CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
37 
Osmanlı  imperiyasının  bütün  ərazilərinin  ələ  keçiril-
məsinə yönəlmişdi (90, 123). 
Qeyd etmək lazımdır ki, Şərqi Anadolu ərazilərində, 
həmçinin  Yaxın  Şərqdə  status-kvonun  qorunub  saxlanıl-
ması  məsələsində  razılığa  gələ  bilməyən  qərbin  iri 
imperialist  dövlətləri  bu  dəfə  “erməni  kartı”ndan  fayda-
lanmağa  çalışırdılar.  İstər  İngiltərə,  Fransa  və  Rusiya, 
istərsə də Almaniya, Avstriya-Macarıstan və İtaliya ayrı-
ayrılıqda  bu  bölgənin  şəriksiz  sahibinə  çevrilməyə  can 
atırdılar.  Artıq  bölgədə  gündən-günə  mövqelərini 
gücləndirən Almaniya, Yaxın Şərqdə, o cümlədən Aralıq 
dənizi  hövzəsində  qüdrətlənən  İngiltərə  və  nəhayət,  isti 
dənizlərə  enməklə  dünyanın  ən  strateji  bölgəsi  olan 
Anadolunu ilhaq etmək niyyətində olan Rusiya arasında 
mübarizə  getdikcə  gərginləşməkdə  idi.  Bu  arada  ayrı-
ayrılıqda bu dövlətlərin Osmanlı siyasətini analiz etməyi 
məqsədəuyğun hesab etdik. 
Qeyd  etmək  lazımdır  ki,  1699-cu  ildə  Karlovitsa 
müqaviləsi  ilə  Osmanlı  imperatorluğunun  geriləmə  və 
çöküş dövrü başladı. Karlovitsa imperiyanın ilk ən böyük 
torpaq  itkisi  ilə  üzləşdiyi  müqavilə  kimi  tarixə 
düşmüşdür. Məhz bu müqavilədən sonra Rusiya birbaşa 
olaraq Avropaya olan müdaxiləsini daha da güclənirmiş-
di.  Ucsuz-bucaqsız  torpaqları  qəsb  etmiş  Rusiya  bu  dəfə 
isti  dənizlərə  yiyələnməyə  və  daha  doğrusu,  qüdrətli 
dəniz dövlətinə çevrilməyə can atırdı. Bunun baş tutması 
üçün  iki  yol  müəyyənləşdirilmişdi.  Birinci  istiqamət 
boğazlar  vasitəsilə  Aralıq  dənizinə  çıxmaq  idisə,  ikinci 
istiqamət  su  yollarından  istifadə  etməklə  Hindistana  en-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
38 
mək  və  orada  möhkəmlənmək  idi.  Məhz  ikinci  isti-
qamətlə  bağlı  planlar  1734-cü  ildə  Çariça  Anna  İvanov-
nanın  dövründə  (1730-1740)  qəbul  edilmiş  və  planın 
tərtib  edilməsi  ilə  bağlı  bütün  məsələlər  Krillova  həvalə 
edilmişdir.  
Qeyd  etmək  lazımdır  ki,  rus  çarı  I  Pyotr  Rusiyanı 
Ortadoks  xristianlığının  mərkəzinə  çevirməyə  can  atırdı. 
Bu  siyasət  bütün  rus  çarları  tərəfindən  müsbət  qar-
şılanmış, lakin II Yekaterina, I Nikolay və II Aleksandr bu 
işdə daha çox müvəffəqiyyət qazanmışdı. Digər tərəfdən 
hərbi  və  iqtisadi  qüdrətini  gücləndirən  Rusiya  II  Yeka-
terinaya  qədər  Osmanlı  imperatorluğu  ilə  təkbaşına 
mübarizə aparmaq qüdrətinə malik deyildi. Yalnız 1774-
cü  il  Kiçik  Qaynarca  sülhü  Rusiyanın  artıq  heç  bir  döv-
lətin  yardımına  ehtiyac  olmadan  Osmanlı  dövlətini  çök-
dürə biləcəyi iddiasını ortaya qoydu.  
XVIII  əsrin  əvvəllərindən  etibarən  Avropada  ən 
güclü  dövlətin  Avstriya  imperatorluğu  olduğunu  qeyd 
etmək  lazımdır.  1683-cü  ildə  İkinci  Vyana  müharibə-
sindən sonra təxminən iki əsr yarımdan çox Osmanlı im-
peratorluğuna qarşı mübarizə apara bilməyən və torpaq-
larının  əksəriyyətini  itirən  Avstriyanın  əsas  məqsədi 
itirdikləri  mülkləri  geri  qaytarmaq  idi.  Xüsusilə, 
Macarıstan, Bosniya, Hersoqovina, Serbiyanı geri qaytar-
mağa  çalışan  Avstriya  Rusiya  ilə  yaxınlaşmağa  başladı. 
1716-1718-ci  illər  müharibəsi  nəticəsində  bir  sıra  ərazilər 
əldə  etməsinə  baxmayaraq,  1736-cı  ildə  Osmanlı 
dövlətinin  Rusiyaya  müharibə  elan  etməsi  ilə  bu  müha-
ribədən özünə pay almaq məqsədi güdən Avstriya 1737-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
39 
ci  ildə  müharibəyə  girmiş,  lakin  Rusiya  ilə  birlikdə 
məğlub olmuşdur (99, 113).  
Avstriya  ilə  yanaşı  burada  maraqları  olan  böyük 
dövlətlərdən  biri  də  İngiltərə  idi.  İngiltərənin  Osmanlı 
siyasəti  1774-cü  ildə  imzalanmış  Kiçik  Qaynarca 
müqaviləsindən sonra başlamışdır. Qeyd edək ki, 1787-ci 
ildə  rus-türk  müharibəsi  başladığı  zaman  İngiltərə 
hökumətinin  başında  duran  Vuliyam  Pitt  Rusiyanın 
mütəmadi  cənub  istiqamətindəki  müdaxiləsini  və  qüv-
vətli  bir  Qara  dəniz  dövlətinə  çevriləcəyi  halda  İngiltərə 
üçün təhlükəli ola biləcəyini ilk dəfə hiss etmiş  və bunun 
üçün  Rusiyaya  qarşı  Osmanlı  imperatorluğunu  dəstək-
ləməyə başlamışdı. Pittin 1783-cü ildə həyata keçirdiyi bu 
siyasət dəyişmədən bir əsr, Qladstonun baş nazir postuna 
kecdiyi günə qədər davam etmişdir. Həmçinin, Pitt 1787-
1792-ci illər rus-türk müharibəsində Avstriyanı Rusiya ilə 
bir ittifaqdan ayırmağa müvəffəq olmuş, xüsusilə Fransa 
İnqilabından sonra  Prussiyanı da öz tərəfinə çəkərək Ru-
siyaya qarşı mübarizəni gücləndirmişd (99, 114-115).  
XVIII  əsrin  sonu  -  XIX  əsrin  əvvəllərində  İngiltərə 
daha  çox  Fransa  ilə  mübarizə  aparmaqda  idi.  Bu  müba-
rizədə  İngiltərə  Rusiyanı  dəstəkləmiş,  hətta  ordusunu 
Mərmərə  dənizinə  yeritmişdi.  Lakin  1807-ci  ildə  imza-
lanmış  Tilzit  sülhünün  nəticələrinə  görə,  Fransanın 
Rusiya  ilə  yaxınlaşdığını  görən  İngiltərə  Osmanlı 
imperatorluğu  ilə  münasibətlərini  yenidən  nizama 
salmış, 
həmçinin 
1815-ci 
ildə 
toplanan 
Vyana 
konqresində  Osmanlının  ərazi  bütövlüyünü  bir  daha 
dəstəkləmişdi. (BURA QƏDƏR YERLƏŞDİRDİM) 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə