CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
40 
Fransaya  gəldikdə  isə,  Osmanlı  dövlətinin  bu  döv-
lətlə  yaxın  münasibətləri  Napaleon  Bonopartın  dövrün-
dən  başlamışdı.  Napaleonun  Misirə  uğursuz  səfərindən 
sonra  Fransa  Rusiyaya  qarşı  Osmanlı  dövlətini  dəstək-
ləmiş, lakin Vyana konqresindən sonra (1815-ci il) Fransa 
Avropa  siyasətində  aktiv  rol  oynamaq  imkanlarını 
itirmişdir  (99,  117).
 
Bu  dövrdən  etibarən  Fransa  Yaxın 
Şərqdə  mövqe  qazanmaq  uğrunda  mübarizəyə  qalxmış, 
1830-cu ildə Əlcəzairi işğal edərək Afrikada genişlənmək 
siyasətini  davam  etdirmişdi.  Osmanlı  imperiyasında 
katoliklərin  hamisi  rolunu  oynamaq  iddiasında  olan 
Fransa bu işdə bir sıra uğurlar əldə etmiş, eyni zamanda 
Anadolu  ərazilərində  saysız-hesabsız  missioner  məktəb-
lərinin  açılmasına  yardımçı  olmuşdur.  Xüsusilə,  bu 
proses  XIX  əsrin  sonlarından  etibarən  daha  da  intensiv 
xarakter almağa başladı.  
Göründüyü  kimi,  böyük  dövlətlərin  Yaxın  Şərq  si-
yasətindəki  maraqları  bir-birinə  zidd  olduğu  üçün  onlar 
arasındakı  münasibətlər  getdikcə  gərginləşməkdə  idi. 
Nəticədə,  bölgədəki  proseslər  Osmanlı  imperiyasını  Ru-
siya ilə açıq müharibə vəziyyətinə gətirib çıxardı. Məlum 
olduğu  kimi,  1877-ci  ilin  mart  ayının  31-də  Avropa 
dövlətlərinin Londonda imzaladıqları protokolu Osmanlı 
dövləti  özünün  daxili  işlərinə  kobud  müdaxilə  kimi 
qiymətləndirərək  onu  rədd  etdi  və  elə  bu,  1877-1878-ci 
illərdə  Rusiya  ilə  Türkiyə  arasında  növbəti  müharibəyə 
səbəb  oldu.  London  protokolunda  onu  imzalayan 
dövlətlər  guya  “Avropada  sülhün  qorunması  baxımın-
dan Osmanlı dövlətindəki xristianların vəziyyəti ilə məş-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
41 
ğul  olmaqla  davam  edəcəklər”ini  bildirmişdilər.  Osman-
lılarla müharibə edən yeganə dövlət isə Rusiya olmuşdu.  
Müharibə  Çar  Rusiyasının  qələbəsi  ilə  başa  çatdığından 
müharibənin  nəticəsi  olaraq  3  mart  1878-ci  ildə  San-
Stefano  sülh  müqaviləsi  imzalandı.  Xatırlatmaq  lazımdır 
ki, müharibəyə Osmanlı imperatorluğu müttəfiqsiz qatıl-
mışdı.  Müharibədə  Osmanlı  imperatorluğu  dünya 
dövlətləri arasında hərbi qüdrətinə görə İngiltərə, Alma-
niya, Fransa və Rusiyadan sonra beşinci ölkə idi  (31, 39). 
24  aprel  1877-ci  ildə  iki  imperiya  arasında  başlanan  bu 
müharibə  qısa  müddətli  olsa  da  Osmanlı  imperiyasının 
məğlubiyyəti  və  San-Stefano  sülh  müqaviləsinin  bağlan-
ması  ilə  başa  çatdı  (4,  38).  Müqaviləyə  görə,  Türkiyə 
özünün  Balkanlardakı  mülklərinin  çox  hissəsini  (Ser-
biyanı,  Rumıniyanı)  itirdi,  Bolqarıstan  muxtar  knyazlığa 
çevrildi,  bundan  əlavə,  Cənubi  Bessarabiya,  Batumi, 
Ərdahan,  Qars,  Bəyazid  Rusiyaya  birləşdirildi.  Lakin  bu 
müqavilə Avropa ölkələrinin, ilk növbədə İngiltərənin və 
Avstriya-Macarıstanın ciddi müqaviməti ilə üzləşdi, çün-
ki  onlar  Rusiyanın  Şərqdə  güclənəcək  təsirindən  ehtiyat 
edirdilər.  Siyasi  cəhətdən  təklənmiş  və  müharibədən 
zəifləmiş  Rusiya  Avropa  ölkələrinin  təzyiqi  nəticəsində 
San-Stefano  müqaviləsinə  yenidən  baxılmasına  razılıq 
verdi (4, I cild,  38).   
1877-1878-ci  illəri  əhatə  edən  bu  müharibə  Osmanlı 
dövləti ilə Rusiya arasında  baş verən ən qısa və sonu ən 
ağır  olan  müharibə  kimi  tarixə  düşmüşdür.  Müharibədə 
ağır itkilər verən Osmanlı dövlətinin düşdüyü ağır vəziy-
yətdən istifadə edən erməni icmaları və kilsə fəallaşmağa 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
42 
başladı.  Belə  ki,  müharibə  başa  çatdıqdan  dərhal  sonra 
Erməni  Milli  Məclisinin  təşkil  etdiyi  gizli  toplantıda  Eç-
miədzin  katolikosluğuna  məktub  göndərilməsi  qərara 
alındı. Məktubla tanış olan katalikos Nerses Varşapetyan 
çar II Aleksandıra 3 bəndlik “erməni istəkləri”ni çatdırdı. 
Tarixşünaslığa  “Erməni  müraciəti”  kimi  daxil  olmuş  bu 
sənədin məzmunu aşağıdakı kimi idi: 
•  Fərat  çayına  qədər  bölgənin  türklərə  qayta-
rılmaması  və  həmin  ərazilərin  Ararat  ilə  birləşdirilərək 
Rusiyaya 
meylli 
müstəqil 
Ermənistan 
dövlətinin 
yaradılması; 
•  Müstəqil  Ermənistan  dövləti  yaradılmayacağı 
təqdirdə  Bolqarıstana  və  bolqar  millətinə  verilmiş 
imtiyazların erməni xalqına da şamil edilməsi; 
•  İşğal  edilmiş  ərazilər  boşaldılarsa,  sultandan  is-
lahat  üçün  maddi  təminat  alınmalı  və  islahat  tamamla-
nana qədər rus əsgərlərinin zəbt edilmiş torpaqlarda qal-
maları kimi məsələlər öz əksini tapmışdır (77, 498). Qeyd 
etmək  lazımdır  ki,  ermənilərin  siyasi  arenada  ciddi 
şəkildə  Osmanlı  imperatorluğundan  ilk  ayrılma  istəkləri 
də  məhz  1877-78-ci  illər  Osmanlı-rus  müharibəsindən 
sonra  meydana  çıxmışdır.  Həmçinin  bu  müharibənin 
nəticəsi kimi  “erməni məsələsi”  böyük dövlətlərin süfrə-
sində  yer  almağa  başladı.  Qeyd  edək  ki,  “erməni 
məsələsi”  “şərq  məsələsi”  adlandırılan  məsələnin  bir 
hissəsi  kimi  meydana  gətirildi  və  ona  iki  nöqteyi-
nəzərdən  baxılmalıdır.  Zahiri  mahiyyət:  böyük  dövlətlər 
Türkiyəni  daha  asanlıqla  istismar  etməkdən  ötrü  onun 
mərkəzdənqaçma  qüvvələrini  gücləndirməyə,  beləliklə, 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə