CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə49/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
156 
məsələnin  hökumət  qarşısında  qaldırılmasına  nail  ol-
muşlar. 1998-ci ilin mayın 29-da Fransa parlamentinin Alt 
Palatasında  az  sayda  millət  vəkilinin  irəli  sürdüyü  “er-
məni  soyqırımı”nın  tanıdılması  təşəbbüsü  ilə  bağlı  din-
ləmələr keçirildi. Uzun sürən müzakirələrdən sonra qərar 
29  səs  lehinə  olmaqla  qəbul  edildi.  Bunun  əsas  səbəbi 
digər  parlamentarilərin  iclasa  qatılmamaları  və  bu  işə 
birbaşa  dəstək  olmamaları  idi.  Fransa  parlamentinin  Alt 
Palatasında  qəbul  edilmiş  bu  qərar  Türkiyədə  etirazla 
qarşılandı.  Hətta  Türkiyə  hökuməti  bu  məlum  qərarla 
bağlı  Fransa  hökumətinə  etiraz  notası  göndədi.  Lakin 
Fransa hökuməti bu notanı nəinki ciddi qəbul etdi, hətta 
qəbul  edilmiş  sənədi  Məclisdən  keçirərək  Senata  gön-
dərdi.  Türkiyə  buna  qarşılıqlı  olaraq  Fransa  ilə  ticarət 
əlaqələrini  kəsəcəyini  və  bu  ölkənin  ağır  sənayesinə  ya-
tırılmış türk kapitalını geri götürəcəyini açıq-aşkar bəyan 
etdi.  Fransa  hökuməti  Türkiyənin  atacağı  bu  addımın 
ölkə  iqtisadiyyatının  inkişafına  mənfi  təsir  göstərəcəyini 
nəzərə  alaraq  parlamentə  müraciət  ünvanladı.  Müra-
ciətdə  qəbul  edilmiş  qərarın  Türkiyə  üçün  heç  bir  mənfi 
təsir  göstərməyəcəyini,  əksinə  bunun  (saxta  “erməni 
soyqırımı” nəzərdə tutulur. T.C.) keçmişdə baş vermiş bir 
“anlaşılmazlıq”  olduğunu  önə  çəkərək  Türkiyə  ilə  əv-
vəlki  münasibətlərini  korlamamağa  çağırırdı.  Əsl  həqi-
qətdə  Fransa  hökuməti  bu  qərarın  qəbul  edilməsinin  nə 
lehinə,  nə  də  ki,  əleyhinə  idi.  Eyni  zamanda  məsələyə 
Türkiyənin davamlı sərt bəyanatları öz növbəsində Fran-
sanı bərk narahat etdiyindən hökumət parlamentə təzyiq-
lərini  gücləndirdi  və  son  anda  qərar  Senatdan  keçmədi. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
157 
2000-ci ilin fevral ayında parlamentarilər bir daha qərarın 
Senatda  müzakirə  edilməsinə  səy  göstərsələr  də  sonda 
məsələ  yenə  də baş tutmadı.  Hadisələrin bu cür gedişatı 
Türkiyənin  milli  maraqlarına  tamamilə  zidd  idi.  Erməni 
lobbisi Fransanın rəsmi dairələrinə və siyasi partiyalarına 
çox  saylı  məktublar  ünvanlayaraq  hökuməti  Türkiyə  ilə 
gizli  danışıqlar  aparmaqda  günahlandırdı.  Fransa 
hökuməti  beləcə  seçim  qarşısında  qalmışdı.  Avropanın 
Asiya  ilə  qovşağında  yerləşən  Türkiyəni  ermənilərə 
qurban vermək, yoxsa xristian qardaşlarının mənafelərini 
müdafiə  etmək.  Son  anda  Fransa  hökuməti  ikinci  fikrin 
üstündə  dayanmalı  oldu.  Nəticədə,  2000-ci  ildə  saxta 
“erməni  soyqırımı”  ilə  bağlı  məsələ  Fransa  parlamen-
tində  yenidən  müzakirəyə  çıxarılacaq  Senata  göndərildi. 
Senatda  müzakirələrin  vaxtı  yaxşılaşdıqca  erməni  meylli 
deputatların sayı da durmadan artırdı. Bu azmış kimi baş 
nazir  və  ölkə  prezidenti  Jak  Şirakda  öz  çıxışlarında 
məsələnin  tez  bir  zamanda  Senatda  müzakirə  oluna-
cağına və hökumət tərəfindən heç bir əngəl törədilməyə-
cəyinə  söz  vermişdi.  Beləcə,  8  noyabr  2000-ci  il  tarixdə 
məsələ Senatda müzakirə olunaraq 40 nəfər əleyhinə, 160 
nəfər  lehinə  səs  verməklə  qərar  qəbul  edildi.  Qərarın 
mətni  29  may  1998-ci  ildə  Alt  Məclisdə  qəbul  edilmiş 
sənədlə eyni  idi, fərq ancaq qərarların qəbul edilməsinin 
üsullarında idi. Qərarın qəbul edilməsi ilə Fransız malları 
küçələrə səpildi. Bir çox siyasi partiya liderləri Fransa ilə 
əlaqələrin  tamamilə  kəsilməsini,  ölkədə  fəaliyyət  gös-
tərən Fransa səfirliyinin bağlanmasını, fransız dilinin ölkə 
təhsilindən  həmçinin,  universitetlərdən  çıxarılmasını 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
158 
tələb etdilər. Hətta İstanbul Unievrsiteti Fransa ilə bütün 
əlaqələrin  kəsildiyini  açqıladı.  Qərardan  dərhal  sonra 
Ermənistan  prezidenti  Robert  Koçaryan  Fransaya  rəsmi 
səfərə  yollandı.  R.Koçaryan  Parisdə  “soyqırımı”  qurban-
larının  xatirəsinə  ucaldılmış  abidəni  ziyarət  etdi.  Abidə 
önündə  nitq  söyləyən  Jak  Şirak  da  Türkiyənin  Avropa  
Birliyinə  qəbul  edilməsi  məsələsində  “erməni  soy-
qırımı”nın  bu  ölkə  tərəfindən  tanımasını  bir  şərt  kimi 
qoyulduğunu  xatırlatdı.  Jak  Şirak  prezident  seçkiləri 
öncəsi  erməni  Ramqavar-Azatakan  partiyasının  Paris 
şəhər  şöbəsi  başçısına  göndərdiyi  məktubda  “soyqırım”ı 
həqiqətləri  müzakirə  mövzusu  olmayacaq”,  “qətliyam 
keçən əsrin ən dəhşətli hadisələrindən biridir” və “tarixin 
dəyişdirilməsi  qəbul  edilməyəcək”  şəkildə  fikrini  bildir-
miş və digər ölkələrin də Fransanın atdığı addımı ataca-
ğını bildirmişdi. Qərarın qəbul edilməsində əlindən gələn 
köməkliyi  göstərmiş  qüvvələr  arasında  ASALA  terror 
təşkilatının  aparıcı  funksionerlərindən  olan  Patrik  Dəvə-
çiyanı misal göstərmək olar ki, bu şəxs Fransanın hal-ha-
zırki  ki,  prezidenti  Nikolas  Sarkozinin  ən  yaxın 
köməkçisidir. 
Xatırladaq  ki,  2001-ci  id  yanvarın  29-da  Fransa 
prezidenti  Jak  Şirak  ölkə  parlamentinin  “Osmanlı  im-
periyasında 1915-ci il erməni soyqırımı haqqında 18 yan-
var  tarixli  qətnamə”sini  təsdiq  etdi.  Bu  haqda  akademik 
Cəlal  Əliyev  yazır:  “Bu  hadisə  Türkiyə  hökuməti  və 
ictimaiyyətini,  o  cümlədən  Türkiyə  ermənilərinin  dini 
başçısı  II  Mesporun  da  haqlı  etirazına  səbəb  oldu. 
Patriarx 1915-ci  ildə Türkiyə ermənilərinə qarşı soyqırım 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə