini yerinə 
yetirilməsi  qərara  alındı  (126,  82)”.
 
Əslində  türk  höku-
mətinin  atdığı  bu  addım  onun  diplomatiya  sahəsində 
uğradığı uğursuzluğunun məntiqi sonluğu idi. Ona görə 
ki,  əvvəllərə  dəfələrlə  müzakirəyə  çıxarılmış  və  bir  növ 
uğursuzluqla  nəticələnmiş  rus  və  ya  alman  istəklərinin 
bu  dəfə  asanlıqla  qəbul  edilməsi,  eləcə  də  iri  dövlətlərin 
bu  addıma  loyal  münasibətləri,  bir  sözlə  Osmanlı  höku-
mətinin  xarici  siyasətdə  fiaskoya  uğramasının  göstəricisi 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
76 
idi.  Amma  bütün  bunlara  baxmayaraq,  rus  tərəfi  qəbul 
edilmiş  sənədin  natamam  olduğunu  və  yenidən  işlən-
məsini  bildirməklə  yanaşı,  alman  tərəfinin  də  rus  möv-
qeyindən  çıxış  etməsinə  çalışırdı.  Rus  hökuməti  14  yan-
var  1914-cü  ildə  Fransa,  İngiltərə  və  Almaniyaya 
göndərdiyi  bildirişdə  “artıq  Şərqi  Anadolu  torpaqları 
“Ermənistan”    şəklində  göstərilməklə  yanaşı,  bölgədəki 
siyasi  durumun  qənaətbəxş  olmadığını  bildirərək  yaran-
mış  qarşıdurmalara  Osmanlı  hökumətinin  göz  yumma-
sını vurğulayırdı”. Bu bildirişdən sonra Fransa hökuməti 
bölgədəki  vəziyyəti  yerindəcə  araşdırmaq  üçün  Ərzin-
candakı  baş  konsulluğa  tapşırıqlar  verdi.  Aparılmış 
araşdırmalardan bəlli oldu ki, rus hökumətinin söylədik-
ləri  cəfəngiyyatdan  başqa  bir  şey  deyildir.  Təbii  ki,  Os-
manlı  hökuməti  rus  tərəfinin  təzyiqlərinə  qarşı  adekvat 
addımlar  atsa  da  ikincilər  bunu  bir  növ  “yaralı  insanın 
yaşamaq uğrunda mübarizəsi” kimi qələmə verdi. 
Hakimiyyət  daxilində  baş  vermiş  qarşıdurma  və  iri 
dövlətlərin durmadan artan təzyiqləri və digər məsələlər 
İttihad  və  Tərəqqi  hökumətini  Rusiya  ilə  münasibətləri 
daha  da  yumşalmağa  sövq  edirdi.  Belə  ki,  8  fevral  1914-
cü ildə Xarici İşlər Nazirliyinin səlahiyyətlərini də icra e-
dən  Sədrəzəm  Seyid  Həlim  Paşa  ilə  Rusiyanın  İstanbul-
dakı  məsləhətçisi  arasında  müqavilə  imzalandı.  Müqa-
viləyə əsasən: 
A)  Şərqi  Anadolunun  hər  iki  hissəsinin  idarə  edil-
məsi  üçün  seçiləcək  hər  iki  müfəttişin  namizədliyini 
böyük  dövlətlər  irəli  sürəcək  və  Osmanlı  dövləti  də  bu 
barədə öz istəyini nota şəklinlə bildirəcək; 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
77 
B) Hər müfəttişin öz idarəçiliyi altında olan torpaq-
larda  idarə,  ədliyyə,  polis  və  jandarma  hakimiyyətinə 
malik olacaqdır; 
C)  Torpaq  barədə  yaranmış  hər  hansı  bir  xırda  mə-
sələlər müfəttişlər tərəfindən həll ediləcəkdir; 
Qanun, Nizamnamə və rəsmi sənədlər məhəlli dillər 
vasitəsilə  elan  ediləcək,  baş  müfəttiş  o  zaman  məsləhət 
görərsə hər kəs məhkəmələrdə və rəsmi dairələrdə danı-
şıq  vasitəsi  kimi  öz  dillərindən  istifadə  edəcək,  ancaq 
məhkəmə hökmləri türk dilində oxunacaq və imkan olar-
sa hökmlərin mətinləri digər dillərə də tərcümə ediləcək-
dir.  Bu  sənəddə  nəzərdə  tutulan  dil  məsələsi,  rus  sənə-
dindəkinə nisbətən bir az yumşaldılmışdı. Rus sənədində 
Şərqi  Anadolu  üçün  məhəlli  əsgərlik  sisteminin  tətbiq 
edilməsi  nəzərdə  tutulurdu.  Yəni  hər  kəs  yaşadığı 
ərazinin  sərhədləri  daxilində  əsgəri  xidmətini  yerinə 
yetirməli  idi.  Hökumət  bunu  yalnız  Şərqi  Anadoluya 
deyil, bütün imperiya ərazisinə şamil etdi. 7 avqust 1913-
cü  ildə  imzalanmış  sənəddə  hər  kəsin  yaşadığı  yerdə 
əsgəri xidmət etmələri əsas götürülürdüsə, rus sənədində 
bu 
kimi 
məsələlər 
nəzərdə 
tutulan 
səviyyədə 
qabardılmırdı.  Müəllif  imzalanmış  qərarın  Osmanlı 
imperiyası  üçün  son  dərəcə  zərərli  olduğunu  bildirir, 
atılmış  bu  addımların  qabaqcadan  hazırlandığını  yazır. 
Həmçinin  müəllif  razılaşdırılmış  məhəlli  əsgəri  xidməti 
vəzifələrin  tezliklə  başlanacaq  birinci  dünya  müharibəsi 
gedişində  erməni  silahlı  birləşmələrinin  öz  ölkələrinə 
arxadan  zərbə  vurması  kimi  qiymətləndirirdi”.  Bu 
sənəddə  həmçinin  sultan  I  Əbdül  Həmid  zamanında 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə