CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə41/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   37   38   39   40   41   42   43   44   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
130 
məni  nümayəndə  heyəti  çıxış  etdi.  Konfransda  erməni 
nümayəndə  heyətinin  başçısı  Poqos  Nubar  Fransanın 
xarici işlər nazirinə məktub ünvanladı. Məktubda erməni 
mənbələrinə əsaslanaraq müharibə illərində sultan höku-
mətinin  300  mindən  çox  ermənini  “soyqırıma”  məruz 
qoyduğunu  qeyd  edir  və  Türkiyənin  cəzalandırılmasını 
tələb edirdi(137, 64). Bütün bu vədlərə baxmayaraq, Paris 
sülh  konfransında  erməni  istəklərinin  gerçəkləşməsinə 
yol verilmədi. 
Müharibədə  qalib  gəlmiş  Antanta  ölkələri  türk 
hökumətini  13  noyabr  1922-ci  ildə  İsveçrənin  Lozanna 
şəhərində  təşkil  olunmuş  sülh  konfransına  dəvət  etdilər. 
Konfransa  İngiltərə,  Fransa,  İtaliya  və  Türkiyədən  başqa 
Yaponiya,  Rumıniya,    Yuqoslaviya  və  Yunanıstan  da 
dəvət edilmişdi. SSRİ və Bolqarıstan boğazlar məsələsi ilə 
bağlı  olaraq  nümayəndə  göndərdi.  ABŞ  konfransda  göz-
ləmə mövqeyində iştirak etdi(31, 196). Konfransa qatılmış 
dövlətlər  arasında  ilk  gündən  yaranan  gərginlik  nəticə-
sində toplantı 1 həftəliyə təxirə salındı. Nəticədə, Lozan-
na  konfransı  20  noyabr  1922-ci  il  tarixdə  İsveçrə  konfe-
derasiyasının rəhbəri Robert Haabın giriş nitqi ilə öz işinə 
başladı. İlk öncə konfransda müzakirə ediləcək məsələlər 
müəyyənləşdirildi və 3 komissiya yaradıldı. Sərhədlər və 
hərbi  məsələlər  birinci  komissiyada,  milli  azadlıqlar  və 
əcnəbilərlə  bağlı  məsələlər  ikinci  komissiyada,  iqtisadi 
məsələlər  isə  3-cü  komiyyada  müzakirəyə  çıxarıldı.  Ko-
missiyalara  ayrı-ayrılıqda  ingilis,  fransız  və  italyan  nü-
mayəndə  heyətləri  rəhbərlik  edirdi.  Türkiyəni  birinci 
komissiyada  İsmət  Paşa,  ikinci  komissiyada  Rza  Nur, 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
131 
üçüncü  komissiyada  isə  Həsən  bəy  təmsil  edirdi.  Kon-
fransda  Türkiyənin  ən  böyük  rəqibi  İngiltərə  idi.  Çünki, 
İngiltərə  müharibə  nəticəsində  məğlub  olmuş  Osmanlı 
nümayəndə  heyəti  ilə  bir  konfransda  iştirak  etməkdən 
imtina  etmək  niyyətində  idi.  Lakin  son  anda  ingilis 
hökumətinin  konfransda  iştirakı  baş  tutdu.  Məhz  buna 
görə də Lord Kerzon, Puancare və Mussolini arasında 22 
noyabr  tarixdə  müttəfiq  ölkələrin  Türkiyəyə  qarşı  bir 
blokda  mübarizəsinə  dair  qərar  qəbul  edildi.  Gərgin 
keçən  müzakirələrdə  başlıca  məsələ  Türkiyənin  Şərqi 
Anadolu  ərazilərinin  ermənilərə  verilməsi,  boğazlarda 
sərbəst  hərəkətin  təmin  edilməsi  idi.  Qeyd  edək  ki, 
toplantıda  erməniləri  təmsil  etmək  üçün  Ermənistan 
SSRİ-dən  gəlmiş  nümayəndələrlə  Erməni  Milli  Heyyəti 
birləşərək  Birləşmiş  Erməni  Heyəti  təşkil  olundu. 
Konfransda  iştirak  edən  erməni  nümayəndə  heyətinin 
əsas  istəyi  bütöv  və  müstəqil  Ermənistanın  yaradılması 
və  ən  əsası,  müharibə  zamanı  Osmanlı    hökumətinin 
ermənilərin  “soyqırıma”  məruz  qaldığını  dünya  dövlət-
lərinin nəzərinə çatdırmaq idi. Erməni Milli Heyyəti kon-
frans  əsnasında  bir  sıra  tələblərlə  Lozanna  Konfransına 
qatılan  müttəfiq  dövlətlərin  təmsiçilərinə  məktubla 
müraciət  etdilər.  Məktubda  ermənilərin  I  dünya  mü-
haribəsi  zamanı  müttəifqlərinin  yanında  olduqlarını, 
bunun  üçün  istənilən  köməyi  göstərdiklərini  və  bunun 
nəticəsi  olaraq  Osmanlı  imperiyasında  yaşayan  2  mln. 
250  min  ermənidən  1mln.  250  mininin  məhv  edildiyini, 
700  mininin  ölkədən  xaricə  köç  etdiyini,  yalnız  280  mi-
ninin  hələ  də  Türkiyə  ərazisində  yaşadığını  və  bunların 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
132 
da  hər  an  köç  etmək  təhlükəsi  olduğu  iddia  edilirdi. 
Konfransda  erməni  diasporunun  fəaliyyəti  və  irəli 
sürülən  iddiaların  olduqca  təhlükəli  olduğu  barəsində 
türk  tarixçisi  Esat  Uras  yazır:  “Erməni  istəklərinin 
çözülməsi  üçün  onlara  bir  yurd  verilməsi  daha  öncə 
razılaşdırılmış  və  bunun  üçün  ermənilərə  torpaq  parçası 
ayrılmalı,  Yerevan  Cumhuriyyətinə  dənizdən  koridor 
açılmalı  və  ya  Kilikiyanın  ermənilərə  verilməsi  ilə 
gerçəkləşdirilməli,  bir  sözlə  bu  dövlətin  istənilən  halda 
ancaq  Türkiyənin  Asiya  torpaqlarında  qurulacağı 
bildirilirdi(77,  710-713)”.  Heç  şübhəsiz  bu  iddiaları  irəli 
sürənlər  sadəcə  Erməni  Milli  Heyəti  deyildi.  Diaspor  ilə 
yanaşı erməni  məkrini hər zaman dəstəkləmiş və bu  işə, 
bir  növ  təkan  vermiş  erməni  dərnəkləri,  kilsə,  müttəfiq 
ölkələrin  başçıları  və  erməni  idealogiyasına  xidmət  edən 
erməni  lobbisinin  fəal  nümayəndələri  Arnold  Toynbi, 
C.Lepsius  və  digərləri  idi.  Bu  şəxslərin  saxta  “erməni 
soyqırımı”  ilə  bağlı  uydurma  və  heç  bir  məntiqə 
əsaslanmayan  fikirlərinə  aşağıda  toxunacağıq.  İndi  isə 
konfransda  türk  nümayəndə  heyətinin  rəhbəri  İsmət 
Paşanın  ingilis  nümayəndə  heyətinin  rəhbəri  Lord  Ker-
zonla apardığı  danışıqlara toxunaq. Lord Kerzon erməni 
mövqeyindən 
çıxış 
edərək 
“erməni 
məsələsi”nin 
çözülməsi  üçün  Türkiyə  torpaqlarında,  istər  Şimali  Ana-
doluda,  istərsə  də  Kilikiyanın  cənub-şərqində,  həmçinin 
Suriya  sərhədlərinə  yaxın  ərazidə  müstəqil  Ermənistan 
dövlətinin  yaradılması  təklifi  ilə  çıxış  etdi.  Türk 
nümayəndə  heyətinin  sərt  təpkisi  ilə  qarşılaşmış  Lord 
Kerzonun  növbəti  çıxışında  ermənilərin  sayı  haqqında 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə