CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə22/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
68 
ediləcəyi  bildirilsə  də  qiyamçılar  buna  inanmır,  təslim 
olmaq  əvəzinə  dağ  yollarından  qaçaraq  İran  ərazisinə 
keçməyi  daha  məqsədəuyğun  hesab  edirdilər.  Nəticədə 
ordunun  Vana  yeridilməsi  ilə  qiyam  yatırıldı.  Van 
qiyamında  418  nəfər  müsəlman,  1715  nəfər  erməni 
öldürülmüş,  363  nəfər  müsəlman,  71  nəfər  erməni 
yaralanmışdır (43, 29).
 
Bu hadisədən sonra qiyamçılar öz 
təxribatçı  əməllərinə  ara  verərək  Sultan  II  Əbdülhəmid 
rejiminə  qarşı  müxalifətdə  olan  İttihad  və  Tərəqqi 
partiyası  ilə  iş  birliyinə  girdilər.  Bu  işdə  Qərbi  Avropa 
ölkələrindən  maddi  və  mənəvi  dəstək  aldıqdan  sonra 
1903-cü  ildə  Daşnaq  partiyasının  fəalları  II  Sasun 
qiyamını  həyata  keçirdilər.  II  Sasun  qiyamına  Azər-
baycanda  törədilmiş  qırğınlardan  yaxşı  tanıdığımız 
erməni  qulduru  Andranik  başçılıq  edirdi.  Üsyanın 
miqyası  günü-gündən  genişlənərək  Sasundan  Vana 
qədər  uzanan  ərazidə  yayılmağa  başladı.  Bu  dəfə  də 
qiyam  ordu  tərəfindən  yatırıldı.  Ermənilərin  verdiyi 
məlumatlara  əsaslansaq  bu  zaman  1132  nəfər  türk  və 
cəmisi 19 nəfər erməni öldürülmüşdü (42, 79). 
Ümumiyyətlə,  XIX  əsrin  sonlarından  vüsət  alan 
erməni  qiyamları  Şərqi  Anadolu  türklərinin  milli  gene-
fonduna çox ağır zərbə vurdu. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
69 
1.3. I Dünya müharibəsinin başlanması ərəfəsində 
İttihad və Tərəqqi hökumətinin ermənilərlə 
əməkdaşlığının Osmanlı imperiyası üçün acı nəticələri 
 
XIX  əsrin  90-cı  illərində  Şərqi  Anadoluda  iri 
dövlətlərin,  o  cümlədən  daşnaq  erməni  millətçi  burju-
aziyasının maddi və mənəvi dəstəyi sayəsində hökumətə 
qarşı  baş  vermiş  qiyamların  uğursuzluqla  nəticələnməsi 
Daşnaqsütyun  partiyasını  apardığı  siyasətinə  yenidən 
baxılmasını  labüd  edirdi.  Partiya  sultan  II  Əbdülhəmid 
hakimiyyətinə qarşı mübarizə aparan ümumtürk inqilabi 
hərəkatında  dayaq  axtarmağa  başladı.  Ümumtürkiyə 
inqilabi  hərəkatına  rəhbərlik  edən  gənc  türklərlə  saziş 
bağlandı.  Ermənilərin  gənc  türklərlə  ilk  əlaqələri  1895-ci 
ilə  təsadüf  edir.  O  vaxt  gənc  türklərin  liderləri-Əhməd 
Riza və Murad Mizancı Londonda Əbdül   Həmidə qarşı 
vahid  cəbhə  yaratmaq  barədə  danışıqlar  aparılması 
məqsədi  ilə  qnçaqçılarla  ünsiyyət  qurmağa  can  atırdılar. 
Lakin  gənc  türklər  erməni  terrorçuları  ilə  hər  hansı  bir 
ümumi  platforma  tapmaq  üçün  çox  səy  göstərdilər.  Bu 
onunla  izah  olunurdu  ki,  əsasən  mühacirətdə  fəaliyyət 
göstərən  gənc  türk  müxalifəti  öz  ölkələri  ilə  əlaqədən 
məhrum  olduqlarından  və  Türkiyədə  şaxələnmiş  təşki-
lata  malik  olmadıqlarından  təcili  olaraq  müttəfiqlər 
axtarırdılar,  məqsəd  isə  ölkədə  sultan  əleyhinə  cəbhəni 
gücləndirməkdən ibarət idi (4, I cild, 94-95). 
Qeyd  etmək  lazımdır  ki,  Sultan  II  Əbdül  Həmid 
hakimiyyətinə  qarşı  Türkiyədəki  bütün  güclər  bir 
ittifaqda birləşmişdilər. Bu işdə əsas hərəkətverici qüvvə 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
70 
qərb  dövlətləri  və  erməni  komitəçiləri  idi.  Bu  qüvvələr 
içərisində  ən  fəalı  İttihad  və  Tərəqqi  partiyası  idi.  Par-
tiyanın  təsisçilərindən  olan  Abdullah  Cevdet  bəy  qısa 
vaxt ərzində partiyanın Nizamnaməsini işləyib hazırladı. 
Nizamnamədə  sultan  hakimiyyətinin  devrilməsi  üçün 
ölkədəki  bütün  qüvvələrin  birləşərək  rejimə  qarşı  vahid 
cəbhədə  mübarizə  aparılması,  qüvvələr  arasında  qar-
şılıqlı inamın və etimadın qorunub saxlanılması və digər 
məsələlər  çılpaqlığı  ilə  göstərilirdi.  Qısa  vaxt  ərzində 
imperatorluğun  bütün  bölgələrində  hakimiyyətə  qarşı 
təzyiqlər  artmağa  başladı.  Həm  ölkə  daxilində,  həm  də 
ölkə  xaricində  rejim  tərəfdarlarının  sayı  gündən-günə 
azalmaqda idi.  
4 fevral 1902-ci ildə Parisdə toplanan Gənc türklərin 
I  konqresində  İttihad  və  Tərəqqi  partiyasının  2  nüfuzlu 
lideri  Prens  Səhabəddin  və  Əhməd  Rza  bəy  başda 
olmaqla  türk  nümayəndə  heyəti  ilə  birlikdə  erməni 
nümayəndə  heyəti  də  geniş  tərkibdə  iştirak  edirdi. 
Konqresdə  bir  sıra  məsələlər  müzakirə  edilərək  qərarlar 
çıxarıldı.  Çıxarılan  qərarlardan  birində  inqilabın  uğurla 
nəticələnməsi  üçün  əcnəbi  dövlətlərin  müdaxiləsinə 
ehtiyac duyulduğu bildirilirdi. Erməni nümayəndə heyəti 
bu qərarın qəbul edilməsində canfəşanlıq etməklə yanaşı 
partiyanın  liderlərindən  olan  Prens  Səhabəddinin  də 
yardımından faydalanmaq niyyətində idilər. Çünki, onun 
siyasi  proqramına  əsasən  ölkə  mərkəzə  formal  surətdə 
tabe  edilməli,  sonrakı  mərhələdə  imperiya  ərazisi  ayrı-
ayrılıqda  tam  müstəqil  idarəetmə  sisteminə  keçməli, 
özünəməxsus  məhəlli  idarələrə  bölünərək  idarə,  əmlak, 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
71 
ədliyyə  sistemləri  əsasında  idarə  olunmalı  idi.  Əgər 
gələcəkdə  bu  proqram  yerinə  yetirilərdisə  ermənilər 
türklərdən  öncə  muxtariyyət,  sonra  isə  müstəqil 
Ermənistan  dövləti  yaradılmasının  razılığını  alacaqdılar. 
Bu  baxımdan  ermənilər  birmənalı  olaraq  Prens 
Səhabəddinin  proqramını  dəstəkləyirdilər.  Belə  olan 
halda  partiya  daxilində  qütbləşmə  meylləri  yaranmağa 
başladı.  Partiyanın  təsisçilərindən  olan  Əhməd  Rza  bəy 
və  gənc  türklərin  əksəriyyəti  ölkəni  parçalamağa  sürük-
ləyən  belə  bir  qərarın  qəbul  edilməsi  ilə  razılaşmadılar. 
Bunun  əksinə  olaraq  partiyanın  ideoloqlarından  olan 
Prens 
Səhabəddin 
erməniləri 
birmənalı 
olaraq 
dəstəkləyirdi. Nəticədə partiya daxilində fikirlər haçalan-
mağa  başladı.  Bir  qrup  gənc  türk  Prens  Səhabəddinin, 
digər bir qrup isə Əhməd Rza bəyin ətrafında toplaşmağa 
başladılar (126, 56). 
Gənc türklər hərəkatının ölkə daxilində və xaricində 
yaranmaqda  olan  yeni-yeni  təşkilat  və  partiyalarla 
əməkdaşlıq  etdiyi  bir  vaxtda  Daşnaq  cəmiyyəti  plan-
laşdırılmış  proqram  üzərində  dayanaraq  yerinə  yetiri-
ləcək  bir  sıra  məsələlərin  müzakirə  edilməsini  vacib 
saymaqla  növbəti  konqresin  keçirilməsini  təklif  etdi. 
Həm Əhməd Rza bəy, həm də Prens Səhabəddin tərəfin-
dən qəbul edilən təklifə baxılması üçün 27 dekabr 1907-ci 
ildə  Parisdə  Gənc  türklərin  II  konqresinin  açılması  məq-
sədəuyğun hesab edildi. 27 dekabrda toplanan konqresdə 
iştirak  edən  ermənilər  tutduqları  qeyri-konstruktiv  möv-
qedən “əl çəkərək” Osmanlı imperatorluğunun mülki və 
siyasi  müstəqilliyini  qəbul  edir,  digər  tərəfdən  xidmət 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə