CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə21/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
65 
salınmış  yaşayış  məntəqələrinə  hücum  edərək  dinc  türk 
əhalisini  vəhşicəsinə  qətlə  yetirdilər.  Miqyasına  görə 
Merzifonda törədilmiş qiyam güclü olsa da tezliklə ordu 
tərəfindən  yatırıldı.  Qiyama  rəhbərlik  edən  Tomayan  və 
digər silahdaşları da ordu tərəfindən həbs edilərək ölümə 
məhkum  edildilər.  Növbəti  dəfə  İngiltərə  hökumətinin 
birbaşa  təzyiqi  nəticəsində  qiyamçılar  Sultan  tərəfindən 
bağışlanıldı  və  onlar  ölkəni  tərk  etməli  oldular.  1893-cü 
ildə  Yozqatda  qiyam  təşkil  etmiş  ermənilər  qiyamda 
iştirak etməkdən imtina edən Boğazkaya kəndinin sakin-
lərini  öldürməkdən  belə  çəkinmədilər  (83,  62).  Qiyam-
çılardan Talas kəndinin sakini aşpaz oğlu Dot və Mihran 
onlara  qoşulmaq  istəməyən  zərgər  Haçonu  qətlə 
yetirmişdilər.  Eyni  zamanda  erməni  quldur  dəstəsinin 
üzvü  Toros  Javokyan  və  onun  dörd  həmkarı  Madəndən 
Yozqata  hərəkət  edən  poçt  arabasının  sürücüsünü  və 
keşikçisini öldürərək 170 ədəd qızıl sikkə və xeyli pul ələ 
keçirmişlər.  Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki, 
Yozqatda  törədilmiş  qiyama  birmənalı  olaraq  yerli  er-
mənilər  dəstək  verməmiş,  nəticədə  qiyamçılar  digər  böl-
gələrə qaçaraq canlarını qurtarmışdılar. 
Yozqatdakı  uğursuz  qiyamdan  sonra  ermənilərin 
növbəti hədəfi Kayseri yaşayış məntəqəsi oldu. Ermənilər 
Kayseridə  də  qiyamlar  təşkil  etdilər.  Qiyamçılar  yaşayış 
məntəqələrini,  kilsə  və  məktəbləri  silah  deposuna  çevir-
mişdilər.  Kayseri  bölgəsi  ilə  Yozqat  bölgəsi  arasındakı 
bütün  nəqliyyat  və  kommunikasiya  xətlərini  nəzarətə 
götürən  ermənilər  bölgədən  keçən  müsəlman  türklərinə 
hücum edərək onları ya öldürür, ya da onlardan birbaşa 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
66 
türklərə  qarşı  istifadə  edirdilər.  Tezliklə  hökumətin  böl-
gəyə  ordu  yeritməsi  ilə  qiyamçılar  bölgəni  tərk  etməli 
oldular.  
Erməni qiyamçıları 8 avqust 1894-cü ildə dağlıq böl-
gə  olan  Sasunda,  həmçinin,  Zeytunda  qiyam  törətdilər. 
Qiyamlar  bu  dəfə  də  ordunun  köməkliyi  ilə  yatırıldı. 
Xüsusilə, qiyamın təşkilatçılarından olan Hambarsum Bo-
yacyan  tutulduqdan  sonra  bölgədə  vəziyyət  qismən 
sakitləşdi. Sasun qiyamı yatırıldıqdan sonra qərb ölkələri 
və çar hökuməti Osmanlının daxili işlərinə daha intensiv 
şəkildə qarışmağa başladı. 
Sasun qiyamının yatırılmasından bir neçə gün sonra 
Təhqiqat  Komissiyası  üzvlərindən  olan  İngiltərə  “İslahat 
məsələsi”ni  yenidən  gündəmə  gətirdi.  İngiltərə  başda 
olmaqla  qərb  dövlətlərinin  təzyiqləri  nəticəsində  höku-
mət 20 oktyabr 1895-ci ildə “İslahat Nizamnaməsi”ni elan 
etdi.  Amma  sultan  nizamnamənin  şərtlərinin  yerinə  ye-
tiriləcəyi  təqdirdə  bunu  türk  xalqının  və  imperiyasının 
gələcəyinə  vurulmuş  ağır  bir  zərbə  kimi  qiymətlən-
dirərək  islahatdan  imtina  etdi.  Vəziyyəti  belə  görən 
İngiltərə  və  digər  iri  dövlətlər  (Fransa,  Rusiya,  ABŞ)  18 
iyul  1895-ci  ildə  Sultan  sarayı  qarşısında  nümayiş 
keçirilməsini  qərara  alsalar  da  nümayiş  uğursuzluqla 
nəticələndi. 
Sultan  sarayı  qarşısında  təşkil  edilmiş  mitinqin 
uğursuzluqla nəticələnməsi  erməni qiyamçılarını hiddət-
ləndirmiş  və  onlar  Van  şəhərini  hədəfə  götürdülər.  Əl-
verişli coğrafi mövqeyə və strateji əhəmiyyətə malik olan 
Van şəhəri 1896-cı ilin iyun-iyul aylarında erməni qiyam-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
67 
çılarının  hədəfinə  çevrildi.  Qiyamın  təşkilində  Daşnaq-
sütyun  Partiyasının  bütün  fəalları  iştirak  edirdilər. 
Qiyamçılar  əsasən  Rusiyadan  gətirilən  silah-sursatlarla 
təmin  edilmişdi.  Əvvəlcə  qiyamçılar  Van  şəhərinə 
soxularaq şəhər ətrafındakı bağlarda möhkəmləndilər. Bu 
hadisə  qərb  mətbuatında  “Van  bağlarının  müdafi-
əsi”adını  aldı.  Vanda  təşkil  edilmiş  qiyama  1896-cı  il 
iyunun  14-15-nə  keçən  gecə  start  verildi.  Amma  buna 
baxmayaraq,  Vanda  yaşayan  erməni  əhalisi  xüsusilə, 
gənclər,  qocalar  qiyama  qarşı  çıxır,  bunu  hökumətə 
xəyanət  kimi  qiymətləndirirdilər.  Hətta  Vanda  yaşayan 
erməni  gəncləri  sadə  xalqa  zərər  verməməyi,  əksinə 
onları  qiyama  dəstək  verməməkdə  ittiham  edən  rühani 
Boqosu  öldürməyi  planlaşdırdılar.  Odur  ki,  erməni 
gəncləri  6  iyun  1896-cı  ildə  ən  böyük  bayramlarında 
kilsəyə  gələn  rühani  lider  Boqosu  öldürdülər.  Bundan 
sonra  qiyamçılar  iyulun  1-də  Vanda  xidmət  edən  türk 
əsgərləri  üzərinə  hücum  edərək  2  əsgəri  yaraladılar.  Bu 
zaman  Vana  kənardan  gələn  erməni  komitəçilərinə 
buradakı erməni gəncləri də dəstək verərək qiyamın miq-
yasını daha da genişləndirdilər. Həmin dövrdə hökumət 
Vana  kənardan  gələn  müsəlmanların  şəhərə  daxil  ol-
masını  qadağan  etmişdi.  Qiyamın  tezliklə  yatırılması 
üçün  hökumət  konsulluqlara  bəyanatla  müraciət  etdi. 
Bəyanatda  əgər  erməni  qiyamçıları  əllərindəki  silahlarla 
təslim  olarlarsa  onların  Van  qalası  daxilində  mühafizə 
ediləcəyi  bildirildi.  Konsulluqlar  da  öz  növbəsində 
qiyamçılara  məktub  yazaraq  təslim  olmalarını  istədilər. 
Bəyanatda erməni qiyamçılarının təhlükəsizliyinin təmin 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə