CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə25/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
78 
Şərqi  Anadolu  ərazilərində  yaradılmış  və  tərkibi  silahlı 
kürd  birləşmələrindən  təşkil  edilmiş  Həmidiyyə  alay-
larına  ermənilərin  də  daxil  edilməsi  və  digər  məsələlər 
nəzərdə tutulurdu (126, 46). 
Ümumiyyətlə, XX əsrin əvvəllərində Osmanlı impe-
riyası  ağır  sosial-iqtisadi  böhranla  üzləşmişdi.  Belə  ki, 
hökumət məmur və əsgərlərin aylarla yığılıb qalan əmək 
haqqlarının  verilməsində  çətinliklərlə  üz-üzə  qalmışdı. 
Odur  ki,  hökumət  çıxış  yolunu  xarici  ölkələrə  müraciət 
etməkdə  və  maddi  yardımların  alınmasında  görürdü. 
Osmanlı hökumətindən ilk belə bir müraciət İngiltərə və 
Fransa  hökumətlərinə  ünvanlandı.  Müraciətdə  ölkənin 
üzləşdiyi  ağır  iqtisadi  böhrandan  çıxış  yolları,  bu  işdə 
Osmanlı  hökumətinin  iri  kapitalist  dövlətlərin  maddi 
yardımları  sayəsində  birgə  əməkdaşlığın  vacibliyindən 
söhbət açılırdı. Digər tərəfdən Osmanlı hökuməti də ölkə 
daxilində  bir  sıra  tədbirlərin  həyata  keçirilməsinə 
çalışırdı.  İlk  olaraq  hökumət  vergilərin  və  gömrük 
rüsumlarının  artırılmasında  maraqlı  olduğunu  bildir-
məklə  yanaşı  bu  məsələlərin  həlli  prosesində  iri  dövlət-
lərlə  birgə  məsləhətləşmələrin  aparılacağını  bildirdi. 
Məhz  bununla  əlaqədar  olaraq  Sədrəzəm  Seyid  Həlim 
Paşa  13  dekabr  1913-cü  ildə  Parisdə  fəaliyyət  göstərən 
türk  səfirliyi  vasitəsilə  Boqos  Nübar  Paşanı  bir  sıra 
məsələlərin  birgə  müzakirəsi  üçün  İstanbula  görüşə 
dəvət etdi. Dərhal Eçmiədzin katalikosluğu ilə məsləhət-
ləşmələr aparan Boqos Nübar Paşa 17 dekabr 1913-cü ildə 
verdiyi  açıqlamasında  görüşün  keçirilməsindən  açıq-
aşkar  imtina  etdi.  O,  bunu  özünün  Eçmiədzin  katali-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
79 
kosluğu  tərəfindən  Avropaya  vəzifə  borclarını  yerinə 
yetirmək  üçün  göndərildiyini,  həmçinin  bu  məsələlərin 
birabaşa  katalikosluğun  İstanbulda  fəaliyyət  göstərən 
nümayəndəliyi  tərəfindən  çözülməsi  ilə  əsaslandırırdı. 
Verdiyi  bu  açıqlaması  ilə  o,  bir  növ  özünün  belə 
məsuliyyətli  işlərdən  uzaq  olduğunu  bildirirdi.  Qeyd 
etmək  lazımdır  ki,  bəhs  olunan  dövrdə  Osmanlı  höku-
mətinin qərb dövlətlərinə unvanladığı müraciət sanki bir 
kağız parçası olaraq qaldı. Çünki, Osmanlı imperiyasının 
düşdüyü  bu  ağır  iqtisadi  böhrandan  çıxarılması  iri 
dövlətlərin  maraqlarına  uyğun  deyildi.  Məhz  bu 
qüvvələr nəinki maddi yardımların göstərilməsinə, hətta 
Osmanlı  hökumətinə  yardım  etmək  istəyində  olan 
dövlətlərə  qarşı  iqtisadi  sanksiyaların  tətbiq  edilməsinə 
çalışırdılar.  Demək  olar  ki,  yuxarıda  qeyd  etdiyimiz  bu 
kimi  amillər  imperiyanın  süqutunu  sürətləndirməklə 
yanaşı  onun  mövcudluğunun  üstündən  birdəfəlik  xətt 
çəkmiş olurdu.     
Beləliklə,  I  dünya  müharibəsi  ərəfəsində  qərbin  iri 
imperialist  dövlətlərin  Osmanlı  imperiyasının  daxili 
işlərinə  birbaşa  müdaxiləsi  etmək  və  islahat  məsələsi  ilə 
bağlı  sultan  hökumətinə  edilən  bu  və  ya  digər  təzyiqlər 
müharibənin başlanması ilə zəifləmiş oldu. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
80 
II FƏSİL 
 
OSMANLI SULTANI TƏRƏFİNDƏN ŞƏRQİ 
ANADOLU ERMƏNİLƏRİNİN ÖLKƏNİN UCQAR 
CƏNUB BÖLGƏLƏRİNƏ KÖÇÜRÜLMƏSİNİN 
GEDİŞATI VƏ NƏTİCƏLƏRİ 
 
2.1. Şərqi Anadolu ermənilərinin ruslarla 
əməkdaşlığı. Van üsyanı 
 
XVIII əsrin sonlarında Almaniya taxt-tacına yiyələn-
miş  Kayzer  Vilhelmin  qarşıya  qoyduğu  əsas  məqsəd 
ölkəsini  dünyanın  nəhəng  və  hərbi  baxımdan  qüdrətli 
dövlətinə  çevirmək,  eyni  zamanda  bu  yolda  müttəfiq 
ölkələrin  yardımından  faydalanmaqla  Afrika  və  Asiya 
qitələrində  imperiyanın  müstəmləkə  mülklərini  daha  da 
genişləndirməkdən  ibarət  idi.  Qeyd  etmək  lazımdır  ki, 
Kayzer  Vilhelmin  əsas  diqqəti  Şərqə  yönəldilyindən  ilk 
öncə  Osmanlı  imperiyası  ilə  müttəfiqlik  əlaqələrinin 
qurulması  qaçılmaz  idi.  Bəhs  olunan  dövrdə  Almaniya-
nın strateji maraqlarını Alman-Erməni cəmiyyətinin üzvü 
Paul  Rorbax  belə  qiymətləndirirdi:  “Almaniyanın 
gələcəyi  Şərqdədir,  Mesopotamiyada,  Suriyadadır  (115, 
33)”.  Bununla  ölkəsinin  strateji  maraqlarının  müəyyən-
ləşdirildiyini  qeyd    edən  Paul  Rorbax  fikirlərinə  davam 
edərək  yazırdı:  “Beləcə,  başdan-başa  dağlıq  və  düzən-
liklərdən  ibarət  Şərqi  Anadolu  bölgəsini  və  ona  yaxın 
olan  əraziləri  ilhaq  edən  hər  hansı  bir  dövlət,  eyni 
zamanda  Yuxarı  Mesopotamiyaya  da  hakim  olacaqdı. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
81 
Şübhəsiz,  bu  dağlıq  ərazi  bir  keçid  bölgəsi  idi  və  iki 
böyük qitəni bir-biri ilə birləşdirirdi. Dolayısı ilə bölgənin 
türk torpağı olması ilə barışmayan Rusiyanın bu əraziləri 
ələ  keçirmək  istəyinə  qarşı  Almaniyanın  müttəfiqi 
Osmanlı  imperatorluğunu  dəstəkləməsi  gərəkirdi.  Bu 
mənada Osmanlı imperatorluğu Almaniya üçün sadiq və 
çox  dəyərli  bir  müttəfiqdi  (115,  33)”.  Almaniya  vaxt 
itirmədən Osmanlı hakim dairələri ilə intensiv danışıqlar 
aparmağa  başladı.  Alman  hərbi  dairələrinin  hazırladıq-
ları planın mahiyyəti türk hakim dairələrinə bildirilmişdi. 
Başlanğıcını İstanbuldan götürərək Şərqə, daha doğrusu, 
İran  və  Əfqanıstana  qədər  uzanan  bu  strateji  plan  daha 
sonra  Hindistana  enən  keçidlərin  ilhaq  edilməsinə  qarşı 
yönəlmişdi.  Kayzer  Vilhelm  İran  və  Əfqanıstanın  
dəstəyini qazanmağın çətin olduğunu görüb bu işə yalnız 
Osmanlı  sultanının  qoşulmasından  sonra  mümkün  ola 
biləcəyini  qeyd  edirdi.    Bu  barədə  türk  tarixçisi  Selami 
Kılıç  yazır:  “Kayzer  bir  xristian  olaraq  müsəlmanları 
cihada çağırmaq iqtidarına malik deyildi. Belə müqəddəs 
bir  əmri  ancaq  müsəlmanların  xəlifəsi  olan  Osmanlı 
sultanı  verə  bilərdi.  Beləcə    Almaniyanın  Osmanlı 
imperatorluğu  ilə  bir  ittifaqda  iştirakı  olduqca  vacib  idi. 
Vilhelmin  müharibədən  öncə  Türkiyə  ilə  qurduğu  isti 
münasibətlər  onun  uzaqgörən  dövlət  başçısı  olduğunu 
bir  daha  təsdiqlədi  (115,  24)”.  Doğrudur,  Almaniya  milli 
maraqları  nəzərə  alaraq,  Osmanlı  imperiyası  ilə 
müttəfiqlik  əlaqələrinə  girmişdi.  Bu  yeganə  doğru  və 
düzgün qərar idi. Bir ittifaqda  iştirak etmək barədə ilkin 
razılıq əldə edildikdən sonra alman rəsmiləri və general-


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə