CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə30/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
94 
getmişdir.  Şərqi  Anadolunun  Van,  Qars,  Ərdahan, 
Qağızman  və  Oltu  bölgələrində  qırğınlardan  zərər 
çəkənlərə  ərzaq  və  pal-paltar  çatdıran  bu  heyətin  üzv-
lərindən  Mustafa  Vəkilov,  Əlixan  Qandəmir,  Əhməd 
Cövdət,  İsmayıl  Hazaralı  və  b.  xeyli  iş  görmüşdür.  Van-
dan  əlavə  Qarsda  və  Ərdahanda  cəmiyyətin  şöbələrini 
yaratmış Bahadur bəyin idarəsində əczaxana, Dəyirman-
köydə  müalicə  məntəqəsi  açılmış,  Çıldır,  Gölə,  Posxov 
ərazılərində  nümayəndəliklər  təşkil  edilmişdir.  Komis-
siya  yerli  müsəlman  əhalinin  hüquqlarının  müdafiəsi 
üçün  məsələ  qaldırmış,  qırğınlara  göz  yuman  və  yaxud 
şərait  yaradan  bir  sıra  vilayət  valiləri  məhkəməyə 
verilərək,  başqa  yerlərə  sürgün  edilmişdir.  Hətta  Bakı 
Müsəlman  Xeyriyyə  Cəmiyyəti  Vana  göndərdiyi  nüma-
yəndə heyətinin verdiyi məlumatlar əsasında bəyannamə 
qəbul  etmişdir.  Həmin  bəyannamədə  cəmiyyət  Şərqi 
Anadolu  bölgəsində  qalan  kimsəsiz  arvad-uşaqların 
Bakıya  və  Gəncəyə  gətirilməsi  niyyətində  olduğunu 
bildirmiş,  oradan  gətirilən  kimsəsiz  uşaqların  sahib-
karların  və  mülkədarların  himayəsinə  verilməsini  qərara 
almışdır.  Nəticədə,  bəhs  olunan  dövrdə  Bakı  uşaq  ev-
lərində  Şərqi  Anadolu  cəbhəsindən  gətirilmiş  1000-ə 
qədər uşaq və qadın yerləşdirilmişdir (15). 
Beləliklə, 1914-1915-ci illərdə erməni millətçi ekstre-
mistləri  və  komitəçi  ermənilərin  havadarlığı  sayəsində 
erməni-rus silahlı birləşmələrinin Van və ona yaxın ərazi-
lərdə  günahsız  türk  əhalisinə  qarşı  həyata  keçirdikləri 
soyqırımı siyasəti nəticəsində 200 mindən artıq günahsız 
türk vətəndaşı erməni vəhşiliyinin qurbanı olmuşdur. Bu 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
95 
mənfur  siyasət  müharibənin  ən  şiddətli  vaxtlarında  belə 
Van  vilayəti  ilə  yanaşı  digər  ərazilərdə  də  davam 
etdirildi.  
 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
96 
2.2. Osmanlı imperiyası I dünya müharibəsi illərində. 
1914-1915-ci il hadisələri.   Ermənilərin köçürülməsi 
haqqında qərarın həyata keçirilməsi və nəticələri 
 
I  Dünya  müharibəsinin  başlanmasından  az  sonra 
Şərqi və Cənub-Şərqi Anadolu bölgələrindən gələn sarsı-
dıcı  xəbərlər,  o  cümlədən  rus  qoşunlarının  sərhəddə 
yaxınlaşaraq  burada  erməni  millətçi  ekstremistləri  ilə 
birgə  türk  müsəlman  əhalisini  qətlə  yetirməsi  Ali  Baş 
Komandan vəkili Ənvər Paşanı radikal addımlar atmağa 
məcbur  etdi.  Artıq  imperiyanın  Şərqi  Anadolu  bölgəsi 
demək  olar  ki,  erməni-rus  silahlı  birləşmələri  tərəfindən 
zəbt  edilmək  təhlükəsi  ilə  üzləşmişdi.  Geosiyasi  və 
geostrateji  baxımdan  əlverişli  mövqeyə  malik,  eyni 
zamanda nəqliyyat və kommunikasiya xətlərinin kəsişmə 
nöqtəsində  yerləşən  Van  vilayətində  erməni  komitəçiləri 
və  rus  silahlı  birləşmələri  tərəfindən  misli  görünməmiş 
vəhşiliklər törədildi. 
Qeyd edək ki, erməni cəlladları tərəfindən dəfələrlə 
törədilən  qanlı  qırğınlar  bütün  dəhşətləri  ilə  insan 
zəkasına sığmayan və dilə gətirilməsi mümkün olmayan 
bir  faciədir  və  türklərə  qarşı  əsl  genosid  və  soyqırımı 
siyasətidir.  Bunun  tam  əksinə  olaraq  erməni  başbilənləri 
artıq  bir  əsrdən  çoxdur  ki,  24  aprel  tarixini  özlərinin 
uydurma “soyqırımı” günü kimi qeyd edirlər. Əslində 24 
apreldə  nə  baş  vermişdir?  Nə  üçün  bu  tarix  ermənilərin 
saxta “soyqırımı” günü kimi qeyd edilir? Bu və ya digər 
suallara aydınlaq gətirmək üçün bir sıra məsələləri ətraflı 
şəkildə  təhlil  etmək  lazımdır.  1915-ci  il  aprelin  24-də 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
97 
DİN-nin sərəncamı ilə İstanbul və digər böyük şəhərlərdə 
erməni  təşkilatları  dərhal  bağlanmalı,  terrorçu  təşkilat-
ların başçıları isə həbs edilməli idi. Bu sərəncam əsasında 
2345  nəfər  həbs  edildi.  O  dövrün  şahidlərinin  verdiyi 
ifadələrə əsasən 600 nəfər erməni yazıçısı, şairi, jurnalisti, 
siyasətçisi,  həkimi,  vəkili,  hüquqşünası,  müəllimi,  alimi 
və  ruhanisi  həbs  edildi.  Lakin  rəsmi  türk  mənbələrində 
də  2345  nəfərin  həbs  edilməsi  qeyd  edilirdi.  Məhz  24 
aprel günündə erməni hərəkatına rəhbərlik edən bu peşə 
sahiblərinin  həbs  edilməsi  erməni  millətçi  ekstremist-
lərini  bərk  narahat  edirdi.  Çünki,  bu  şəxslərin  uzun 
müddət  həbsdə  saxlanılması  “erməni  məsələsi”ni  öz 
istiqamətini  itirməsi  və  bununla  da  erməni  hərəkatının 
əsas  hərəkətverici  “beyinlərin”in  zərərsizləşdirilməsi  ilə 
nəticələnə  bilərdi.  Odur  ki,  həmin  tarixdən  etibarən 
ermənilər  aprelin  24-nü  soyqırımı  günü  kimi  qeyd  edir-
lər.  Təəssüflər  olsun  ki,  zaman-zaman  müxtəlif  yollarla 
dünyanın aparıcı dövlətlərində özlərinə yaşamaq hüququ 
qazanan  ermənilər  həmin  dövlətlərin  məmurlarını,  döv-
lət və iş adamlarını, icitmai siyasi xadimləri, alimləri, hö-
kumət rəhbərlərini ciddi təsir və hətta təzyiq altına alaraq 
qondarma  “erməni  soyqırımı”na  onları  inandırmağa  və 
parlamentlər  tərəfindən  qəbul  etdirməyə  çalışmış,  bəzi 
hallarda isə hətta istəklərinə də belə nail ola bilmişlər. 
Van  vilayətində  müsəlman  əhalisinin  vəhşicəsinə 
qətlə  yetirilməsi  xəbəri  hökumət  başçısı  Ənvər  Paşanı 
daha  da  hiddətləndirdi.  1915-ci  ilin  aprel  ayının  orta-
larından  başlayaraq  təxminən  iki  aya  qədər davam  edən 
və  xüsusilə  dinc  müsəlman  əhalisinə  qarşı  amansız 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə