CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə33/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   29   30   31   32   33   34   35   36   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
104 
bölgə  komandaları  xalqdan  hökumətin  əmrləri  məm-
ləkətin müdafiəsi və asayişin qorunması ilə əlaqəli icraat 
və  hazırlıqlara  qarşı    hər  hansı  bir  müxalifət,  silahlı 
təcavüz  və  müqavimət  görülərsə  bu  müxalifətləri  ən 
şiddətli şəkildə söndürməyə məcburdur.  
Maddə  2.  Ordu,  müstəqil  artileriya  və  diviziya  ko-
mandaları  əsgəri  səbəblərə  görə  və  ya  cəsusluq,  xəya-
nətlərini hiss etdikləri kənd, qəsəbə əhalisini bir-bir və ya 
cəm halında digər bölgələrə köçürə bilər. 
Maddə  3.  Bu  qanun  imzalandığı  gündən  qüvvəyə 
minir. 
Maddə  4.  Qanuun  icra  edilməsində  Baş  Komandan 
vəkili  və  Hərbi  Nazirlik  birbaşa  məsuliyyət  daşıyır(98,  
199). 
Göründüyü  kimi  tarixşünaslığa  “Köçürülmə  haq-
qında”  qanun  kimi  daxil  edilən  sənədin  heç  bir  yerində 
erməni kəlməsi belə işlədilməmişdir. Bəzi qərb və erməni 
müəlliflərinin  iddia  etdikləri  əsas  məsələ  də  güya  höku-
mətin  çıxardığı  qanunun  bir  başa  ermənilərə  şamil  edil-
məsidir.  Əslində  qanunun  birinci  maddəsinə  baxsaq 
görərik  ki,  erməni  və  qərb  müəlliflərinin  fikirləri  sadəcə 
olaraq  cəfəngiyyatdan  başqa  bir  şey  deyildir.  Çünki, 
birinci  maddədə  dövlətin  bütövlüyünə  və  təhlükəsiz-
liyinə əngəl törədən milliyyətindən asılı olmayaraq bütün 
qüvvələr zərərsizləşdirilməli və yerlərini dəyişdirməlidir. 
İlk öncə hökumət ona qarşı əks mövqedə dayanan bütün 
qüvvələri  zərərsizləşdirməyi  qarşısına  məqsəd  qoymuş-
du.  Bu  zaman  yunanların  və  ərəb  qəbilələrinin  də  digər 
ərazilərə  köçürülməsi  məhz  bu  qəbildən  olan  hadisə-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
105 
lərdəndir.  Belə  ki,  köçürülmə  zamanı  Ərəbistan  yarma-
dasından  Anadolu  bölgəsinə  çoxlu  sayda  vəhabi  ərəb-
lərin  köçürülməsi  də  bir  daha  bizlərə  əsas  verir  ki, 
həqiqətən də köçürülmə (türkcə-tehcir) qanunun bir başa 
ermənilərə şamil edilməsi kökündən yanlış  və absurt bir 
məsələdir.  Bir  şeyi  qeyd  etmək  lazımdır  ki,  müharibə 
zamanı  istənilən  bir  ölkənin  vətəndaşlı  əgər  öz  ölkəsinə 
xəyanət  edib  düşmən  tərəfə  keçirsə  onda  hökumətin 
atdığı  addım  bir  mənalı  olaraq  həmin  əhalini  müharibə 
ocağından  çıxarılaraq  digər  ucqar  ərazilərə  köçürül-
məsidir.  Məhz  Osmanlı  hökumətinin  atdığı  bu  addım 
ölkənin  bütövlüyü  və  təhlükəsizliyinin  qorunması  baxı-
mından  təqdirəlayiq  və  alqışlanası  bir  haldır.  Məhz  belə 
bir hadisə eyni ilə Fransa, İngəltərə, ABŞ və ya Rusiyada 
baş versə idi şübhəsiz aidiyyatı ölkənin rəsmiləri də oxşar 
qərarlar çıxarmış olacaqdı. 
1  iyun  1915-ci  ildə  Daxili  İşlər  Nazirliyi  30  may 
təlimatnaməsinə  əlavə  olaraq  bəzi  məsələlərin  yerinə 
yetirilməsi  barədə  qərar  qəbul  etdi.  Bu  barədə  ingilis 
tarixçisi Selahi Sonyel yazırdı: “Hökumət başqa bölgələrə 
köçürüləcək ermənilərin özləri ilə apara bilmədikləri mal-
qaranın  silahlı  qüvvələr  tərəfindən  saxlanılması,  həm-
çinin  müəyyənləşdirilmiş  ərazilərdə  yerləşdirilən  əhali-
nin  müharibə  qurtarana  qədər  öz  yerlərini  ticarət  və  di-
gər  məqsədlərlə  dəyişdirilməməsini  təmin  edən  tədbir-
lərin  həyata  keçirilməsi  barədə  göstəriş  verdi(114,    25)
.
 
Bununla yanaşı, elə həmin gün Daxili işlər Nazirliyi daha 
bir  qərar  qəbul  etdi.  Qərarda  əsasən  köçürülmə  ilə 
əlaqədar  hazırlanmış  təlimatlarda  bəzi  nöqsanlara  yol 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
106 
verildiyi  və  bu  kimi  halların  tezliklə  aradan  qaldırılması 
məsələləri  öz  əksini  tapdı.  Burada  hansı  nöqsanlara  yol 
verildiyi  barədə  türk  tarixçisi  Kamuran  Gürün  yazır: 
“Komitələrə  rəhbərlik  edən  günahkar  ermənilərin  tutu-
laraq  hökumətə  təhvil  verilməsi  əvəzinə  bəzi  yerlərdə 
yanlış  olaraq  günahı  olmayan,  amma  gözə  görünən 
ermənilərin  həbsi  və  yaşadıqları  yerlərdən  çıxarılaraq 
digər  qonşu  ərazilərə  köçürülməsi  kimi  hallar  baş 
vermişdir(98, 219). Digər tərəfdən hökumət 2 iyul 1915-ci 
ildə  az  sayda  Osmanlı  ordusunda  xidmət  edən  erməni 
əsgərlərinin  barəsində  də  qərar  qəbul  etdi.  Qərarda 
erməni  əsgərlərinin  ön  cəbhədən  alınaraq  arxa  cəbhəyə 
göndərilməsi ilə yanaşı, eyni zamanda döyüş bölgəsində 
xidmət  edən  erməni  əsgərlərinin  də  İraqa  göndərilməsi 
və s. məsələlər öz əksini tapmışdır. 
Osmanlı  dövləti  köçürülən  ermənilərin  yaşadığı 
ərazilərə  ciddi  nəzarətin  tətbiq  edilməsi  barədə  qərar 
qəbul etdi. Daxili İşlər Nazirliyinin 9-10 iyun tarixli qərarı 
ilə  ermənilərin  əmlakı  hökumət  tərəfindən  müəyyən 
edilmiş  məmurların  ixtiyarına  verildi.  Belə  ki,  qərara 
əsasən  “Erməni  Metruke  Komissiyonu”  (Tərk  edilmiş 
Mallar Komissiyası) yaradıldı. Qərara görə, Komissiyanın 
tərkibi  bir  nazir  və  iki  rəsmi  şəxsdən  ibarət  olmalı  idi. 
Onlardan biri Daxili İşlər, digərləri isə Maliyyə Nazirliyi 
tərəfindən təyin edilmişdi. Komissiya 10 iyun 1915-ci ildə 
34 maddədən ibarət “Müharibə və siyasi hadisələrə görə 
başqa yerlərə köçürülən ermənilərə aid mülk və ərazinin 
idarə  edilməsi  haqqında  tövsiyələr”  adlı  sənəd  işləyib 
hazırladı.  Biz  bu  maddələrin  hər  birinə  ayrı-ayrılıqda 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə