CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə16/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
49 
sonra patriarx başda olmaqla erməni teokratik icma rəsmi 
şəkildə  qanuniləşdirilmişdir;  varlı  və  nüfuzlu  erməni 
yuxarı 
təbəqələrinin 
nümayəndələrindən 
faktiki 
Türkiyənin  erməni  əhalisinin  bütün  işlərini  idarə  edən 
Notablar  Şurası  yaradılmışdı.  Uzun  müddət  ərzində 
erməni  kapitalı  yığılır,  onun  Livan,  Misir,  Qərbi  Avropa 
və Şimali Amerika ölkələrindəki erməni tacirləri ilə əlaqə-
ləri  genişlənirdi,  xarici  kapital  qoyuluşlarının  arası-
kəsilməz axını müşahidə olunurdu. 1862-ci ildən etibarən 
Türkiyədəki  erməni  icması  daha  geniş  hüquqlardan 
istifadə etməyə başladı: icmanın işlərini idarə və dövlətlə 
əlaqələrdə  millət  adından  çıxış  edən  xüsusi  Assambleya 
yaradılmışdı  (4,  I  cild,  60-61).  Yüksək  imtiyazlara  sahib 
olan  və  təşkilatlanma  sahəsində  bütün  qeyri-türklərdən 
üstün 
mövqelərə 
yiyələnmiş 
ermənilərlə 
qeyri-
müsəlmanlar əməkdaşlığa girərək, ikincilər onları güclən-
dirməyə  və  gələcəkdə  dövlət  yaratmaq  işində  həvəslən-
dirməyə  başladılar.  Dini  siyasət  məsələsi  də  bu  dövrdə 
aktual bir məsələ olaraq qalmaqda idi. Bir yandan Fransa 
erməniləri katolikləşdirməyə çalışırkən, Rusiya ortadoks-
luğu,  İngiltərə  və  ABŞ  isə  protestan  məzhəbli  erməniləri 
müdafiə etdiyindən ermənilər arasında dini ayrı-seçkilik, 
məzhəblərarası  uçurum  durmadan  dərinləşməkdə  idi.  
Bu  işdə  Fransa  daha  çox  canfəşanlıq  etdiyindən  hətta 
Napaleon Bonopart Parisdə yaşayan ermənilər üçün Şərq 
Dilləri Məktəbində ayrıca erməni dili fakultəsi açması da 
dediklərimizi  bir  daha  təsdiq  etmiş  olur  (112,    6). 
Həmçinin, Fransa ilə yanaşı İngiltərə hökuməti də “ermə-
ni  məsələsi”ni  özününküləşdirmək  və  daha  rahat  idarə 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
50 
etmək  üçün  1888-ci  ildə  Londonda  İngilis-Erməni  Komi-
təsinin yaradılmasına icazə verdi (126, 33). 
Bu  dövrdə  ermənilər  “Qədim  Ermənistan  krallığı” 
olaraq  adlandırdıqları  Kilikiya  bölgəsində  (Adananın  da 
daxil olduğu Şərqi Aralıq dənizinin bir hissəsi ilə Cənub-
Şərqi  Anadolu  bölgəsinin  bir  hissəsi-T.C)  mərkəzi  Van 
olmaqla  bütün  Şərqi  Anadolunu  əhatə  edəcək  bir  dövlət 
qurmaq istəyirdilər. Hətta qurulacaq bu dövlət Qafqazın 
dərinliklərinə  qədər  uzanmaqla  Qara  dəniz  və  Aralıq 
dənizi  sahillərindən  tutmuş  Xəzər  dənizinə  qədər 
uzanacaqdı.  Bu  plan  rusların  türklərin  qarşısını  kəsmək 
planları ilə üst-üstə düşsə də bu nəhənglikdə bir dövlətin 
öz  idarəsindən    çıxacağı  qorxusu  və  ən  əsası  da  İngil-
tərənin  nəzarətinə  keçəbiləcəyi  əndişəsi  rusların  bu 
məsələdə ehtiyatlı davranmasına gətirib çıxarmışdır. Rus-
lar isə Qafqaz mərkəz olmaqla ortadoks və çarın nəzarəti 
altında  daha  kiçik  bir  Ermənistan  yaratmaq  niyyətində 
idilər. Osmanlı imperiyasında “parçala, hökm sür”  siya-
sətini  çox ustalıqla həyata keçirən qərb dövlətləri və Çar 
Rusiyası  üçün  “erməni  məsələsi”  yalniz  kamufilyajdan 
ibarət idi (112,  24). 
Göründüyü  kimi  “Erməni  məsələsi”  ermənilərin 
deyil, Osmanlı imperiyasında mənfəətləri olan iki böyük 
dövlətin, İngiltərə və Rusiyanın məsələsi olaraq meydana 
gətirildi.  Fəqət  İngiltərə  və  Rusiyadan  başqa  heç  bir 
dövlət  erməni  “probleminin”  müzakirəsində  maraqlı 
deyildi. 
Erməni 
məsələsinin 
beynəlxalq 
faktora 
çevrilməsi  məhz  bu  iki  dövlətin  (İngiltərə  və  Rusiyanın) 
müstəmləkə  siyasətinin  mahiyyətindən  irəli  gəlirdi. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
51 
İngiltərədən fərqli olaraq Rusiyanın öz xarici siyasətində 
“erməni məsələsi”nə daha həssaslıqla yanaşmasının əsas 
səbəblərini  İngiltərə-Rusiya  rəqabətində,  eyni  zamanda 
Rusiya  ərazisində  fəaliyyət  göstərən  erməni  icmalarının 
fəaliyyətində  axtarmaq  lazımdır.  Istər  çar  hökuməti, 
istərsə  də  bu  ölkədəki  erməni  icmaları  təkidlə 
Anadolunun  ermənilər  yaşayan  bölgələrinə  təhqiqat 
heyəti göndərməyi lazım bildi. İngiltərə hökuməti  də bu 
təklifi  dəstəkləməkdə  idi.  Nəticədə,    Rusiya  və  İngiltərə 
vaxt  itirmədən  buraya  təhqiqat  heyəti  göndərdi. 
Araşdırmalar 
aparan 
heyət 
bölgədəki 
vəziyyəti 
öyrəndikdən  sonra  Osmanlı  hökumətinə  hesabat 
xarakterli məlumatlar çatdırmış oldu. Osmanlı hökuməti 
araşdırmaları təhlil etdikdən sonra 1880-ci il oktyabrın 3-
də  böyük  dövlətlərə  memorandum  verdi  və  Ərzurum, 
Van,  Bitlis  və  Diyarbəkr  vilayətlərində  aşağıdakı  şəkildə 
islahat keçirəcəyini bildirdi: 
1. Məhkəmələrin tənzimlənməsi və islahı; 
2. Polis və Jandarmanın təşkili; 
3.  Gömrük,  poçt,  teleqraf  və  vasitəli  vergi  gəlir-
lərindən başqa, digər vergilərdən gələn pulların bu dörd 
vilayətin büdcəsinə aid olması; 
4. Ədliyyə məmurlarının seçilməsi; 
5.  Bütün  bu  islahatların  bir  müşavir  vasitəsilə  idarə 
edilməsi. 
XIX  əsrin  80-ci  illərinin  əvvəllərində  böyük  dövlət-
lərin  ermənilərin  xeyrinə  apardıqları  mübarizənin  dip-
lomatik  mərhələsi  demək  olar  ki  sona  çatmaqda  idi. 
Bundan sonrakı mərhələdə Çar Rusiyasının və Qərbin iri 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə