CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə17/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
52 
kapitalist  dövlətlərinin  birbaşa  maaliyə  dəstəyi  ilə 
Osmanlı  hökumətinə  qarşı  “erməni  məsələsi”ndən  daha 
rahat  formada  istifadə  olunması  üçün  siyasi  partiya, 
komitə və təşkilatların yaradılması daha vacib məsələ idi. 
Əvvəlcə  bu  siyasi  partiyaların  məhz  Osmanlı  imperiyası 
ərazisində yaradılması gündəmdə olduğu halda, sonralar 
sultanın  buna  qarşı  apardığı  ciddi  mübarizə  komitə  və 
təşkilatların  ölkə  xaricində  yaradılmasına  gətirib  çıxardı. 
Xüsusilə,  Osmanlı  imperiyasına  daha  yaxın  məsafədə 
olan  və  iri  neft  mədənləri  ilə  zəngin  Bakıda  1872-ci  ilin 
fevralında  iltizam  sisteminin  ləğv  edilməsi  ilə  neft 
sənayesi  sürətlə  inkişaf  etməyə  başladı.  A.İ.Mantaşev, 
Q.M.Lianozov və s. kimi erməni kapitalistləri Azərbaycan 
nefti  hesabına  hədsiz  sərvət  toplayaraq  milyonerlərə 
çevrildilər.  Erməni  təşkilat  və  komitələrinin  iqtisadi 
əsasını  məhz  bu  pullar  təşkil  edirdi.  A.İ.Mantaşev 
“Daşnaqsütyun”  partiyasına  1  milyon  gümüş  pul  ver-
mişdi ki, bu da 1 il ərzində (1907-ci il) partiyanın 165 min 
üzvünün  üzvlük  haqqına  bərabər  idi.  Beləliklə, 
Azərbaycan  nefti  hesabına  varlanan  erməni  kapitalistləri 
və  ideoloqları    öz  məkrli  planlarını  mütəşəkkil  sürətdə 
həyata  keçirmək  üçün  XIX  əsrin  II  yarısından  etibarən 
təşkilat və komitələr yaratdılar (18, 232).  
Ermənilərin  Osmanlı  imperiyasında  yaratdıqları  ilk 
təşkilat  1860-cı  ildə  İstanbulda  fəaliyyətə  başlayan 
“Xeyriyyəçilik  İttifaqı”  idi.  Bu  təşkilatın  əsasını  X.  Şiş-
makyan,  M.Beşiktaşyan,  N.Sivaçıyan,  S.Taqvoryan  və  X. 
Katibyan  qoydular.    İttifaqın  əsas  məqsədi  Kilikiyanın 
yenidən  yüksəlişi  və  inkişafı  idi  (89,  45-47).  1870-1880-ci 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
53 
illərdə  ermənilərin  Vanda  “Araratlı”,  Muşda  “Şərq”, 
Ərzurumda  “Millətçi  qadınlar”  təşkilatları  fəaliyyət 
göstərirdi.  Bu  təşkilatlarla  yanaşı,  Vanda  “Qara  Xaç” 
(1878-ci  il),  Ərzurumda  “Vətənin  müdafiəçiləri”  (1881-ci 
il) kimi terrorçu cəmiyyətlər də meydana çıxdı ki, onların 
da əsas məqsədi ermənilərin silahlandırılması idi. 1882-ci 
ildə  cəmiyyətlər  ifşa  olundu  və  onların  üzvləri  həbs 
edildilər (89, 45-47).
  
Şərqi  Anadoluda  yaradılmış  digər  erməni  təşkilatı 
“Armenakan”  təşkilatı  idi.  Təşkilat  Mkrtıç  Portakalyan 
tərəfindən  yaradılmışdı.  M.  Portakalyan  1885-ci  ildə 
Fransaya  gələrək  “Ermənistan”  qəzetini  nəşr  etdirməyə 
başlamışdı.  Həmin  ilin  yayında  o,  9  şagirdi  ilə  yenidən 
İstanbula  qayıtmış  və  “Armenakan”  təşkilatını  yarat-
mışdı.  Portakalyanın  nəşr  etdirdiyi  “Ermənistan”  qəzeti 
istər  Osmanlı  imperiyasında,  istərsə  də  Rusiyada 
qadağan  edilmişdi  (136,  79).  Partiyanın  proqramında 
aşağıdakı 
vəzifələr 
qarşıya 
qoyulmuşdu: 
millətçi 
erməniləri  birləşdirmək,  yerlərdə  komitələr  yaratmaq, 
erməni  əhalisini  silahlandırmaq,  partizan  dəstələri 
yaratmaq, xalqı ümumi üsyana hazırlamaq (18, 35). 
Belə  siyasi  partiya  və  təşkilatlara    1887-ci  ildə 
yaradılmış  Qncaq  təşkilatını  və  bundan  3  il  sonra  isə 
Tiflis şəhərində təsis edilmiş Daşnaqsütyun partiyasını da 
əlavə etmək olar. Qnçaq təşkilatı qafqazlı erməni tələbələr 
tərəfindən  İsveçrədə  təsis  edildi  və  burada  yetərincə 
rusiyalı  erməni  tələbələr  də  təmsil  olunurdu.  Yaradılmış 
bu  təşkilatın  əsas  qayəsi  “Türkiyə  Ermənistanı”nı 
qurmaq,  burada  rus  (Qafqaz  Azərbaycanına  məxsus 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
54 
hissəsi,  daha  doğrusu  Dağlıq  Qarabağ  ərazisi),  və  “İran 
Ermənistanı”nı  (İranın  nəzarəti  altında  olan  Güney 
Azərbaycan  əraziləri)  birləşdirən  müstəqil,  böyük  bir 
Ermənistan  yaratmaqdı.  Partiyanın  təşkilatçıları  terrorçu 
erməni tələbələr - A.Nazarbekyan, M.Vartanyan, X.Ohan-
yan, R.Xan-Azat, Q.Qafeyan və b. idi.  Partiyanın özəyini 
Nazarbekyan,  Vardanyan  və  Haracan  təşkil  edirdilər. 
1898-ci  ildə  partiyanın  proqramı  nəşr  olundu  və  burada 
partiyanın  məqsədləri,  vəzifələri  və  metodları  kifayət 
qədər dəqiq müəyyənləşdirilmişdir.  Partiyanın proqramı 
9  bənddən  ibarət  idi.  Proqramın  birinci  bölməsində 
qısaca  olaraq  ümumi  sosial-demokratik  prinsiplər  öz 
əksini  tapmışdır.  İkinci  bölməsində  Rusiya  ərazilərində 
yaşayan ermənilərin müasir vəziyyəti, proqramın üçüncü 
bölməsi  isə  Türkiyədəki  ermənilərin  vəziyyətinə  həsr 
olunmuşdu.  Dördüncü  bölmədə  isə  türk  hökumətinə 
qarşı  aparılacaq  mübarizənin  metodlarından  bəhs  edilir, 
mübarizə  isə  ümumxalq  silahlı  üsyanı,  terror,  silahlı 
dəstələrin  təşkili,  xüsusi  silahlı  quldur  dəstələrin 
yaradılması və s. yollarla aparılmalı idi. Nəhayət, beşinci 
bölmədə  erməni  irqçi  milli  hərəkatına  (“Hay  Dad”) 
dəstək  olacaq  digər  qüvvələrə  həsr  olunurdu.  Beləliklə, 
adlarını  yuxarıda  qeyd  etdiyimiz  siyasi  təşkilat  və 
partiyaların  qısa  zaman  kəsiyində  Osmanlı  imperiyası 
daxilində  şəbəkələri  yaranmağa  başladı.  Belə  ki, 
Armenakan  partiyasının  İstanbul,  Trabzon,  Muş  və 
Bitlisdə, Qnçaq partiyasının  isə İstanbul, Bafra, Merzifon, 
Amasiya,  Tokat,  Yozqat,  Arapkir  və  Trabzonda  şəbə-
kələri  meydana  gəldi.  Daşnaqsütyun  funksionerləri  isə 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə