CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə20/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
62 
şəhərdə  yerləşən  bütün  məktəblərdə  axtarış  aparılması 
əmrini  verdi.  Hökumət  tərəfindən  bu  ərazidə  axtarış 
aparılacağını  qabaqcadan  hiss  edən  ermənilər  silah-
lanaraq  yoxlama  aparmağa  gələcək  əsgərləri  pusquya 
salaraq  məhv  etməyi  qərarlaşdırdılar.  Erməni  Vətəndaş-
larının  Müdafiəsi  Təşkilati  qurucularından  olan  Ger-
qasyan  öz  vətəndaşlarına  “türklər  murdardır,  kilsələrə 
girmələrinə  icazə  verməyin”  şəklində  öz  tapşırıqlarını 
verdi.  Türk  əsgərlərinin  kilsəyə  yaxınlaşdığı  zaman 
silahlı  erməni  komitəçilərinin  açdığı  atəş  nəticəsində  1 
polis  əməkdaşı  və  1  əsgər  şəhid  edildi,  2  əsgər  isə  ağır 
şəkildə  yaralandı.  Qiyam  üç  gün  ərzində  davam  etdi. 
Nəhayət,  kilsə  tutularaq  yoxlanıldı,  çoxlu  sayda  silah-
sursat toplanılaraq ələ keçirildi (89, 221). 
20 iyun 1890-cı ildə Ərzurumda həyata keçirilən bu 
qiyam gələcəkdə növbəti qiyamların törədilməsi üçün bir 
başlanğıc oldu. 1890-cı il iyul ayın 15-də İstanbulun Qum-
qapı  deyilən  bölgəsində  Qnçaq  partiyasının  təşkilatçılığı 
ilə nümayiş keçirildi. Bu zaman Anadoludan gələn çoxlu 
sayda  işsiz  ermənilərlə  İstanbulun  tacir  erməniləri  birgə 
ümumi  sayı  200  nəfərdən  ibarət  olmaqla  İstanbulda 
silahlı  qiyam  təşkil  etdilər.  Qiyamçılar  patriarx  Aşıkyanı 
həbs  edərək  Komitənin  qərargahına  apardılar.  Bundan 
sonra onlar küçələrə dağılaraq yol boyu “Yaşasın erməni 
milləti”,  “Yaşasın  Qnçaq  Partiyası”,  “Yaşasın  Ermənis-
tan”  kimi  populist  şüarlar  səsləndirməyə  başladılar. 
Hökumət  ölkənin  paytaxtında  baş  vermiş  bu  kimi 
izdihamlı  qiyamın  qarşısını  almaqdan  ötrü  orduya 
göstəriş verdi. Nəticədə, ordunun gücü ilə qiyam yatırıl-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
63 
dı.  Qiyamın  əsas  təşkilatçılarından  olan  Canqulyan  həbs 
edildi  və  avqustun  20-də  ona  ölüm  hökmü  kəsildi  (19, 
52). 
Ərzurum  qiyamından  sonra  erməni-rus  silahlı  dəs-
tələri  Zeytunda  hökumət  əleyhinə  kütləvi  üsyana 
başladılar. Qeyd edək ki, səfərbərliyin  elan edilməsindən 
27  gün  sonra,  yəni  30  avqust  1914-cü  ildə  Zeytunlu 
ermənilər  Osmanlı  bayrağı  altında  savaşmaqdan  imtina 
edərək  özlərinin  yaratdıqları  “Zeytun  Fədai  Alayı” 
ətrafında birləşərək Osmanlı hakimiyyətinə  qarşı üsyana 
başladılar. Burada əsgərlikdən qaçan erməni əsgərləri ilə 
silahlı  erməni  dəstələrinin  birgə  olacaq  Zeytunda 
hökumət  binalarını  və  silah  anbarlarını  tutaraq  çoxlu 
sayda  silah-sursat  əldə  etdikləri,  teleqraf  xətlərini  kəs-
dikləri  məmurları  və  müsəlman  ailələrini  qətlə  yetir-
dikləri  barədə  məlumat  verilməkdədir.  Qətliamın  qarşı-
sını  almağa  çalışan  orduya  da  silahlı  basqın  edildi. 
Nəticədə, türk ordusu çoxlu sayda əsgərini itirdi. Zeytun 
ermənilərinin 
bu 
qədər 
fəal  olmalarının 
səbəbi 
təşkilatçıların  rus-qafqaz  orduları  komandanlarından 
əldə  etdikləri  silah-sursatın  olması  ilə  izah  edilməlidir 
(128,  28).  Rus-erməni  silahlı  birləşmələrinin  birgə  mü-
barizəsi  nəticəsində  zəbt  edilən  torpaqlarda  ermənilərin 
məskunlaşdırılmasına  başlanıldı.Bu  barədə  amerikan 
tarixçisi Jastin Makkarti “Ölüm və Sürgün” adlı əsərində 
yazırdı:  “1895-ci  ildən  başlayaraq  erməni  hərəkatına 
rəhbərlik  etmiş  Andrianik  Ozanyan  kimi  təcrübəli 
üsyançı  Osmanlıerməniləri  ilə  yanaşı  İrandan  gələn 
erməniləri  də  cəlb  edərək  çoxlu  sayda  silahlı  dəstələr 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
64 
yaratdı.  Yaradılan  bu  könüllü  erməni  silahlı  dəstələri 
erməni  kəndlərini  qarış-qarış  gəzərək  rus  işğalı  altında 
olan  Anadolu  torpaqlarında  ermənilərin  məskunlaşdırıl-
masına başladı (94, 203)”.  
      Osmanlı  dövlətinin  daxilində  sabitliyi  pozmağa 
çalışan  ermənilər  həm  zəhmətkeş  türk  əhalisinə,  həm  də 
türk  məmurlarına  qarşı  düşmənçiliyi  qızışdırır,  bununla 
da  çaxnaşmalar,  qarşıdurmalar  yaradaraq  son  məqamda 
təqsiri  türk  əhalisinin  üstünə  yıxırdılar.  Belə  qiyamlar 
Merzifon,  Kayseri  və  Yozqat  bölgələrinə  daha  tez  yayıl-
mağa başladı. 
XIX  əsrin  90-cı  illərindən  başlayaraq  imperiyanın 
müxtəlif  bölgələrində  hökumət  əleyhinə  törədilmiş 
qiyamların  bu  dəfəki  mərhələsi  Merzifon,  Kayseri  ilə 
Yozqat  bölgələrini  əhatə  etdi.  Qeyd  etmək  lazımdır  ki, 
Londondakı  ermənilər  tərəfindən  idarə  edilən  Qnçaq 
partiyasının  fəalları  ilk  olaraq  Merzifon  şəhərini  hədəfə 
götürdülər.  Çünki,  Merzifon  şəhəri  qiyam  törədilməsi 
üçün  əlverişli  olması  ilə  bərabər,  həm  də  təşkilatçılıq 
baxımından  digər  bölgələrə  nisbətən  daha  fəal  gö-
rünürdü.  Bu  işdə  ermənilərə  şəhərdə  fəaliyyət  göstərən 
Amerikan  kollecinin    etdiyi  maddi  və  mənəvi  yardımın 
əhəmiyyətini  vurğulamağı  məqsədə  uyğun  hesab  edirik.  
Merzifondakı  silahlı  erməni  qiyamçı  dəstələrinin  rəisi 
yuxarıda  qeyd  etdiyimiz  Amerikan  kollecində  müəllim 
işləyən  Karapet  Tomayan,  katibi  isə  həmkarı  Ohannes 
Kayayan  idi.  Qiyamçılar  ilk  olaraq  Yozqat-Merzifon 
yolunu kəsərək buradakı  insanları qətlə yetirdilər. Digər 
tərəfdən  qiyamçılar  Çorum-Merzifon  şəhərləri  arasında 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə