CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə28/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
88 
təcili 
olaraq 
III 
Ordunun 
döyüş 
qabiliyyətini 
gücləndirmək  üçün  digər  ordu  birləşmələrindən  buraya 
hərbi  kontingent  göndərilməsi  barədə  əmr  verdi.  Əlavə 
qüvvənin cəlb edilməsi ilə türk ordusu noyabr ayının 10-
da  Köprüköy  məntəqəsində  rus  qoşunlarının  hücumu-
nun  qarşısını  almaqla  yanaşı,  həmçinin  rus  ordusunu 
məğlub edərək onları geri çəkilməyə məcbur etmişdi. Bu 
zaman  çar  II  Nikolay  Qafqaz  cəbhəsinə  gələrək  məğlub 
olmuş  rus  əsgərlərini  ruhlandırmaq  üçün  onları 
mükafatlandırmışdı  (15).  Köprüköy  qələbəsindən  ruh-
lanan müdafiə naziri Ənvər Paşa rus ordusuna qarşı şərq 
cəbhəsindən  yeni  hücum  planının  həyata  keçirilməsini 
məqsədəuyğun hesab etsə də, vaxtı ilə Qafqaz cəbhəsində 
vuruşmuş  döyüşçülərin  qış  mövsümündə  bu  ərazilərdə 
hərbi  əməliyyatların  aparılmasının  olduqca  ağır  oldu-
ğunu nazirin diqqətinə çatdırmış, lakin onu öz fikrindən 
daşındıra  bilməmişlər.  Belə  ki,  türk  ordusu  çevik  hərbi 
əməliyyatlara  başlayaraq  Qars  vilayətindən  Oltu-Sarı-
qamış  istiqamətində  hücuma  keçdi.  Sarıqamış  ətrafında 
baş  vermiş  şiddətli  döyüşlərdə  türk  ordusu  ağır  itkilər 
verərək  geri  çəkilmək  məcburiyyətində  qaldı.  Bu  zaman 
türk  ordusunun  yarıdan  çoxu  şimaldan  manevr  edən 
zaman  Allahu-Əkbər  dağlarında  dəniz  səviyyəsindən 
2000  metr  yüksəkliklərdə  ərzaq  və  geyim  təchizatından 
korluq  çəkərək  tələf  oldu.  Arxiv  sənədlərinin  verdiyi 
məlumatlara  görə  bu  zaman  türk  ordusunun  90  min 
nəfərə  yaxın  spesnaz  əsgəri  soyuqdan,  aclıqdan  tələf 
olmuşdu. Bu itkilərdən özünə gələ bilməyən türk ordusu 
rus  ordusunun  imperiyanın  daxilinə  doğru  irəliləməsinə 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
89 
mane ola bilməmişdi.  Hərbi əməliyyatların  nəticələri ba-
rəsində tarixçi Bəxtiyar Nəcəfov yazır: “1914-cü ilin sonu, 
1915-ci ilin əvvəlində hərbi əməliyyatların nəticəsi heç bir 
tərəfə  müvəffəqiyyət  gətirmədi”(4,  I  cild,  228).  Müəllif 
bunun  səbəblərini  aşağıdakı  kimi  qeyd  edirdi:  “Osmanlı 
ordusu  planlaşdırılmış  şəkildə  müharibə  aparsa  da, 
amma  zaman  baxımından  mövsümün  düzgün  seçilmə-
məsi ordunun döyüş qabiliyyətini aşağı salmaqla yanaşı, 
eyni  zamanda  çoxlu  sayda  itki  verilməsi  ilə  nəticələndi” 
(4,  I  cild,  228).  Artıq  rus  qoşunları  fevral-aprel  ayları 
ərzində Qars, Bitlis və Trabzonu ələ keçirdi. Şərqi Anado-
lunun erməni-rus silahlı birləşmələri tərəfindən tutulması 
ilə bu ərazilərdə hökumət əleyhinə kütləvi üsyanların baş 
verməsi ilə nəticələndi. 
Birinci Dünya müharibəsinin ən şiddətli vaxtlarında 
Osmanlı  təbəəsi  olan  ermənilərin  Şərqi  Anadoluda 
miqyasına  görə  törətdikləri  ən  böyük  üsyan  Van  şəhəri 
və  ona  yaxın  olan  ərazilərdə  baş  verdi.  Van  üsyanının 
törədilməsi  barədə  ilk  xəbər  Jandarma  Tümən  Koman-
danı  Kazım  bəy  tərəfindən  açıqlandı.  Kazım  bəy  hərbi 
əməliyyatlar  zamanı  türk  əsgərləri  tərəfindən  əsir 
götürülmüş  iki  erməni  casusunun  verdiyi  ifadələrə əsas-
lanaraq  hökumətə  yaxın  günlərdə  Van  vilayətində 
erməni  komitəçilərinin  bir  başa  havadarlığı  sayəsində 
geniş  miqyasda  üsyan  baş  verəcəyini  bildirdi.  Həmçinin 
o,  düşmən  tərəfindən  ələ  keçirilən  ərazilərdə  türk  əhali-
sindən  silahların  yığılaraq  üsyançılara  paylandığını  da 
qeyd  edirdi  (29,  203).  Artıq  üsyanın  qığılcımlarını  hiss 
edən  Van  Valisi  Cevdət  bəy  xalqa  üsyançılardan  qorun-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
90 
maları üçün silah paylanılması və eyni zamanda könüllü 
polis  alaylarının  yaradılması  barədə  göstəriş  verdi  (116, 
98). Üsyançılar  bir-birinin ardınca əvvəlcə 15  aprel 1915-
ci  ildə  Van  Vilayətində,  daha  sonra  17  apreldə  Şatakda 
(Çatakda),  ertəsi  gün  (18  aprel)  Bitlisdə  və  nəhayət 
aprelin 20-də Van şəhərinin mərkəzində böyük bir üsyan 
törətdilər.  Ermənilər  Vanda  üsyan  etməklə  bərabər, 
həmçinin Vana doğru irəliləyən Rus hərbi birləşmələrinə 
də  yardım  etmişlər.  Vanda  sadəcə  bir  jandarma  tabo-
runun saxlanılmasından xəbərdar olan üsyançılar 17 may 
1915-ci  ildə  Van  qalasını  ələ  keçirərək  buranı  ruslara 
təslim  etmişlər  (71,  147).  Türk  tarixçisi  Kamuran  Gürün 
yazır:  “1915-ci  ilin  aprel  ayında  ruslarla  qarşılaşan  türk 
ordusunun  Van  vilayətinin  şərq  ərazilərində  yerləşən 
Van  Səyyar  Jandarma  Firqəsinin  bir  taboru  ilə  birgə  1 
may  1915-ci  ildə  Dilman  yaxınlığında  həyata  keçirdiyi 
hücumda çoxlu sayda itki verdikdən sonra geri çəkilmək 
məcburiyyətində  qaldı.  Bu  vaxt  Türk  ordusu  geri  çəki-
lərək  Van  gölünün  cənubundakı  sıldırımlı  dağ  aşırım-
larını  keçib  Bitlis  istiqamətində  hərəkətə  keçdi.  Şəhərin 
müdafiəsiz qaldığını görən rus silahlı birləşmələri erməni 
üsyançılarının  təriki  ilə  yerli  müsəlman  əhalisini 
şəhərdən  çıxararaq  qonşu  ərazilərdə  məskunlaşdırmağa 
başladılar  (116,  37)”.  Bu  hadisələrin  canlı  şahidi  olmuş 
Rafael  de  Noqalis  yazırdı  “Ermənilər  Van  şəhərindən  10 
min  kənd  və  qəsəbələrdən  200  minə  qədər  türkü  öz  ata-
baba  yurdlarından  köçürərək  qonşu  ərazilərdə  yerləş-
dirmişlər (116,  37)”. 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə