CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
55 
İstanbul  ilə  yanaşı  Şərqi  Anadolu  şəhərlərində  təş-
kilatlanmağı daha məqsədəmüvafiq hesab etdi (98, 132). 
Qeyd etmək lazımdır ki, “Qnçaq” partiyasının sosial 
tərkibi  qeyri-sabit  idi.  Partiyanın  sıralarına  müxtəlif 
vaxtlarda  xırda  burjua  nümayəndələrindən  tutmuş 
fəhlələr,  ziyalılar  və  kəndlilərin  bir  hissəsi  də  qoşul-
muşdu. 1887-ci ildə öz fəaliyyətinə başlayan partiya artıq 
1891-ci  ildə  Türkiyənin  şərq  vilayətlərində  kifayət  qədər 
şaxələnərək  təşkilat  şəbəkəsi  yaratmışdı.  XIX  əsrin  90-cı 
illərin 
ortalarında 
partiyanın 
Bakıda, 
XX 
əsrin 
əvvəllərində  isə  Yelizavetpolda  və  Şuşada  şöbələri 
yaradıldı.  Partiya  öz  fəaliyyəti  üçün  İstanbulu  mərkəz 
seçdi  və  Türkiyənin  şəhərlərinə  öz  nümayəndələrini 
göndərdi.  Qeyd  edək  ki,  “Qnçaq”  partiyası  Samsun  və 
Zeytundakı  üsyanların  təşkilatçısı  idi.  Qeyd  edək  ki, 
Qnçaq partiyası 1891-ci ildə Daşnaqsütyun federasiyasına 
qatılsada  bir  il  sonra  müxtəlif  fikir  ayrılıqları  səbəbiylə 
federasiyadan ayrıldı (98, 133). 
1896-cı  ildə  partiya  iki  qrupa  parçalandı.  Sosialist 
şuarlarla  razılaşmayan  digər  qrup  1898-ci  ildə  İsgən-
dərunda Yeni “Qnçaq” partiyasının yarandığını elan etdi. 
Partiyada nüfuzlu şəxs sayılan A.Nazarbekyanın sosialist 
qrupu  1896-cı  ildə  Londonda  II  qurultaylarını  keçirdi  və 
fəaliyyətinin  əvvəlki  proqramla  davam  etdiyini  bəyan 
etdi.  
XIX əsrin 90-cı illərində erməni terrorçu hərəkatının 
məruz  qaldığı  uğursuzluqlar  “Qnçaq”ın  da  parçalan-
masını  şərtləndirmiş  oldu.  Bu  haqda  Bəxtiyar  Nəcəfov 
yazır:  “...Qnçaq”  partiyasını  əqidəli  sosial-demokratlar, 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
56 
inqilab işinə sadiq insanlar tərk etdilər. Onların bir hissəsi 
isə  sonra  RSDFP-yə  qoşuldu.  Digər  tərəfdən,  müvəf-
fəqiyyətsizliklərdən  “hiddətlənmiş”  “yumşaq”  millətçi-
lər, öz məqsədlərinə demokratik, zor işlətməmək yolu ilə 
nail  olmaqdan  əl  üzənlər  “Daşnaqsütyun”  partiyası  ət-
rafında birləşərək, ifrat millətçi mövqelərə keçirdilər (4, I 
cild, 113).
  
 Qnçaq təşkilatının yaradılmasından 3 il sonra 1890-
cı  ildə  mərkəzi  Tiflis  şəhəri  olmaqla  “Daşnaq-
sütyun”(“İttifaq”) partiyası təsis edildi. Beləliklə, əhalinin 
geniş  kütlələrinə  təsir  uğrunda  mübarizədə  “Qnçaq” 
birincilik  çələngini  “Daşnaqsütyun”a  verməli  oldu  (4,  I 
cild,  53).  Partiyanın  adı  “Daşnaqsütyun  erməni  inqilab-
çılarının ittifaqı  (federasiyası)” mənasını verirdi. Burada 
müxtəlif  erməni  milliyyətçi  qrupları  birləşmişdi.  Bu 
qrupları  3  əsas  kateqoriyaya  bölmək  olar.  Birinci  qrupa 
“Armenakan”  partiyasının  tərəfdarlarını,  Peterburqda 
təhsil alan erməni tələbələrini aid etmək olar. Bu qrupun 
rəhbəri  Konstantin  Xatisyan  idi  və  qrupun  tərəfdarları 
“şimallı”  adını  almışdılar.  İkinci  və  üçüncü  qrupun  əsas 
tərkib hissəsini inqilabçı sosialistlər təşkil edirdilər. Onlar 
Rusiyadakı  çar  rejiminə  qarşı  mübarizədə  rus  və  gürcü 
sosialistləri  ilə  birləşməyə  tərəfdar  idilər.  1890-cı  ildə 
Tiflisdə  Xristofor  Mikoelyan,  Stepan  Zaryan,  Semyon 
Zavaryan hər 3 qrupun arasında danışıqlar aparmış və bu 
qrupları  birləşdirmişdilər.  Fəallıqları  ilə  seçilən  beş 
nəfərdən - X.Mikoelyan, S.Zavaryan, A.Dastakyan, X.Lo-
ris-Melikyan,  L.Sarkisyandan  ibarət  Mərkəzi  Komitə 
seçildi.  Daşnaqsütyun  partiyası  yarandıqdan  sonra 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
57 
“Qnçaq”  təşkilatı  da  bu  ittifaqa  daxil  oldu.  Lakin  yuxa-
rıda qeyd etdiyimiz kimi,  1891-ci ilin iyununda “Qncaq” 
təşkilatı  “Daşnaqsütyun”u  qətiyyətsizlikdə  təqsirlən-
dirərək,  ittifaqdan  çıxdığını  bəyan  etdi.  Partiyanın  iki 
bürosu-Şərq  və  Qərb  büroları  yaradıldı.  Şərq  bürosu 
Girəsun-Diyarbəkr,  Zaqafqaziya,  Rusiya  və  İran,  Qərb 
bürosu  isə  Balkanlarda,  Amerika,  Misir  və  digər  qərb 
ölkələrində  fəaliyyət  göstərməli  idi.  Partiyanın  məqsədi 
Şərqi  Anadoluda  yaranacaq  Ermənistanı  Qafqazdakı 
“erməni  vilayəti”  ilə  birləşdirmək,  Rusiya  ərazisindən 
qiyamlar  törətmək  üçün  Türkiyəyə  keçən  silahlı 
ermənilərə  yardım  göstərmək  idi.  Bununla  yanaşı, 
erməniləri silahla təchiz etmək, türklər yaşayan kəndlərə 
soxularaq  hay-küy  salmaqla  vahimə  yaratmaq  və 
nəticədə  türkləri  öz  dədə-baba  torpaqlarından  çıxıb 
getməsinə    nail  olmaq  idi.  Daşnaqsütyun  Partiyasının 
rəhbərlərinin  fikirlərinə  görə,  məqsədə  yalnız  və  yalnız 
qiyamlar  yolu  ilə  nail  olmaq  olardı.  Komitənin  əmri 
“türkü  hər  yerdə  istənilən  şərtlər  altında  vur,  dönənləri, 
erməni xəfiyyələrini, xainləri öldür, intiqam al” olmşudur 
(33,    32).  Partiyanın  mətbuat  orqanı  Cenevrədə  nəşr 
olunan “Droşak” (“Bayraq”) qəzeti idi. 
 Qeyd  edək  ki,  XIX  əsrin  90-cı  illərin  əvvəllərində 
erməni  terrorçu  təşkilatları  “Qnçaq”  və  “Daşnaq-
sütyun”la  məhdudlaşmırdı.  Gizli  və  açıq  fəaliyyət 
göstərən  belə  partiyalar  çox  yaranmışdı.  Onlar  müxtəlif 
(maarifçi,  dini,  mədəni,  siyasi,  millətçi-inqilabçı)  səciyyə 
daşımışlar.  Lakin  geniş  kütlələrə  təsir  uğrunda 
mübarizədə  qəti  üstünlüyü  hər  halda  daşnaqlar 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə